Rəsədxanadan yerə yaxınlaşan asteroidlə bağlı İNFORMASİYA: "Ölçüsü 1.5 km-dir"

Rəsədxanadan yerə yaxınlaşan asteroidlə bağlı İNFORMASİYA: "Ölçüsü 1.5 km-dir""Aprelin 20-də böyük JO25 adlı böyük asteroid Yerin yaxınlığından keçəcək. Lakin bunun Yerə bir təhlükəsi yoxdur".

Bunu APA-ya AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov deyib.

Onun sözlərinə görə, bu asteroid dəqiq orbiti üzrə hərəkət edir. Bu gün maksimal yaxınlaşmanın olacağını deyən X. Mikayılov əlavə edib ki, JO25 adlı asteroid 2014-cü ildə kəşf edilib: "Ölçüsü 1.5 km-dir. Yerə ən yaxın məsafəsi 1.76 milyon km olacaq. Bu da Ayla Yer arasındakı məsafədən 4.6 dəfə böyükdür. Asteroidin hərəkət sürəti 33.6 km/san təşkil edir. Onu adi gözlə görmək mümkün olmayacaq. Bu asteroidin parlaqlığı adi gözlə görə bildiyimiz ən zəif ulduzdan 100 dəfə zəifdir. Onu görünüş sahəsi böyük olan teleskoplardan izləmək olar. Azərbaycandan bu asteroidi aprelin 19-u gecədən səhərə kimi, sabah isə axsam saat 01:00-a kimi görmək mümkün olacaq. Asteroid adi ulduz kimi deyil və. Teleskopla baxdıqda ulduzlar nöqtə kimi, bu obyekt isə nazik uzun bir xətt kimi görünəcək. Bu asteroidin ölçüsü bir az böyük olduğuna görə səs-küyə səbəb olub. Ümumiyyətlə, həftə ərzində bir neçə dəfə müxtəlif ölçülü asteroid Yerin yaxınlığından keçir və heç bir təhlükə yaratmır. Lakin bunun ölçüsü çox olduğundan Yerə çox yaxın olsaydı təhlükə ehtimalı ola bilərdi. Ancaq indi Yerdən çox uzaq məsafədə keçdiyindən təhlükə gözlənilmir".

X. Mikayılov əlavə edib ki, bu asteroidin bir də Yerə yaxınlaşması 500 ildən sonra gözlənilir. 2004-cü ildə ölçüsü 5 km olan asteroid Yerlə Ay arasındakı məsafədən 4 dəfə artıq bir məsafədən keçib. Direktor müavini qeyd edib ki, birdə belə bir nəhəng asteroidin Yerin yaxınlığından keçməsi 2027-ci ildə gözlənilir: "Bu asteroid Yerdən bir Ay məsafəsi qədər, yəni 380 min km məsafədən keçəcək. Bu da Yerə indikindən 4,6 dəfə yaxın deməkdir. O, daha parlaq olacaq və qaranlıq havada adi gözlə görmək mümkün olacaq. Onun parlaqlığı adi gözlə görünən ulduzdan 2,5 dəfə az olacaq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2058   Tarix: 19 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Xəzər dənizində suyun səviyyəsi niyə aşağı düşür? - AÇIQLAMA

Bütün dünyada gedən iqlim dəyişmələri ilə bağlı bir çox problemlər Yer kürəsini təhdid edir. Xəzər dənizində də suyun səviyyəsinin getdikcə aşağı düşməsidir. Aparılan tədqiqatlara əsasən, dənizdə suyun səviyyəsinin azalması 2040-cı ilə qədər davam edəcəyi deyilir. Bunun səbəbi nədir. Mövzu ilə bağl

19 aprel
.

"McDonald's"ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO

"McDonald's Azərbaycan" şirkətinin qida sənayesinin ən müasir tələblərinə cavab verən 24-cü restoranı aprelin 19-da Bakı şəhərində açılıb. Restoran Azadlıq prospekti 100 ("Olympus Nəsimi" yaşayış kompleksinin yanı) ünvanında yerləşir. Azərbaycanda ilk dəfə tətbiq olunan və müasirliyi

19 aprel
.

Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib

"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi il

19 aprel
.

Bakıda yarım milyona Quran satılır? - FOTO

Azərbaycanda yarım milyona Quran kitabı satışa çıxarılıb. xəbər verir ki, bu barədə saytlardan birində elan yerləşdirilib. Qeyd edilib ki, kitab XIX əsrdə miniatür litoqrafiya ilə işlənmiş Osmanlı Quranıdır. Bu kitabı, xüsusilə Birinci Dünya müharibəsində vuruşan bəzi müsəlman əsgərlər üzərlərində gəzdirirmişlər

19 aprel
.

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, akademik Abel Məhərrəmov məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı Əmirov Nazim Fərrux oğlu adlı şəxsdir. Onun iddia tələbi torpa sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianı təmi

19 aprel
.

"Sərxoş idi deyə "prava"m olmasa da, maşını mənə sürdürdü"

Sumqayıtda sürücülük hüququ olmadan idarə etdiyi avtomobillə ölümə səbəb olan 25 yaşlı L.Süleymanovanın məhkəməsi başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, xanım müttəhimin cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. İttihamda deyilir ki, L.Süleymanova BMW markalı avtomobill

19 aprel
.

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Elm və Təhsil Nazirliyi "Şərq-Qərb" ASC (VÖEN - 20043631) ilə 1 milyon 996 min 500 manat dəyərində satınalma müqaviləsi imzalayıb. xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqavilənin şərtlərinə görə "Şərq-Qərb" ASC nazirliyin sifarişi əsasında yeni dərsli

19 aprel
.

"Yusi Ko" MMC BDU-nu məhkəməyə verdi

Bakı Dövlət Universitetinə (BDU) qarşı məhkəmə iddiası qaldırılıb. xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun icraatına verilib. Məhkəmə iddiası ölkənin tanınmış tikinti şirkətlərindən biri olan "Yusi Ko" MMC tərəfindən podrat müqaviləsi üzrə mübahisələrl

19 aprel
.

Bakıda gecə intihara cəhd olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb . FHN-dən verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində bir nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

19 aprel