DİQQƏT! Bakının məşhur restoranında zəhərlənmə - FOTO
Azərbaycandakı "McDonalds" restoranlar şəbəkəsi ilə bağlı daha bir xoşagəlməz fakt qeydə alınıb.
Bu barədə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Səid Paşayev məlumat verib. Bildirib ki, 16.03.2017-ci il tarixində şəbəkənin 28 mall ticarət mərkəzində yerləşən filialında 1 manat 50 qəpiyə qamburger, bundan əlavə qızardılmış kartof alıb, yeyib. Daha sonar isə axşam saatlarına yaxın özünü pis hiss edib və Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Xəstəxanada ona qida mənşəli kəskin allergik reaksiya diaqnozu qoyulub: "Soruşdular ki, nə yemisən, dedim qamburger. Ondan başqa da heç nə qəbul etməmişəm. Dedilər ki, ondan zəhərlənmisən. Bir neçə saat xəstəxanada qaldım, mədəmi yudular. Ondan sonra evə buraxdılar. Kartofdan şübhələnmirəm düzü. Çünki kartof yeni qızardılır. Amma qamburgeri yeyəndə həqiqətən də nəsə tam hiss elədim. Özüm də bşa düşdüm ki, nəsə başqa bir dad var. Amma çox fikir vermədim. Ac idim, yedim və getdim. Axşama yaxın isə mədəm çox pis oldu. Özümü pis hiss etməyə başladım və təcili xəstəxanaya çatdırıldım".
Məlumat üçün bildirək ki, bu "McDonalds"la bağlı ilk şikayət deyil. Bundan əvvəl də bir neçə dəfə mətbuatda "McDonalds"dakı məhsulların keyfiyyətsizliyi ilə bağlı yazılar dərc edilib.
Mənbə: bakipost.az
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 2785 Tarix: 19 mart 2017
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşBölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA
Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini
17 sentyabr 2021Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18 sentyabr 2021Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB
"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın
17 sentyabr 2021Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO
Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca
17 sentyabr 2021