Bayram yarmarkalarından son mənzərə - qiymətlər əl yandırır - FOTO

Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi bayram yarmarkaları artıq 3 gündür fəaliyyətə başlayıb. Bakıda beş, Sumqayıtda iki ərazidə təşkil olunan yarmarkalarda yerli məhsullarla yanaşı, xaricdən idxal olunan məhsullar da satışa çıxarılıb. Halbuki, nazirlik yalnız yerli məhsulların satışa çıxarılacağını, üstəlik yarmarkaya çıxarılan məhsulların bazarlardakı qiymətlərə nisbətən 20-30 faiz ucuz satılacağını vəd etmişdi.

Sonxeber.az bildirir ki, virtualaz.org saytının əməkdaşlarının yarmarkalarda apardığı müşahidələrə əsasən isə, martın əvvəlinə nisbətən ayın 16-dan meyvə-tərəvəz məhsullarının qiymətində bahalaşma olub. Məsələn, ayın əvvəlində 2 manat 50 qəpiyə satılan bananın qiyməti 3 manat 50 - 3 manat 80 qəpiyədək yüksəlib. 1 manat 80 qəpiyə satılan portağal 2 manat 50 - 3 manata, cənub bölgəsindən gətirilən naringi isə 4 manata təklif edilir.

Xətai rayonu, Məzahir Rüstəmov küçəsindəki ("Bakı" kinoteatrının yaxınlığı) yarmarkada alıcı sıxlığı müşahidə edilib. Lakin alıcıların əksəriyyəti bahalıqdan şikayətçidir.

Novruz süfrəsinin bəzəyi olan çərəzlərin qiymətində də artım var. Məsələn, Qəbələ, İsmayıllı və Zaqataladan gətirilən şabalıdın qiymətində 2 manat artım var. Qoz və fındıq ləpəsi, ərik də bahalaşan məhsulların arasındadır.

Beləliklə qiyməti təqdim edirik:

Qabıqlı qozun bir kiloqramı: 7-10 manat.

Qoz ləpəsi 20-35 manat

Fındıq: 8-12 manat

Fındıq ləpəsi: 14-20

Ərik: 7 manat 50 qəpik-12 manat.

Gavalı: 6-7 manat

Quru alça: 6 -7 manat

Kişmiş: 6-15 manat

İnnab: 8-10 manat

Badam: 15-30 manat

Yarmarkaya çıxarılan məhsulların birbaşa rayonlardan gətirildiyi iddia olunur. Lakin yuxarıda da qeyd etdiyimiz kimi, İrandan, Gürcüstandan, Özbəkistandan gətirilən məhsullar da yerli mal kimi satışdadır.

Heyva, alma, nar, üzümün də qiymətində 50 qəpik - 1 manat bahalaşma var. Nar 2 manat, banan 3 manat 50 qəpik-4 manat, portağal 2 manat 50 qəpik, alma 80 qəpik-2 manat, üzüm 2 manata satılır. Xiyar 3-6 manat, pomidor 3 manat 50 qəpik-4 manat, göyərti 20 qəpikdir.

Yarmarkada diqqət çəkən məqamlardan biri də kartofun qiymətidir. Təxminən 10 gün əvvəl 60-80 qəpiyə satılan kartof 1 manat-1 manat 20 qəpik olub. Gədəbəy və Tovuzdan gətirildiyi iddia edilən kartof 1 manat 20 qəpikdən təklif olunur.

Satıcılar deyirlər ki, kartofun bahalaşmasının bayramla əlaqəsi yoxdur.

"Hava şəraitinə görə məhsul az olub. Gədəbəydən gələn kəndlilər səhər kartofun kilosunu 90 qəpikdən satdılar", - Nəriman adlı satıcı deyir və əlavə edir ki, 60-80 qəpiyə satılan kartof Gürcüstandan gətirilib.

Yarmarkaya çıxarılan ətin qiyməti vəd olunduğu kimi 7-8 manatadır. Amma diri toyuq, hind quşu və ördəyin qiymətində kəskin artım var. Hazırda hind quşunun kiloqramı 10-12 manata satılır. Diri toyuq 9-10 manat, ördək isə 10 manata satılır. Təmizlənmiş toyuğun kiloqramı 6-7, buzlanmış toyuğun kiloqramını isə 5 manata satırlar.

Kənd yumurtası 20 qəpiyə satışa çıxarılıb. Balığın qiymətində də artım var.

"Bazarlardakı qiymətlə yarmarkadakı qiymətin fərqi yoxdur. Hətta əksinə, bazarlarda kartofu 80 qəpiyə, almanı 50 qəpiyə alırdıq. Qozun, fındığın da qiyməti fərqli deyil", -alıcı narazılıq edir.

Yarmarkanın ət satışı bölməsində alıcı sıxlığı var. "Qoyun əti 7, mal əti 8 manatdır", - Asif adlı satıcılardan biri deyir.

Onun sözlərinə görə, İmişlidəki fermasından gətirdiyi heyvanları 2 gündə sata bilib. "Heyvanları baytar nəzarətindən keçiriblər, Yer pulu verməmişəm, daşınmasına da köməklik göstərilib. Buna görə də bu qiymətə satış sərf edir", - Asif əlavə edir.

Amma qəssablardan fərqli olaraq quş əti satıcıları alıcı qıtlığından narazıdırlar. "Yeni il ərəfəsində şənbə-bazar günləri 40 hind quşu satmışam. Lakin son 3 gündə cəmi 4-5 hind quşu, 6 toyuq sata bildim", - satıcılardan biri gileylənir.

Satıcılar yarmarkanın son günü qiymətlərin dəyişməyəcəyini də söylədilər.
Bayram yarmarkalarından son mənzərə - qiymətlər əl yandırır - FOTOBayram yarmarkalarından son mənzərə - qiymətlər əl yandırır - FOTOBayram yarmarkalarından son mənzərə - qiymətlər əl yandırır - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1318   Tarix: 19 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

13 il əvvəl yoxa çıxan 14 yaşlı qız gözlənilmədən evə qayıtdı

2010-cu il oktyabrın 20-də ABŞ-ın Texas ştatının Amarillo şəhərciyində itkin düşən 14 yaşlı Cessika Delqadillo qəflətən evə qayıdıb. -ın xarici mediaya istinadən verdiyi xəbərə görə, o, 13 il əvvəl məktəbə gedib və bir daha geri qayıtmayıb. Valideynlər dərhal polisə müraciət etsələr də, axtarışlar he

21 aprel
.

Gəncə şəhərində ev yanb

Gəncə şəhərinin Məhsəti qəsəbəsində fərdi yaşayış evində yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 163 kvadratmetr olan evin 68 kvadratmetri yanıb. Əraziyə dərhal FHN-nin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğı

14 aprel
.

Xaçmazda dönərxana yanıb

Xaçmaz şəhərində yanğın baş verib. APA xəbər verir ki, Xaçmaz bazarının yaxınlığında yerləşən dönərxana qəfil alışıb. Əraziyə FHN-in canlı qüvvəsi və texnikası cəlb olunub. Hazırda yanğının məhdudlaşdırılması istiqamətində iş aparılır

21 aprel
.

Taxtakörpü-Ceyranbatan su kanalında batan 27 yaşlı gəncin meyiti tapılıb

Ötən gün axşam saatlarında Taxtakörpü-Ceyranbatan su kanalının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində batmış və gecə saatlarında kanalın Ceyranbatan su anbarı ilə birləşən hissəsində aşkar olunmuş 1997-ci il təvəllüdlü Həsənov Zeynalabdin Hüseyn oğlunun meyiti Fövqəladə Hallar Nazirliyi Xüsus

21 aprel
.

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Naxçıvan Muxtar Respublikasında zəlzələ olub. "Report" xəbər verir ki, saat 22:03-də qeydə alınan zəlzələ Naxçıvan MR ərazisində üç bala qədər hiss olunub. Yeraltı təkanlar təxminən 5-7 saniyə davam edib

20 aprel
.

Gürcüstanda soydaşımız qətlə yetirilib: Sinəsinə 11 bıçaq zərbəsi vurulub - VİDEO

Gürcüstanda soydaşımız qətlə yetirilib. Hadisə Bolnisi rayonunun Saraçlı kəndində baş verib. Belə ki, itkin düşən 34 yaşlı kənd sakini İsa Hüseynov bir gün sonra Saraçlı meşəsinə yaxın ərazidə ölü halda tapılıb. Əraziyə Gürcüstan Daxili İşlər Nazirliyinin ekspertiza qrupu cəlb edilib. Ekspertiza nəticəsind

21 aprel
.

Bakıda taxta bazarında baş verən yanğın məhdudlaşdırıldı - VİDEO

Bakı şəhərinin Nərimanov rayonunda "Taxta bazarı" adlanan ərazidə baş verən yanğın məhdudlaşdırılıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlə

20 aprel
.

Suriyada neft boru kəmərində yanğın olub, ölən var

Suriyada neft boru kəmərində yanğın olub, ölən var. "Report" xəbər verir ki, bu barədə "Sham FM" radiosu məlumat yayıb. Hadisə Homs əyalətində, Furklus şəhərinin şərqində qeydə alınıb. Yanğın baş verən yerdə bir nəfərin meyiti aşkarlanıb. Ərazidə yanğınsöndürmə briqadaları işləyi

21 aprel
.

2 ildir COVID-dən əziyyət çəkirdi, öldü

Hollandiyada təqaüdçü iki ilə yaxındır ki, koronavirusdan əziyyət çəkir. xarici KİV-ə istinadla bildirir ki, bu müddət ərzində həkimlər onun həyatı üçün mübarizə aparsalar da, 50-dən çox mutasiyadan xilas olan kişinin bədənində virus daha güclü olub. "Daily Star" kədərli dünya rekordu haqqınd

20 aprel