Mingəçevirdə KİV, dövlət və QHT nümayəndələri üçün keçirilən təlimdən isti-isti FOTOLAR

Mingəçevirdə KİV, dövlət və QHT nümayəndələri üçün açıq məlumatlara dair təlimlərin növbəti hissəsi yekunlaşıb - FOTOLAR

Mingəçevir Media Mərkəzində Mingəçevir Valideynlər Assosiasiyasının Çexiya ("Transitions") və Polşadan ("Linking Media") olan tərəfdaşları ilə birgə keçirdiyi açıq məlumatlara dair təlimlərin növbəti hissəsi başa çatıb.

Avropa Birliyinin maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilən "Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi" layihəsi çərçivəsində reallaşdırılan təlimdə Azərbaycanın kütləvi informasiya vasitələri, QHT və dövlət müəssisələri nümayəndələri iştirak edib. Martın 17-də başlayan və 3 gün davam edən təlimin məqsədi bu üç qrup nümayəndələrinə açıq məlumatların mahiyyətini anlatmaq və əhali ilə birgə fəaliyyət zamanı jurnalistlərə, fəallara və dövlət qulluqçularına necə kömək edəcəklərini öyrətməkdir.
Mingəçevir Valideynlər Assosiasiyasının prezidenti, eləcə də layihə rəhbəri Fərman Nəbiyevin sözlərinə görə, bu təlimlərə Bakı, Sumqayıt və Azərbaycanın digər bölgələrindən QHT, dövlət və KİV təmsilçiləri qatılıb: "3 gün ərzində onlar açıq məlumatlar konsepsiyasını müzakirə edib, Belarus, Avropa Birliyi və dünya KİV-lərinin, QHT və dövlət orqanlarının açıq məlumatlarla işləmə təcrübəsini öyrənib. İştirakçılar açıq məlumat portalları, məlumat mənbələri, vizuallaşdırma alətləri ilə tanış olub, xəritələr üzərində işləməyi öyrəniblər".
F.Nəbiyevin sözlərinə görə, proqramın nəticəsi olaraq data jurnalistikasına dair saytın hazırlanması da nəzərdə tutulub.
Nəzərinizə çatdıraq ki, təlimləri izləyən və təlimlərin gedişindən məmnun qalan BMTİP əməkdaşları əmin olduqlarını bildiriblər ki, proqramın uğurla icrası Azərbaycanın hökümət, QHT və KİV nümayəndələrinə əhali ilə daha rahat işləmək imkanı yaradacaq.

Qeyd edək ki, təlimləri "Linking Media" təşkilatının nümayəndəsi, media üzrə mütəxəssis Lyaksey Lyavonçik idarə edib.
Xatırladaq ki, ötən ilin noyabrında da Mingəçevir Media Mərkəzində analoji təlimlər təşkil olunmuşdu.
Mingəçevirdə KİV, dövlət və QHT nümayəndələri üçün keçirilən təlimdən isti-isti FOTOLARMingəçevirdə KİV, dövlət və QHT nümayəndələri üçün keçirilən təlimdən isti-isti FOTOLARMingəçevirdə KİV, dövlət və QHT nümayəndələri üçün keçirilən təlimdən isti-isti FOTOLARMingəçevirdə KİV, dövlət və QHT nümayəndələri üçün keçirilən təlimdən isti-isti FOTOLARMingəçevirdə KİV, dövlət və QHT nümayəndələri üçün keçirilən təlimdən isti-isti FOTOLARMingəçevirdə KİV, dövlət və QHT nümayəndələri üçün keçirilən təlimdən isti-isti FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 678   Tarix: 19 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı

Aprelin 24-də özünə qəsd edən respublikanın sabiq baş pediatrı bu gün dəfn olunacaq. -ın əldə etdiyi məlumata əsasən, Nəsib Quliyev Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq. Qeyd edək ki, Nəsib Quliyev Görədildə yaşadığı mənzildə özünə ov tüfəngi ilə atəş açara

25 aprel
.

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: "Kafedra ilə problemi olmayıb"

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" . Bunu -ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib. O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb

24 aprel
.

Maşını kapotu açıq şəkildə sürüb təhlükə yaratdı - Video

Sosial şəbəkələrdə "Chevrolet Cruze" markalı avtomobilin magistral yolda kapot hissəsi açıq şəkildə idarə edilməsini əks etdirən görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, minik avtomobilinin ön hissəsində görüntünün məhdudlaşdırılmış formada idarə edilməsi yolda təhlükəli vəziyyə

25 aprel
.

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

"Böyük Qayıdış" proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir. xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə məlumatında bildirilir. Bildirilir ki

25 aprel
.

Açıq havada satılan yeməklərdə DİQQƏTLİ OLAQ! Sağlamlığımıza hansı təsirləri var? - AÇIQLAMA

Açıq havada çoxlu mikroblar var və onlar tozla birləşərək asanlıqla yayılmağa başlayırlar. Xüsusilə havalar isindikcə epidemiyaya səbəb olan açıq qidalara nəqliyyat vasitələrinin çoxluğu və insanların sığlığı səbəbindən mikrob daha tez keçir. Xüsusilə çöldə satılan simit, peraşkı, dönər və qutab kim

25 aprel
.

Bulaqlarda erməni saxtakarlığı: Naxış və nişan vuraraq... - VİDEO

Laçın şəhərində daha bir erməni saxtakarlığı üzə çıxıb. Belə ki, ermənilər işğal dövründə Laçın və ətrafında yerləşən bulaqlara naxış və nişan vuraraq özününküləşdirməyə çalışıblar. "Bu bulaqlara üzüm kimi şəkillər çəkərək özlərinin olduğunu göstərmək istəyiblər. Mənim 78 yaşım var, həmişə bu bulağ

25 aprel
.

Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO

Bakıda təmizlik işçisinin şəhidlər abidəsi qarşısında dua etməsi gündəmə çevrilib. Bu barədə -in "qaynar xətti"nə məlumat daxil olub. Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı olan qadının bu hərəkəti insanlar tərəfindən rəğbətlə qarşılanıb. Görüntüləri təqdim edirik:

25 aprel
.

Ramzan Kadırovda yeni xəstəlik tapıldı, varisi hazırlanır - İDDİA

Çeçenistan lideri Ramzan Kadırov ağır xəstədir. İndi Kreml ölümü və ya səhhətinə görə əmək qabiliyyətini itirməsi halında onun yerinə kimin keçəcəyini düşünür. -ın xarici mediaya istinadən xəbərinə görə, "Novaya qazeta Europe" məqaləsində deyildiyi kimi, 2019-cu ilin yanvarında həkimlər on

24 aprel
.

Elmira Süleymanovanın dəfn olunacağı yer BİLİNDİ - YENİLƏNİR

Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanovanın dəfn olunacağı yer bilinib. xəbər verir ki, E.Süleymanova İkinci Fəxri xiyabanda dəfn olunacaq. 14:27. Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanova ilə vida mərasimi keçirilir. xəbər verir ki, mərasim Təzəpir məscidind

25 aprel