Şərhçi işdən çıxmasından danışdı: "...xəbərləri oxuyanda gülməkdən ölmək istəmirəm"

Şərhçi işdən çıxmasından danışdı: "...xəbərləri oxuyanda gülməkdən ölmək istəmirəm""İdman Azərbaycan" Televiziyasının şərhçisi Tərlan Şahinoğlu telekanaldan ayrılıb.

Bu haqda telejurnalist özü məlumat verib.

O işdən ayrılması haqda çox danışmayıb istəməyib: "Bu gün rəsmən bitdi. 6 il yarım ərzində şərhçi kimi işlədiyim məkandan ayrılmalı oldum. Bu müddət ərzində peşəmlə bağlı çox böyük təcrübə qazandım. Bunda əməyi olan hər kəsə öz təşəkkürümü bildirirəm. Amma bundan başqa həm də dəyərli saydığım insanları və dostları tanıdım. Adlarını tək-tək çəkməyəcəyəm. Onlar özləri bilirlər. Hamısına cansağlığı və işlərində uğurlar arzulayıram. Nə isə. Uzatmaq istəmirəm. Uzun sözün qısası, mənim Az.TV macəram sona çatdı. Mən də daxil olmaqla, Allah hamının yolunu açıq eləsin və ürəyinə görə versin. İnşallah!"

"Futbol+" qəzeti telejurnalistin işdən hansı səbəbdən ayrılması ilə bağlı araşdırma aparıb və məlum olub ki, Tərlan Şahinoğlu sosial şəbəkədə yazdığı statusa görə rəhbərliyin qəzəbinə tuş gəlib. Qəzetin yazdığına görə, "Mançester Yunayted" azarkeşi olan Şahinoğlunun sosial şəbəkədə bu komandanın erməni futbolçusu Henrix Mxitaryanla bağlı fikir bildirməsi telekanal rəhbərliyinin xoşuna gəlməyib. Bundan sonra Tərlana uzun müddət heç bir oyunun şərhçiliyi tapşırılmayıb, nəticədə telekanaldan ayrılıb.

Teleaparıcı özü isə bu haqda danışmaq istəmədiyini bildirib.

Qeyd edək ki, telekanalda "Mançester Yunayted"in oyunları zamanı şərhçilər erməni futbolçuya soyadı ilə deyil, adı ilə müraciət edir.

***

Məsələ ilə bağlı Tərlan Şahinoğlu "Facebook" hesabından yaydığı açıqlamada yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib:

"Mənim Az.TV-dən ayrılma səbəbim erməni futbolçu və ya ona aid yazdığım statusla əlaqədar deyil. Xahiş edirəm, bu cür yazılara inanıb, məni narahat etməyin. Yazılan xəbərləri oxuyanda gülməkdən ölmək istəmirəm. İşdən çıxmağımın əlbəttə ki, bir səbəbi var. Ancaq 100 faiz əmin ola bilərsiniz ki, bunun Henrix Mxitaryanla heç bir əlaqəsi yoxdur. Bütün bunları kim uydurubsa, kim yazıbsa, getsin komediya və ya cizgi filmi qəhrəmanı olsun. Nəyisə yazanda heç olmasa həqiqətə yaxın şeylər yazmaq lazımdır. Oturub uydurma məntiqlərlə yanlış informasiya yaymaq lazım deyil. Ayıbdır. Heç nədən kimisə xalq düşməni etməyə çalışmayın. Və ən əsası, idmanı siyasətə, siyasəti isə idmana qatmayın".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 2474   Tarix: 11 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Formula 1": Ferstappen Çin Qran-prisinin sıralama turunda birinci olub

"Formula 1" üzrə Çin Qran-prisində sıralama turu başa çatıb. "Report"un məlumatına görə, "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen birinci olub. Onun komanda yoldaşı Serxio Peres ikinci, "Aston Martin"dən Fernando Alonso üçüncü pillədə qərarlaşıb. Qeyd edə

20 aprel
.

Messinin oğlu bir oyunda 5 qol vurdu - VİDEO

Səkkiz qat "Qızıl top"un sahibi Lionel Messinin ortancıl oğlu "İnter Mayami" uşaq komandası ilə oyunda komandasına beş qol vurub. xarici KİV-ə istinadla bildirir ki, qollardan birini cərimə zərbəsindən qapıya göndərən Mateo, sevincini atası kimi öpüş göndərməklə qeyd edib. Qeyd edə

17 aprel
.

Arda Güler "Real"dan ayrılmaq qərarını açıqladı

"Real Madrid"in türkiyəli futbolçusu Arda Gülerin ispan nəhəngində oynamaq şansı olmadığı üçün ayrılmaq qərarına gəldiyi və istəyini rəhbərliyə bildirdiyi iddia edilib. O, bu qərara dünən axşam La Liqada səfərdə "Malyorka"ya qarşı matçdan sonra gəlib. Arda komandasının 1:0 hesab

14 aprel
.

Arda Turan Messi ilə heç vaxt danışmadığı xatirəsini paylaşdı

Futbol üzrə Türkiyə milli komandasının və İstanbulun "Qalatasaray" klubunun sabiq futbolçusu, hazırda Türkiyə 1-ci Liqasında çıxış edən "Eyüpspor"un baş məşqçisi Arda Turan İtaliyanın məşhur "La Gazzetta dello Sport" nəşrinə müsahibə verib. O, müsahibəsində xüsusən İspaniyadak

25 aprel
.

Azərbaycan gimnastları beynəlxalq turnirdə yeddi qızıl medal qazanıblar

Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Zəhra Cəfərova və Şəms Müvəffəgi Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən birinci "Kelechek" beynəlxalq turnirində yeddi qızıl medal qazanıblar. Bu barədə -a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib. Bildirilib ki, Zəhra böyüklər

15 aprel
.

"Qarabağ"ın daha iki potensial rəqibi bilindi

"Qarabağ"ın 2024-25 mövsümündə Çempionlar Liqasının I təsnifat mərhələsində daha iki potensial rəqibi müəyyənləşib. "Qafqazinfo" xəbər verir ki, buna Litva və Qazaxıstan çempionatlarında qızıl medalçının bəlli olması ilə aydınlıq gəlib. Adıçəkilən ölkələrin çempionlarının "Panevejis"

15 aprel
.

"Neftçi"nin legioneri Rumıniyaya qayıdacaq?

"Neftçi"nin müdafiəçisi Yuri Matias yeni mövsümə Rumıniyada başlaya bilər. Braziliyalı futbolçu "ÇFR Kluj"un maraq dairəsindədir. Rumıniyalı futbol eksperti Mihay Stoyka hesab edir ki, "ÇFR Kluj"un baş məşqçi postuna Dan Petresku təyin olunarsa, Matias yeni sezona həmi

21 aprel
.

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər: Namizədliyi irəli sürüldü

"Bakının 2026-cı il üçün dünyanın idman paytaxtı olması üçün namizədliyi irəli sürülüb". "Report" xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov Bakı şəhərinin dünyanın idman paytaxtına namizədliyi ilə bağlı keçirilən mətbuat konfransınd

21 aprel
.

"Qarabağ" "Qəbələ"yə, "Neftçi" "Zirə"yə qarşı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun daha iki oyunu keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, 28-ci turda çempionluğunu rəsmiləşdirən "Qarabağ" saat 16:30-da sonuncu pillədə qərarlaşan "Qəbələ"ni qəbul edəcək. Günün digər matçnda 47 xalla 3-cü pilləd

20 aprel