Tanınmış bəstəkardan kövrəldən sözlər: "Ailəmdəki itkiylə bağlı 5 ildir..." - FOTO

Tanınmış bəstəkar, Bakı Musiqi Akademiyasının baş müəllimi Sədaqət Arifqızının Milli.Az-a müsahibəsi.

- Sədaqət xanım, biz sizi bir musiqi bilicisi kimi tanıyırıq. İstərdim ki, böyüyüb boya-başa çatdığınız ailənizdən danışasınız. Ümumiyyətlə, uşağlığınız necə keçib?

- Mən ziyalı ailəsində böyüyüb boya-başa çatmışam. Atam filologiya elmləri doktoru, professor Arif Məmmədov olub. Anam isə məktəbdə ədəbiyyat müəlliməsi işləyib. Atam musiqiyə çox bağlı bir insan idi. Bir neçə alətdə, o cümlədən tarda, sazda, pianoda gözəl ifa etmə bacarığı vardı. Bundan əlavə gözəl səsi də olub. Elə bunun nəticəsidir ki, məni evdə musiqi abu-havasında böyüdüblər. Atam istəyirdi ki, bəstəkar olum, amma mən musiqi müəlliməsi oldum, bəstəkarlıq fəaliyyətimə çox gec başlamışam. Asəf Zeynallı adına musiqi məktəbinə daxil olanda nişanlanıb, ailə həyatı qurdum. Daha sonra isə Bakı Musiqi Akademiyasında bəstəkarlıq fakültəsini bitirdim. Həyat yoldaşım məni bəstəkarlıq fəaliyyətimlə məşğul olmağa qoymadı. Mənə deyirdi ki, yalnız musiqi məktəbində müəllimə işləyə bilərsən. Kaş ailə həyatı qurmazdım...

- İstəməyib ailə həyatı qurmuşduz?

- Xeyr, əksinə istəyib evlənmişdik. Uşaq idim də, fikirləşirdim ki, ilk elçi gələnə "hə" deyim, qorxurdum ki, daha elçi gələn olmaz (gülür). Çox böyük səhv etdim. O səhvdən 3 övladım, iki qızım, bir oğlum var. Övladlarım mənim başımın tacıdır. Hər işim onlarladır, onlardan savayı heç bir arzum yoxdur.

- Demək ki, 3 uşağ ilə ailənin ağırlığı sizin çiyninizə düşüb.

- Xeyr, mən digərlərindən fərqli olaraq nənə olanda tək qalmışam. Uşaqları onunla bir yerdə böyütmüşük.

- Ayrılarkən dost qaldınız, yoxsa münasibəti tamamilə kəsdiniz?

- Xeyr, mənlə münasibəti olmasa da, uşaqlarım ilə çox gözəl münasibətləri var.

- Sevgi ilə qurulmuş ailənin dağılma səbəbi nə oldu?

- Mənim ailəmə müdaxilə oldu və bu müdaxilə xəyanətlə nəticələndi. Bu haqda çox danışmaq istəmirəm. Mənim həyatım əvvəlindən bu cür olub. Çox yaxşı başlayıb, amma yarımçıq qalıb. Bu, bizim öz ailəmizdə də belə olub. Anamın taleyini yaşadım desəm, yanılmaram.

- Bu hadisədən sonra atanıza münasibətiniz necə oldu?

- Atamla münasibətim bütün hallarda çox yaxşı olub. Görürsüz ki, mən onun adını daşıyıram. 57 yaşında dünyasını dəyişdi. Xəstə yatanda da mən yanında olmuşam.

- Həyatda küsülü olduğunuz insanlar varmı?

- Mən bəlkə də yeganə insanam ki, sənətdə və dostluqda düşmənim yoxdur, mən həyatda iki nəfərlə danışmıram, onlar da mənim ən yaxın adamlarımdır, ailəmin içidir. Qanı bir, canı bir olan adamlardır. Onlar mənə qarşı elə xainlik ediblər ki, ölsəm də onları bağışlamaram. Övladlarıma da tapşırmışam ki, ölsəm, üstümə gəlməsinlər, ölsələr, üstlərinə getməyəcəyəm. Mən ailədən çox sınıqam, həm öz ailəmdən, həm də ata-ana bir ailəmdən. Mənim heç kimim yoxdur, bir mənəm və övladlarımdır. Pis günümdə əgər yaxın adamlarım yanımda olmayıblarsa, neynirəm onları?

- Bayramı necə keçirdiniz?

- Ailəmdəki itkiylə bağlı olaraq 5 ildir ki, mən bayram keçirmirəm. Nəinki Novruz, heç bir bayramı keçirmirəm. Bu haqda da çox danışmaq istəməzdim. İstəmirəm dərdimi təzələyim.

- Sədaqət xanım, bir çox tanınmış müğənnilərin repertuarında mahnılarınız səslənir. Musiqiləriniz necə yaranır?

- Stress keçirən kimi lirikalar daxilimdə aşıb-daşır, mahnı yazıram. Deyirəm, ay Allah, heç nə baş verməsin. "Ata", "Ana", "Mənə söz ver" və s. mahnılarım bu anlarda yazılıb. "Mənə söz ver" mahnısını yazan kimi fikirləşdim ki, bu mahnı əsl Nadirlikdir. Nadir Qafarzadənin ifasında bu mahnı çox sevildi və onun repertuarında ən populyar mahnıya çevrildi.

- Sədaqət xanım, "Səndən ötəri" adlı mahnınız yaman başı bəlalı oldu. Bu mahnını bir çox insanlar anonim adla oxuyub, məşhur olublar. Mahnının digər ifaçılar tərəfindən oğurlanmasına səbəb nə oldu?

- Stress keçirdiyim günlər idi, oturmuşdum evdə. Zemfira Əlişqızı ilə konsertdə tanış olmuşdum, orda kitabını mənə vermişdi. Şeiri oxuyarkən, melodiya artıq beynimdə canlanırdı. Mahnını yazıb tələbə yoldaşım Eldar Mansurova telefonda dinlətdim. O da ailəmdəki problemlərdən xəbərdar idi. Stressden insanda belə şeylərin olması normal idi. Çünki çox böyük və ağır stress keçirmişdim. Mahnının ilk ifaçısı Bəsti Bəkirova oldu. Bu mahnını 4 müğənni, hətta türk müğənnisi belə oxuyub. Bir sözlə, qanım qaraldıqca mahnılar yaranır (gülür).

- Heç olubmu ki, yazdığınız mahnının hansısa mahnıyla oxşarlığı olsun?

- Mənə elə gəlir ki, qəsdən oğurlamazlar. Bir dəfə bir mahnı yazdım, sonra onu müğənniyə göstərdim. Dedi ki, filan mahnıya oxşayır. O dəqiqə mahnının notlarını məhv etdim. Amma elə bəstəkarlar da var ki, rus estradasını qoyur qabağına, başlayır plagiyat yazmağa. O oxuduqca, mən də rus dilində həmin mahnını oxuyuram (gülür). Allaha şükür mən heç vaxt bu cür vasitəyə əl atmamışam. Hələ ki, düşünən beynim işləyir.

- Belə başa düşdüm ki, yalnız pis hallarda mahnı yazırsız?

- Xeyr, təbii ki, toy üçün, uşaqlar üçün də sifarişlə mahnılar işləyirəm. Sadəcə, mən lirikaya bir az yaxınam. Mən böyük sənətkarımız Oqtay Kazımovun tələbəsi olmuşam. Eldar Mansurovla birlikdə təhsil almışıq. İndi Oqtay müəllimlə bir şəkil çəkdirənlər deyir ki, onun tələbəsiyəm. Desəm ki, Oqtay Kazımovun davamçısıyam, yalan olmaz. Mənim mahnılarımda da klassik lirika ön plandadır.

- Mahnılarınızdan qazanc əldə edirsiz?

- Xeyr, heç vaxt mahnılarımı satmamışam, bunu mən bacarmamışam. Mahnılarını satan bəstəkarlara pis baxmıram, sadəcə mən bacarmıram. Olub ki, bir neçə dəfə mahnı istəyiblər, onun yerinə mənə hədiyyə göndəriblər. Pul versələr, əlbəttə ki, götürərəm, amma heç verən də yoxdur (gülür).

- Bəlkə də fikirləşirlər ki, ehtiyacınız yoxdur.

- Sözün düzü, nəyisə edəndə onun heç vaxt qarşılığını gözləmirəm. Yəqin fikirləşirlər ki, ehtiyacım yoxdur. Zəng etmişəm ki, gözəl bir mahnı var, elə sənin üçün yazılıb. Gəlib götürüb oxyub. İstədiyim müğənniyə mahnı verirəm, hər yoldan ötənə mahnılarımı vermirəm.

- Bəs qazancınız hardandır?

- Övladlarıma qurban olum, onlar məni saxlayır. Kürəkənlərim də, gəlinim də çox yaxşıdır. İki qızım və bir oğlumdan da başqa mən kürəkənlərimi oğul, gəlinimi isə qızım kimi çox istəyirəm. Demək olar ki, iki oğul və bir qız da qazanmışam. Allah məni bir ondan yarıdıb ki, övladlarım yaxşı çıxıb. Övlad sarıdan xoşbəxt anayam.

- Sədaqət xanım, 40 ildən çoxdur ki, sənətdəsiz. Bəstəkarlar İttifaqına üzv olmusuz?

- Xeyr, orada bir qanun var ki, bu sovet illərindən qalıb. Konservatoriyada oxuyan əgər ifaçılıq sənətini bitiribsə, o, Bəstəkarlar İttifaqının üzvü ola bilməz. Nəzəriyyəni bitirən isə üzvü ola bilər. Nəzəriyyəçilər tanıyıram ki, ittifaqın üzvüdür, amma nəzəri biliklərini ortaya qoyub heç bir məqalə belə yazmayıblar. Mən 4 albom yaratmışam, 2 yaradıcılıq gecəsi keçirmişəm. Mən bu qədər işlər görə-görə utanıram dilimə alıb deyim ki, mən bəstəkaram. Halbuki təkcə Nadir Qafarzadə 20 mahnımı oxuyub. Amma o gün oxuyuram, biri deyir ki, mənim 1500 mahnım var, onu da 70 nəfər oxuyub. Hansı ki, bu sözü 3-cü sinifi bitirən insan deyir. Onun heç bəstəkarlıq sözündən anlayışı yoxdur.

- Üzv olmaq üçün müraciət etməmisiz?

- Xeyr, müraciət etməmişəm. Bilirəm ki, müraciət etsəm, götürməyəcəklər. İttifaq bir dəfə maraqlanmayıb ki, bu insan mahnı yazır, kimdir? Nəçidir? İndi musiqi sahəsində yeni termin yaranıb: "Qış mahnısı, yay mahnısı". Bu yaşa çatmışam, dahi sənətkarlardan təhsil almışam, amma bilmirəm ki, bu, nə deməkdir. Deməli, qışda lirika, yayda isə 6-8 lik mahnılar oxuyurlar. Mahnının da fəsli var?

- Kaş bu müğənni ilə çalışardım dediyiniz məşhur olubmu?

- Bəli, olub. Desəm ki, mahnılarımı təklif edən kimi qaçaraq gəliblər, yalan olar. "Ata" mahnısını Nazpəri xanımı nəzərdə tutub yazmışdım. Biz onunla görüşdük, mahnını bəyənsə də ifa etmədi. Günü-günə satdı. 6 ay gözləyəndən sonra həmin mahnını Zöhrə Abdullayeva oxudu. Nadir isə bu mahnını özü istəyib oxudu.

- Yəqin ki, incidiniz ondan...

- Xeyr, incimədim, amma oxumadı da. Bir dəfə də eyni münasibəti Aybəniz Haşımovadan gördüm. O, hətta müsahibə də vermişdi ki, mahnımı oxuyacaq. Üstündən illər keçməsinə baxmayaraq o da oxumadı. Amma mahnılarımı oxuyan müğənnilərimdən çox razıyam.

- Özünüzə çox vaxt ayırırsınız?

- Bəli, özümə çox vaxt ayırıram. Evdə də, çöldə də fərq etmir həmişə saçım ukladkada olmaldır. İçim qan ağlasa da bəzəyimdən heç vaxt qalmıram. Bunu mən həmişə etməliyəm. Hətta övladlarıma zarafatca deyirəm ki, məni tabuta qoyanda da saçlarım ukladkalı olsun (gülür).
Tanınmış bəstəkardan kövrəldən sözlər: "Ailəmdəki itkiylə bağlı 5 ildir..." - FOTOTanınmış bəstəkardan kövrəldən sözlər: "Ailəmdəki itkiylə bağlı 5 ildir..." - FOTOTanınmış bəstəkardan kövrəldən sözlər: "Ailəmdəki itkiylə bağlı 5 ildir..." - FOTOTanınmış bəstəkardan kövrəldən sözlər: "Ailəmdəki itkiylə bağlı 5 ildir..." - FOTOTanınmış bəstəkardan kövrəldən sözlər: "Ailəmdəki itkiylə bağlı 5 ildir..." - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 3673   Tarix: 30 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Qarabağ işğaldan əvvəl və sonra - VİDEO

Məşhur fotoqraf Rza Diqqəti yeni layihəsini təqdim edib. Sonxeber Real TV-ə istinadən bildirir ki, dünya şöhrətli fotoqraf Reza Diqqəti "Qarabağ dronla" adlı yeni layihəsini təqdim edib. 1992-ci ildə mən Birinci Qarabağ müharibəsinin şahidi olmuşdum. Müəllif 2020-ci ilin oktyabrındakı İkinc

23 iyun 2021
.

Azərbaycanda qəbri tapılan xanın skeleti çıxarıldı

Şəkidə Xan məscidində aşkar edilən Məhəmmədhüseyn xan Müştaqa məxsus qəbir açılıb. Bu barədə -a Dövlət Turizm Agentliyi qoruqların idaretmə mərkəzinin müşaviri Elşən Mustafayev məlumat verib. O qeyd edib ki, qəbirdəki insan qalıqları xüsusi qaydada oradan çıxarılıb və skelet yoxlanılması üçün aidiyyət

7 iyul 2021
.

Şuşada Bülbülün ev-muzeyinin bərpadan sonra açılışı oldu - FOTO

Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün avqustun 29-da Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezident

29 avqust 2021
.

69 yaşlı Əməkdar artist plastik əməliyyatdan sonra - FOTOLAR

Xəbər verdiyimiz kimi, 69 yaşlı Əməkdar artist Vahid Əliyev plastik əməliyyat etdirib. xəbər verir ki, aktyor üzünə kök hüceyrə etdirərək qırışlardan xilas olub. V.Əliyev əməliyyatdan 3 gün sonrakı görüntülərini yayımlayıb. Aktyorun üzündəki qırışların açıldığı diqqət çəkib

28 iyun 2021
.

Azərbaycanlı aktyor koronavirusdan VƏFAT ETDİ

Heydər Əliyev adına Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrının keçmiş aktyoru Fazil Bayramov vəfat edib. Report-a istinadən xəbər verir ki, onun ölümünə koronavirus infeksiyası səbəb olub. Gənc aktyor yarım aya yaxın xəstəxanada müalicə olunsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Qey

19 iyul 2021
.

"Hansı ədəb-ərkandır ki, BNA Fazil Mustafa ilə bu formada danışır?!" - AÇIQLAMA

BNA ilə bağlı son zamanlar şikayətlər artır. Bəs bu şikayətlər niyə var və öz həllini niyə tapmır?. Məsələ ilə bağlı -a açıqlama verən deputat Rüfət Quliyev bildirib ki, təxminən 1 ildir ki, onun BNA ilə əlaqələri var. "Bəlkə də, təqaüdə çıxanda bunun haqqında bir poema yazdım. BNA dövlət qrumudu

11 avqust 2021
.

Azərbaycan xalçalarının daha geniş tanınması üçün QR kod sistemi tətbiq edilir - FOTO

"Azərxalça" ASC Azərbaycan xalçalarının daha geniş miqyasda tanınması üçün QR kod sistemi tətbiq edir. Toxunan xalçaların hər birinin arxasında xüsusi QR kodlar yerləşdiriləcək. Bu barədə -a "Azərxalça" ASC-nin mətbuat katibi Xatuna Abdullayeva məlumat verib. O bildirib ki, buna qədə

10 sentyabr 2021
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevin fərman

18 sentyabr 2021
.

Yeni mövsümdə tamaşaçılar Azərbaycan teleməkanında hansı serialları izləyə biləcəklər? - FOTO

Telekanallar yeni mövsümün həndəvərindədirlər. Və bu o deməkdir ki, kanallarda həm də yeni serial mövsümünün başlamasına çox az qalıb. Əvvəla onu deyək ki, serial süjet xətti bir-biri ilə bağlı olan və ya olmayan telefilm silsiləsidir. İlk serial – "Farevey Hill" 1946-cı ilin oktyabrından dekabrın

5 sentyabr 2021