Hazır olun! Bu gün Bakı vaxtı ilə saat 22:00-da hər kəsin səbirsizliklə gözlədiyi məsələ ilə bağlı SON QƏRAR...

Hazır olun! Bu gün Bakı vaxtı ilə saat 22:00-da hər kəsin səbirsizliklə gözlədiyi məsələ ilə bağlı SON QƏRAR...Bu gün ABŞ-ın Federal Ehtiyat Sisteminin (Federal Reserve System, FED) dünən başlamış iclası başa çatacaq.

FED faiz qərarını Bakı vaxtı ilə saat 22:00-da açıqlayacaq.

FED-in faizi 0,75%-dən 1%-ə qaldıracağı gözlənilir.

Saat 22:30-da isə FED-in rəhbəri Janet Yellen medianın suallarını cavablandıracaq.

İnvestorlar FED-in faiz artıracağına 100% ehtimal verirlər. İndi əsas məsələ bu il FED-in faizləri neçə dəfə artıracağıdır.

FED-in faiz qərarı açıqlanan zaman dolların mühüm valyutalara qarşı məzənnəsi hərəkətli ola bilər.

Beynəlxalq kredit reytinqi agentliyi "Moody's" ABŞ Federal Ehtiyatlar Sisteminin bu gün verəcəyi faiz qərarının pul siyasətinin sərtləşdirilməsi (faizin artırılması) yolundakı irəliləyişi müəyyən edəcəyini bildirib.

"Moody's"dan edilən açıqlamada FED-in 14-15 martda keçirilən ikigünlük iclası başa çatdıqdan sonra bankın faizləri 25 bənd artıracağını gözlədiyini qeyd edib.

Açıqlamada, FED-in bu il 2 və ya 3 dəfə faiz artıracağının nəzərdə tutulduğu və faizi nisbətinin bu il 1,5-1,75% aralığına qədər yüksələcəyi bildirilib.

Amerika iqtisadiyyatının tam məşğulluğa nail olmağa yaxınlaşdığı vurğulanan açıqlamada bunun artan maaşlara əks olunduğu qeyd edilib.

Həmçinin inkişaf etmiş ölkələrdə inflyasiya faizlərinin artmağa başladığına diqqət çəkilib.

Mənbə: Marja.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 8940   Tarix: 15 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan-ABŞ ikitərəfli enerji əməkdaşlığının inkişafı müzakirə olunacaq

Energetika naziri Pərviz Şahbazov Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər edib. Bu barədə Energetika Nazirliyindən bildirilib. Məlumata görə, səfər çərçivəsində ikitərəfli enerji əməkdaşlığının inkişaf perspektivləri, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyini təmin edilməsi istiqamətində həyat

18 fevral
.

Azərbaycanda orta aylıq əməkhaqqı 950 manata çatır

2024-cü il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1727,2 min nəfər olub. Dövlət Statistika Komitəsindən (DSK) -a verilən məlumata görə, onlardan 899,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 827,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdl

9 aprel
.

Qızılın qiyməti rekordunu yenilədi

Qızılın qiyməti aprelin 1-də rekord səviyyəyə yüksəlib. Bu barədə "Bloomberg" məlumat yayıb. Bildirilir ki, ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini azaltmağa yaxınlaşdığını göstərən əlamətlər artıma təkan verib. Qızılın bir unsiyasının qiyməti artaraq 2 265,73 dollar olub. Bu 28 martdak

1 aprel
.

Azərbaycan süd və qaymaq idxalını 16 % artırıb

Bu ilin yanvar ayında Azərbaycan 1 074 ton süd və qaymaq idxal edib. Bu həcmdə süd və qaymağın dəyəri 1 milyon 650 min manat olub. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 149 ton (16,1 %) çoxdur, dəyər baxımından isə 576 min ABŞ dolları (25,8 %) azdır. Ötən ay süd və qaymaq idxalın

17 fevral
.

Azərbaycanda dollar bahalaşacaq? - RƏSMİ AÇIQLAMA/VİDEO

Son vaxtlar ölkədə dollara tələbatın yüksək olması müşahidə olunur. Bunu həm keçirilən hərracların nəticəsi, həm də müvadilə məntəqələrindəki canlanma göstərir. Ötən həftə bankların dollara tələbi 150 milyon dolları ötərək rekord olub. Bu proses nə ilə bağlıdır? Tələb bu qədər yüksəlməyə davam edərsə

26 fevral
.

Mikayıl Cabbarov: "Vergi daxilolmalarının davamlı artımı vətəndaşların rifahına mühüm töhfələr verir"

İqtisadiyyat naziri Mikayıl Cabbarov vergi xidməti işçilərini peşə bayramı münasibətilə təbrik edib. Bu barədə nazir "X" sosial şəbəkəsindəki hesabında yazıb. "11 fevral - Azərbaycanın vergi xidməti işçilərinin peşə bayramıdır. Dövlətimizin vergi orqanları vəzifə öhdəliklərini məsuliyyətl

11 fevral
.

Xaricdən gətirilən avtomobillərin gömrük dəyəri 23% artıb – Yeni qiymət

Bu ilin yanvar ayında Azərbaycana 113 milyon 420 min dolları dəyərində 6 min 191 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. -un apardığı hesablamaya görə, idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 18 min 320 dollar (31 min 144 manat) olub. Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründ

17 fevral
.

Ölkədə bahalaşan və ucuzlaşan məhsullar - Siyahı

Cari ilin yanvar ayında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 101,7 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 100,7 faiz, qeyri-qida məhsulları üzrə 101,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,2 faiz təşkil edib. Dövlət Statistika Komitəsində

13 fevral
.

Zeytun yağı niyə BAHALAŞIB?

Son günlər Azərbaycan istehsalı olan zeytun yağlarının qiymətində kəskin artım müşahidə olunur. Bu da özünü əsasən yarımlitrlik və birlitrlik qablaşdırmalarda göstərir. Belə ki, bir müddət əvvəl qiyməti orta hesabla 6,20-7,40 manat olan yarımlitrlik zeytun yağları hazırda 9,0 manatdan baha satılır. 8,50-10,5

8 mart