Azərbaycanda 7 alim mükafatlandırıldı
AMEA-nın görkəmli elm adamlarının adlarını daşıyan mükafatlarına layiq görülmüş alimlərin adları məlum olub.
AMEA-dan verilən məlumata görə, AMEA Rəyasət Heyətinin aprelin 19-da keçirilmiş növbəti iclasında 7 alimin adlı mükafatlarla təltif olunması haqqında qərar qəbul edilib.
Beləliklə, fizika-riyaziyyat üzrə elmlər doktoru Kərim Allahverdiyev A3 B6 laylı kristalların fizikası və Non-Lineer xüsusiyyətlərinin lazerlərdə istifadəsi, həmçinin Lidar və tətbiqləri sahəsindəki elmi nailiyyətlərinə görə AMEA-nın Nəsirəddin Tusi adına, akademik Məhərrəm Babayev Azərbaycan torpaqlarının morfogenetik diaqnostikası, nomenklaturası, mühafizəsi və təsnifatı üzrə silsilə monoqrafiyaların nəşrinə görə AMEA-nın Həsən bəy Zərdabi adına, professor Tofiq Bakıxanov görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin musiqi irsinin tədqiqi və təbliği sahəsində xidmətlərinə görə AMEA-nın akademik Üzeyir Hacıbəyli adına, AMEA-nın müxbir üzvü Zakir Qarayev dərin mikozların törətdiyi xəstəliklərin müalicə və diaqnostikasındakı elmi nailiyyətlərinə görə AMEA-nın akademik Mirəsədulla Mirqasımov adına, akademik Vaqif Fərzəliyev yüksək keyfiyyətli aşqarların və sürtkü materiallarının yaradılması sahəsində əldə etdiyi mühüm fundamental və tətbiqi elmi nəticələrə görə AMEA-nın akademik Yusif Məmmədəliyev adına, akademik Vasif Babazadə Azərbaycanın mineral-xammal resurslarının öyrənilməsində fundamental tədqiqatlara görə AMEA-nın akademik Musa Əliyev adına, tarix üzrə elmlər doktoru Əli Rəcəbli isə Azərbaycan numizmatik irsinin elmi tədqiqi və təbliğindəki xidmətlərinə görə AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafatlarına layiq görülüblər.
Qeyd edək ki, qaliblərin hər birinə beş min manat məbləğində pul mükafatı veriləcək.
Mükafatlar üzrə müsabiqə Rəyasət Heyətinin 15 fevral 2017-ci il tarixli qərarı ilə elan edilib.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 1218 Tarix: 19 aprel 2017
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşMəktəbli qıza qarşı əxlaqsızlıq edən kişiyə cəza verildi
Bakının Nərimanov rayonunda yerləşən binanın dəhlizində 11 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilən şəxsə hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Oğuz rayon sakini olan 1993-cü il təvəllüdlü Riad Ağayev (ad-soyad şərtidir) Cinayət Məcəlləsinin 153.2-ci (14 yaşına çatmamı
23 aprelAbituriyent intiharlarının qarşını necə almaq olar? - AÇIQLAMA
Bir neçə aydan sonra ali məktəblərə qəbul imtahanları keçirləcək. Hər il qəbul imtahanları zamanı xeyli abituriyent psixoloji sarsıntılar yaşayır və hətta aralarında intihar edənlər də olur. Bir çoxları gənclərin intiharında ailələri günahkar bilirlər. Abituriyentlərin intiharların qarşını almaq üçü
23 aprelƏməkdar artist Faiq Sadıqovun son durumu ilə bağlı RƏSMİ AÇIQLAMA
Əməkdar artist, Prezident təqaüdçüsü, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru Faiq Sadıqovun vəziyyəti ağır stabil olaraq qiymətləndirilir. Bu məlumat -ın sorğusuna cavab olaraq TƏBİB-dən verilib. Məlumatda qeyd olunub ki, Əməkdar artist, Prezident təqaüdçüsü
23 aprelHər bir ata qızına bu 3 şeyi öyrətməlidir
Balaca qızlar böyüyüb gözəl analar, müdrik qadınlar və mehriban nənələr olurlar. xarici KİV-ə istinadən xəəbr verir ki, qızın məhz bu yolla getməsi üçün onu təkcə anası deyil, həm də atası böyütməlidir. Ona məsuliyyəti öyrədin. Qızınıza məsuliyyət aşılamaqdan başlamaq lazımdır. Biz hamımız başa düşməliyi
23 aprelAzərbaycanda zəlzələ oldu
Goranboyda 3.1 bal gücündə zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən xəbər verir ki, Gəncə stansiyasından 17 km şərqdə, Goranboy rayonunda zəlzələ qeydə alınıb. Tektonik təkanlar bu gün 04:27-də 13 km dərinlikdə müşahidə olunub. Zəlzələ hiss olunmayıb
23 aprel"Baku electronics"ə cərimə yazılmasının səbəbi açıqlandı
"Baku electronics" MMC-yə inzibati protokol yazılıb. -ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 44.2-ci (Satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir
23 aprel