Sarkisyanın bağ evində rus məmuru ilə MƏXFİ GÖRÜŞÜ: Kremlin Qarabağ OYUNU

Sarkisyanın bağ evində rus məmuru ilə MƏXFİ GÖRÜŞÜ: Kremlin Qarabağ OYUNUDünən Moskva restoranlarından birində Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyanın 60 illik yubileyi keçirildi.

Abramyanın ad gününə Ermənistan prezidenti Serj Sarkisyan da gedib.

Sarkisyanla yanaşı, mərasimdə Kremlin mətbuat katibi Dmitri Peskov, xarici işlər naziri Sergey Lavrov və Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinoviski də iştirak edib.

Serj Sarkisyanın ad günü mərasimində iştirakı maraqlıdır. Belə ki, A.Abramyanı 2016-ci ildə məhz Sarkisyanın özü ölkədən "yola salmışdı". 2015-ci ildə Abramyan yeni partiya təsis edərək, parlament seçkilərində iştirak etmək niyyətini açıqladı. Lakin qeyd etdi ki, son qərarını 2016-cı ilin mart ayında verəcək. "Aprel müharibə"si isə hər şeyi qarışdırdı. Çünki Rusiya-Ermənistan münasibətləri pozuldu, bu isə "Putin həmişə haqlıdır" şüarı ilə daxil olmaq istədiyi erməni siyasətinin qapılarını Abramyanın üzünə bağladı.

"Lragir" saytı yazır ki, müharibədə məğlubiyyətdən sonra Abramyanın şüarını irəli sürmək ciddi əks-effektə səbəb ola bilərdi. Bununla da ittifaq sədrinin erməni siyasətinə ezam olunması prosesi təxirə düşdü.

Sayt əlavə edir ki, Rusiya Ara Abramyanla erməni siyasətinə daxil olmaq və Sarkisyanı yola salmaq niyyətində idi.

"Abramyanın "aprel müharibəsi"ndən sonra siyasətə rusların şüarı ilə daxil olması 2013-cü ilin 3 sentyabr tarixində "milli razılıq" gecəsindən sonra ikinci böyük hadisə olardı. Hansı ki, o gecə hakimiyyətin götürülməsi ilə bağlı razılıq əldə olunmuşdu. Məlumatlar var ki, həmin gecədən iki gün əvvəl Serj Sarkisyan Ara Abramyanın Xorvatiyadakı bağ evində bir rus məmuru ilə görüşüb. Rusiya Sarkisyanı aldadaraq onu devirmək istəyirmiş. Burada belə sual ortaya çıxır ki, Sarkisyanın getməsi rus əsgərlərinin Qarabağa yerləşdirilməsi ilə nəticələnəcəkdimi?! Yaxud Rusiyanın Qarabağ planı bu proseslərin hansı hissəsində idi? "Aprel müharibəsi"ndən sonra Rusiyanın Sarkisyanı göndərmək istəyi ortaya çıxdı. Bu, həm də rus əsgərlərinin Qarabağa gəlişi üçün imkanlar yararatmaq planından irəli gəlir. Görünür, rusların Qarabağa əsgər yerləşdirmək planı hələ 2013-cü ildən işə salınıb. Bunlar fərziyə olsa da, Ara Abramyan 2015-ci ildə siyasi səhnəyə atılmaqla bağlı qərarını 2016-cı ilin mart ayında açıqlayacağı haqda dedikləri də diqqətdən yayınmırdı. Niyə mart? Mart ayında nə baş verəcəkdi? Bütün bunlar müəmmalı məsələlərdir. Lakin Abramyanın Moskvadakı ad günündə Peskov, Lavrov və Jirinoviskinin iştirakı Kremlin Sarkisyana qarşı planının hələ də gündəmdə olduğu ehtimalını yaradır. Peskov ad günü mərasimində Abramyana yenidən rus dilini öyrənməyi tövsiyə etdi. Görünür, rus dilini yaxşı bilmək, onun Kremllə də daha yaxşı işləməsinə şərait yarada bilər. Göründüyü kimi, Moskva Abramyanı yenidən Sarkisyanın qarşısına çıxarmağa çalışır, lakin bu dəfə yeni şüarla", - deyə sayt yazıb.

Serj Sarkisyanın isə Moskvadakı ad gününə məhz ona qarşı planları öyrənmək üçün getdiyi deyilir.

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1884   Tarix: 18 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub. Bununla bağlı məlumat yayıb. 16:39. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşü başlayıb. Bununl

22 aprel
.

​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır

Azərbaycanla Qırğızıstan arasında "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" imzalanıb. xəbər verir ki, sənədləri Azərbaycanın iqtisadiyya

24 aprel
.

Ərdoğandan Ermənistana xəbərdarlıq: "Fürsət qapıları həmişə açıq qalmır"

"Artıq regionda yeni bir nizam qurulur". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələr üzərində hərəkət etməkdənsə, zamanın reallıqlarına əsaslanaraq hərəkə

23 aprel
.

Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE

Naxçıvan Ali Məclisinin qərarı ilə muxtar respublikanın yeni Baş naziri Ceyhun Cəlilov təyin olunub. yeni baş nazirin dosyesini təqdim edir:. Ceyhun Ramiz oğlu Cəlilov 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxal

25 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gəlib. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbaycan Respublikasını

25 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qırğızıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbayca

24 aprel
.

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində SON DURUM

Ermənistanla Azərbaycan arasındakı şərti sərhədin Qazax istiqamətindən görüntülər yayılıb. Ermənistan mediasında yayılan kadrlarda hazırda işğal altında olan Bağanis Ayrım kəndində azərbaycanlılara məxsus viran qalmış evlər əks olunub. Həmçinin Ermənistan KİV-də bölgədə delimitasiya prosesinin aparılmasın

23 aprel
.

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Preziden

24 aprel
.

Növbəti delimitasiya zamanı hansı kəndlər QAYTARILACAQ? - Açıqlama

Xəbər verdiyimiz kimi, 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Hansı əraziləri

25 aprel