Bu xəbər SİZLƏRİ SEVİNDİRƏCƏK! Azərbaycanın smartfonları çıxır
Azərbaycanda "Made in Azerbaijan" brendi altında smartfonların yığılmasına başlanılacaq.
Sonxeber.az xəbər verir ki, bunu Trend-ə CRM Group şirkətinin baş direktoru Ramin Süleymanov bildirib.
Onun sözlərinə görə, yerli yığımlı ilk smartfon iyun ayında ictimaiyyətə təqdim olunacaq.
Süleymanov deyib: "Payızda bizə ayrılan istehsal sahələri bu qurğuların konveyer yığılmasının işə salınması üçün hazır olacaq. Biz ümumilikdə 10-ə yaxın müxtəlif növ IT-məhsulun, o cümlədən planşet kompyuter, noutbuk, printer və s. yığılmasını həyata keçirilməsi üçün patent hüququ əldə etmişik. Azərbaycanda yığılan məhsullar regional bazarlara ixrac ediləcək".
CRM Group-un baş direktorunun sözlərinə görə, kompüter və periferik avadanlıqların yığılmasının başlanılması şirkətin 2018-ci il üçün prioritet planlarına daxildir.
"Yüksək texnologiyalı avadanlıqların yığılması, ölkədə həyata keçirilən ilk genişmiqyaslı layihədir. Biz bunu böyük addım və ölkə iqtisadiyyatına investisiya hesab edirik. Qonşu Türkiyədə, məsələn, Kasper brendi altında noutbukların yığılması həyata keçirilir. Biz Azərbaycanda bu təcrübəni mənimsəmək və onu reallaşdırmaq niyyətindəyik", - Süleymanov deyib.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşDünya bazarında neft qiymətləri necə dəyişib?
Dünya bazarında neft qiymətləri yüksəlib. Bu barədə RT məlumat yayıb. Belə ki, WTI markalı neftin avqust fyuçersləri 0,15 faiz bahalaşıb və bir barelinin qiyməti 66,52 ABŞ dolları təşkil edib. "Brent" markalı neftin sentyabr fyuçersləri 0,16 faiz bahalaşıb və dəyəri 68,73 ABŞ dolları olub
20 iyul 2021Ceyhan limanından nə qədər BTC nefti nəql olunub?
Bu ilin yanvar-iyul ayları ərzində Bakı-Tiflis-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "BOTAS International Limited" (BIL) şirkəti Ceyhan terminalından 113,8 milyon barrel xam neft nəql edib. xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb. Bu həcmdə xa
31 iyul 2021Azərbaycanda ərzaq məhsulları 5%-ə yaxın BAHALAŞIB - RƏSMİ
2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb
13 may 2021Azərbaycanda sosial ödənişlər nə qədər artıb?
Azərbaycanda son üç ildə sosial ödənişlər 2 400 00 00 manat və ya 60 faiz artaraq 6 400 00 00 manata çatıb, Dövlət Sosial Müdafiə Fonduna büdcədən transfert 40 faizdən 25 faizə enib. -ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilin ilk yarısının yekununa dair keçirilə
31 iyul 2021"Elmlər Akademiyası" stansiyasının pəncərələrinə 5,3 mln manat xərclənəcək
"Bakı Metropoliteni" QSC "Elmlər Akademiyası" stansiyasının inzibati binasının 5-ci mərtəbəsində pəncərələrin hazırlanıb quraşdırılması işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Nimex"
25 avqust 2021Toylara icazənin verilməsi qızıl bazarına necə təsir edəcək? - AÇIQLAMA
Xəbər verdiyimiz ki, iyulun 1-dən ölkəmizdə toylara icazə verilib. Bu, təbii ki, qızıl satışının artımı deməkdir. Bəs qızıl satışında uzunmüddətli durğunluqdan sonra bahalaşma ola bilərmi?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı-ekspert Elmir Səfərli bildirib ki, qızıl satışında bahalaşma gözlənilmir:
6 iyul 2021Azərbaycan nefti kəskin ucuzlaşdı
Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb. "Azeri Light" markalı neftin bir bareli 4,78 ABŞ dolları və ya 6,45 faiz ucuzlaşıb. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 69,33 ABŞ dolları təşkil edib. Qeyd edək ki, "Azeri Light" markalı neftin bir barelini
20 iyul 2021