Rəsul Quliyevdən Cəmil Həsənliyə ağır sözlər: "...utanıb xəcalət çəksin"

Rəsul Quliyevdən Cəmil Həsənliyə ağır sözlər: "...utanıb xəcalət çəksin"ABŞ -da yaşayan eks-spiker Rəsul Quliyevlə Milli Şura rəhbəri Cəmil Həsənli arasında günlərdir, davam edən söz atışması dayanmır.

Sonxeber.az musavat.com-a istinadən xəbər verir ki, Rəsul Quliyev Cəmil Həsənliyə xitabən "Bütün həyatı boyu heç bir xeyirli işlə məşğul olmayan, bu gün xalqa xidmət edən bir tələbə belə yetirməmiş, heç kimin oxumadığı, sifarişlə yazılmış kitablarına görə özünü ''professor'' adlandıran psixikası pozulmuş şəxs yeni çızma-qarasında bir daha daxili əxlaqsızlığını nümayiş etdirir" deyə, vurğulayıb: "Elə bil prezident seçkilərindən sonra 6 ay "prezident mənəm, 65 faizlə udmuşam" deyən təlxək mən olmuşam, bu yox. "Oğurlayanı oğurla" bədnam şüarının müəllifi elə bil bu deyil, kimsə başqasıdır. Saxta sənədlərlə "invalidlik" statusu alan və vaxtından qabaq özünə pensiya təşkil edən (çox ehtimal kimlərəsə rüşvət verib) insan bu şərəfsiz deyilmiş.

Mənim onu Londana dəvət etdiyimi iddia edən bu yazıq dediyini sübut edə bilərmi, əsla yox. Əgər az da olsa insanlıq keyfiyyətinə maliksə kimin vasitəsilə mənim bu işi gördüyümü desin. Əgər deyə bilmirsə, utanıb xəcalət çəksin.

Mən bu insanı birinci dəfə Vaşinqtonda kiminsə vasitəçiliyi ilə Türk restoranında görmüşəm. Ona qədər və ondan sonra yəni 2013-cü ilə qədər belə bir adamın olduğunadan belə xəbərim olmayıb. Vaşinqtonda onun mənə verdiyi kitabla tanış olmuşdum və orada M.Bağırovla əlaqədar yazdıqlarının səhv olduğunu demişdim. Bu insan hələ də yalan danışmağın nə qədər Azərbaycan xalqının imicinə ziyan vurduğunu anlamır və bu yalanları deməkdə davam edir. Bu adama "30 milyard pul olan yerdə 100 milyard oğurlamaq mümkün deyildir"i başa salmaq mümkün deyildir. Və belə bir insan prezident olmaq arzusuna düşmüşdü".

Rəsul Quliyev daha sonra qeyd edib: "Kimdir bu professor? "Azadlq" qəzetində ağzına gələni yazan və bu qəzetdə heç bir cavab ala bilməyəcəyinə əmin olan bədbaxt. Adam Simiti mənim mazut satmağımla eyniləşdirən bir bədbaxtın özünü ''professor'' adlandırması azad bazar iqtisadiyyatına təhqirdən başqa bir şey deyildir. Bu adam Şanxayda olduğundan, orada fəaliyyətindən fəxrlə danışır. Bu insan Cində komunist diktaturasının hökm sürdüyündən xəbərdardır, görəsən.

Mən əminəm ki, onun növbəti çızma-qarası Cin diktaturasının şəninə həsr olunacaq. Bir sözlə, bundan sonra bu insana cavab verməyi özüm üçün təhqir qəbul etdiyimdəm xahiş edirəm, yazılarını davam etdirsin. Mən həyatımda onlarla akademik (sovet ittifaqı və respublikada) və yüzlərlə normal professorlarla işləmişəm. Bu özünü professor adlandıran "aşağı problu adam"la polemikaya girmək istəmirəm. Çünki o səviyyəli adamların məni anlamaq şansı yoxdur".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2642   Tarix: 19 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18 sentyabr 2021
.

Avtoxuliqan polisi maşınla vurub

Tovuzda polis əməkdaşını maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə avtoxuliqanlıq edi

17 sentyabr 2021
.

Tanışını döyə-döyə öldürdü

Bakıda tanışını döyərək öldürən şəxs saxlanılıb. Xətai rayon prokurorluğundan -a bildirilib ki, sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məluma

16 sentyabr 2021
.

20 yaşlı oğlanın FACİƏVİ sonu: Özünü... - FOTO

Sentyabrın 12-də Göyçayda itkin düşən gəncin meyiti tapılıb. -a istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini 20 yaşlı Mustafayev Fuad Məzahir oğlu evdən çıxaraq bir daha geri qayıtmayıb. Əldə etdiyimiz məlumata əsasən, Fuad həmin gün Şirvan kanalının Qaraman kəndindən keçən hissəsində, körpüdə

14 sentyabr 2021
.

Rektorun anası koronavirusdan vəfat etdi

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!

13 sentyabr 2021
.

Pakistanda torpaq sürüşməsi: 18 nəfər öldü

Pakistanın şimalında və Xayber Paxtunxva bölgəsinin Torqar əyalətində yağan musson yağışları nəticəsində torpaq sürüşməsi baş verib. xəbər verir ki, sürüşmə zamanı 18 nəfər ölüb. Pakistan rəsmiləri ölənlərin daha çox olduğunu ehtimal edirlər. Pəncab əyalətində ölənlərdən 4-ü uşaqdır. Torqar bölgəsind

12 sentyabr 2021
.

Bakıda "Toyota" piyadanı vuraraq ÖLDÜRDÜ

Bakıda yol-nəqliyyat hadisəsi olub. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 10-u saat 9 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini A.Kamallı idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən paytax

11 sentyabr 2021
.

Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı

14 sentyabr 2021
.

Ötən gün 10-dan çox koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı

Sentyabrın 10-da daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməkl

11 sentyabr 2021