Etirazçılar Sarkisyanı hədələdi - VİDEO -YENİLƏNİR

Aksiya iştirakçıları İrəvan küçələrində yürüşə çıxıb

Etiraz aksiyasının təşkilatçıları bildiriblər ki, sabah axşam yenidən İrəvanın mərkəzində toplaşaraq, oturaq tətil keçirəcəklər. Lakin nümayiş iştirakçılarının bir qismi evə getməkdən imtina edib.

Təşkilatçıların sözlərinə görə, bugünkü marşda 30 min adam iştirak edib. Sabahkı mitinqdə daha çox adamın iştirakı gözlənilir, belə ki, hazırlıq işləri aparılır, insanlar vərəqələr yayır.

"Onlar bizim tələblərimizi yerinə yetirməlidirlər. Etiraz etsələr, daha radikal addımlar atacağıq. Yalnız sona qədər durmaq lazımdır. Biz sevdiyimiz insanların qisasını alacağıq", - mitinq təşkilatçılarından biri deyib.

saat 22:27

Etiraz edınlərin bir hissəsi prezident sarayına doğru irəliləməyə və nümayişi orada davam etdirməyə qərar verib. Digər hissə isə İrəvanın meydanında qalmaqdadır.

İstiPress-in məlumatına görə, etiraz edənlər Artur Sarkisyanın təntənəli şəkildə Yelabur qəbiristanlığında dəfn edilməsini tələb edirlər. Onlar həmçinin onun ölümündə günahı olanların, o cümlədən prezident Serj Sarkisyanın cəzalandırılmasını istəyirlər.

Mitinq təşkilatçıları günü yekunlaşdıraraq, yeni aksiyaları sabah davam etdirməyi planlaşdırırlar.

"Çörəkdaşıyan" Artur Sarkisyanın xatirəsinə Ermənistanın Moskvadakı səfirliyi önündə də aksiya keçirilir. Aksiyaya gələnlər onun şəkli asılan lövhənin önünə gül dəstələri qoyurlar.

saat 20:46

"Çörəkdaşıyan" Artur Sarkisyanın xatirəsinə həsr edilmiş mitinqin iştirakçıları Ermənistanın baş nazirinın köməkçisinə öz tələblərini əks etdirən məktubu təqdim ediblər. Tələblərdə əsas məsələ Sarkisyanın "Erablur" hərbi panteonunda dəfn edilməsidir.

Nazir köməkçisi sabah məktuba cavab veriləcəyinə vəd verib. Bundan sonra yürüş iştirakçıları Azadlıq meydanına istiqamət götürüb.

Aksiya sakit şəkildə davam edir. Polis dəstələri artırılıb.

Ermənistanda müxalifətin izdihamlı mitinqi keçirilir. İstiPress Ermənistan mətbuatına istinadən xəbər verir ki, aksiya iştirakçıları 2016-cı ildə polisin binasını ələ keçirməkdə təqsirləndirilən silahlı dəstənin üzvlərinə yemək verən Artur Sarkisyanın müəmmalı ölümü barədə öz etirazlarını bildirirlər.

Aksiya təşkilatçılarının sözlərinə görə, Sarkisyanı xalqın düşmənləri öldürüb.

Mitinqə gələnlər Azadlıq meydanından müxtəlif küçələrə yürüşə başlayıblar.

Qeyd edək ki, Ermənistan Baş prokurorluğu Artur Sarkisyanın ölümünə ilkin səbəb kimi "ürək-ağciyər çatışmazlığı" göstərir.

2016-cı ilin iyul ayında "Sasna Tsrer" silahlı qruplaşması Serj Sarkisyan hakimiyyətinə qarşı ayağa qalxarkən Artur Sarkisyan onlara çörək daşıyırdı.

Sarkisyan həbs edilmişdi. Ötən il dekabrın 31-də isə o, azadlığa buraxıldı. Lakin sonra məhkəmə qərarı ilə A.Sarkisyan yenidən həbs edildi. Həbsxanada olarkən "çörəkdaşıyan" aclıq elan edib. Martın 16-da isə Sarkisyan ölüb.

Mənbə: istipress
Etirazçılar Sarkisyanı hədələdi - VİDEO -YENİLƏNİREtirazçılar Sarkisyanı hədələdi - VİDEO -YENİLƏNİR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 3004   Tarix: 18 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO

İranın Şiraz şəhərində 11 yaşlı qız şəxsi evində paltar satan 50 yaşlı qadını bıçaqlayaraq öldürüb. Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər yayıb. Məlumata görə, qatilin 40 yaşlı anası isə öldürülən qadının qızını yaralayıb. 11 yaşlı qızın cinayəti törətməsinə səbəb satıcını

19 aprel
.

Paşinyan: "Sərhədlərin delimitasiyasından imtina regionda gərginliyə səbəb olacaq"

"Ermənistanın Azərbaycanla sərhədlərin delimitasiyası və sonradan demarkasiyasından imtina etməsi Cənubi Qafqazda yeni eskalasiyaya gətirib çıxaracaq". Bunu Ermənistanın baş naziri Nikol Paşinyan sərhəddə yerləşən Tavuş vilayətinin Kirants kəndinin sakinləri ilə görüşündə deyib. "Əgə

18 aprel
.

17 yaşlı gimnast meningitdən vəfat edib

İspaniyalı batut gimnastı Maria Herrance Qomez 17 yaşında meningit xəstəliyindən dünyasını dəyişib. xəbər verir ki, bu barədə idmançının məşq etdiyi "Kabanillas del Kampo" şurasının mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, şəhərdə matəm elan edilib, bütün sosial və mədəni tədbirlər ləğ

18 aprel
.

Külli miqdarda rüşvət alan müstəntiq axtarışa verildi

Rusiya Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinin müstəntiqinə qarşı 24 milyon rubl məbləğində rüşvət almaqda şübhəli bilinərək cinayət işi açılıb. yerli mediaya istinadən xəbər verir ki, müstəntiqlərin fikrincə, şübhəli şəxs korrupsiya sxemində vasitəçi kimi çıxış edib. O, moskvalı vəkildən 3 ödənişl

18 aprel
.

Türkiyədə 5,7 bal gücündə zəlzələdən sonra ÜRƏKAĞRIDAN GÖRÜNTÜLƏR

Türkiyənin Tokat vilayətində baş verən zəlzələlərin vurduğu ziyanlar görüntülənib. "Haber Global"a istinadən xəbər verir ki, zəlzələnin episentri olan Sulusaray rayonu dron ilə havadan çəkilib. Görüntülərdə zəlzələnin vurduğu ziyanın miqyası əks olunub. Həmçinin zəlzələnin baş verdiyi bölgələrd

19 aprel
.

Dünyanın sonundan qorxub ofisianta külli miqdarda bəxşiş verdi

ABŞ-da bir restoranın müştərisi ofisiant üçün böyük bir bəxşiş qoyub. Bu barədə onun dostu Reddit platformasında məlumat yayıb. xarici KİV-ə istinadla bildirir ki, istifadəçilərdən biri aprelin 8-də baş vermiş son Günəş tutulması ilə bağlı qeyri-adi hekayəni paylaşıb. Məlumata əsasən, müştəri müntəzə

18 aprel
.

Ögey övladlarını ac saxlayıb hər gün döydü

Rusiyanın Petropavlovsk-Kamçatski şəhər sakini yetkinlik yaşına çatmayan ögey övladlarına işgəncə verib. yerli mediaya istinadla bildirir ki, istintaqın məlumatına görə, Petropavlovsk-Kamçatski şəhərinin 44 yaşlı sakini 9 və 10 yaşlı iki oğlunu böyüdən qadınla yaşayıb. Ata mütəmadi olaraq ögey övladların

17 aprel
.

"Miss-2024"ün finalçısı itkin düşdü

Rusiyanın Buryatiya Respublikası üzrə İstintaq Komitəsi "Miss Buryatiya 2024" müsabiqəsinin finalçısı Seseg Buinovanın qəribə şəraitdə yoxa çıxması ilə bağlı cinayət işi açıb. -a istinadla bildirir ki, taksi sürücüsü kimi fəaliyyət göstərən Buinova aprelin 12-nə keçən gecə iş zamanı yoxa çıxıb

18 aprel
.

1 yaşlı körpənin faciəvi ölümü: eyvanda oynarkən...

8-ci mərtəbədən yıxılan 1,5 yaşlı körpə həyatını itirib. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Əldə edilən məlumata görə, binanın eyvanında oynayan 1,5 yaşlı uşaq 8-ci mərtəbədəki evlərinin eyvanından yıxılıb. Ətrafdakı insanlar cəld sağlamlıq qruplarına məlumat verib

18 aprel