Xorvatiyada "itkin düşmüş" azərbaycanlı idmançılar haqda RƏSMİ AÇIQLAMA
Xəbər verdiyimiz kimi, bu gün tanınmış jurnalist, səyyah Azər Qəribov sosial şəbəkədə Xorvatiyaya gedən idmançılarımızın itkin düşməsi haqda məlumat paylaşıb. O, bildirib ki, Xorvatiyanın Split şəhərində keçirilən ağır atletika üzrə Avropa çempionatına gedən azərbaycanlı idmançılar yoxa çıxıblar. "Oteli tərk edən idmançılar yarışlara gəlməyiblər və polis artıq iki gündür ki, onları axtarır" - deyə A.Qərib yazıb.
Azərbaycan Ağır Atletika Federasiyasının Mətbuat katibi Kənan Məstəliyev idmançılarımızın itməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
K.Məstəliyev AzVision.az-a bildirib ki, bu, Xorvatiya polisinin çox böyük səriştəsizliyidir: "Yığma komanda aprelin 1-dən Bakıdadır və məşqlərini davam etdirir. Mən bu gün, düz 10 dəqiqə əvvəl onlarla yenidən görüşdüm. Sadəcə olaraq Xorvatiya polisi əgər sərhəddə təyyarəyə minib geri qayıdan və gömrükdə qeydiyyata düşən adamları tapa bilmirsə, mənim buna deyəcək sözüm yoxdur. Ora yığma komanda, nümayəndə heyəti gedib, sadəcə Məsləhət Şurasının qərarına əsasən həmin komandanın Avropa çempionatında iştirakı məqsədəuyğun sayılmayıb. Çünki həmin komanda üzvlərinin bir aydan sonra Bakıda keçiriləcək İslam oyunlarında iştirak etmələri nəzərdə tutulub. Bu son anda Məsləhət Şurasının qərarı əsasında belə oldu ki, idmançıları İslam Oyunlarının heyyətinə qata bilərik və onların Avropa çempionatında çıxış edib yorulmasını istəmirik. Bir ayda iki böyük yarışda çıxış etmək böyük riksdir. Həmin çempionatda gedib zədə də almaq olar. Ona görə də yığma komandanın iştirakı ləğv olundu".
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman Baxılıb: 1255 Tarix: 07 aprel 2017
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşMessi het-trik edərək Pelenin rekordunu qırdı - VİDEO
Argentina yığmasının hücumçusu Lionel Messi 2022-ci il dünya çempionatının seçmə mərhələsində Boliviya ilə oyunda het-trik edib və əfsanəvi braziliyalı futbolçu Pelenin rekordunu qırıb. Bununla da 34 yaşlı futbolçu Cənubi Amerika milliləri arasında öz komandasında ən çox qol vuran futbolçu olub. Hazırd
10 sentyabr 2021Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18 sentyabr 2021Rusiyada olimpiya çempionunun medalları OĞURLANDI
Rusiyada naməlum şəxslər tennis üzrə "Rio-2016" Olimpiya Oyunlarında qızıl və Tokio Olimpiadasında gümüş medal qazanan Elena Vesninanın evini qarət ediblər. xəbər verir ki, tennisçinin özü "TASS"a bildirib ki, digər əşyaları ilə birgə hər iki Olimpiya medalı da oğurlanıb. Onun sözlərin
12 sentyabr 2021MDB Oyunları: Azərbaycan 60 medalla 4-cü yeri tutdu
Azərbaycan idmançıları Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarını 60 medalla başa vurub. xəbər verir ki, medallardan 15-i qızıl, 16-sı gümüş, 29-u bürünc əyarlı olub. Beləliklə, Azərbaycan medal əyarında 4-cü, medal sayında 5-ci yeri tutub. Qeyd edək ki, I MDB Oyunlarında 9 ölkə mübarizə aparı
11 sentyabr 2021Azərbaycan idmançısı ermənini nokauta belə saldı - VİDEO
I MDB Oyunlarında tayboks idman növündə mübarizə başlayıb. xəbər verir ki, 63.5 kq çəki dərəcəsində yer alan Azərbaycan təmsilçisi Mahir Əsədzadə ilk görüşdə erməni rəqibindən üstün olub. Ermənistandan olan Alen İsraelyana güclü zərbələr endirən Əsədzadə qələbəni 2 dəqiqə 36 saniyəyə təmin edib
6 sentyabr 2021Transferlərə ən çox pul xərcləyən klublar açıqlandı – SİYAHI
Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES Football Observatory) Avropanın aparıcı futbol liqalarında cari mövsüm öncəsi yeni heyətin formalaşdırılması üçün ən çox pul xərcləyən klubların reytinqini tərtib edib. Bir çox gözləntilərin əksinə olaraq, PSJ siyahıda yalnız üçüncü olub. İlk pilləni 1.0
7 sentyabr 2021