Qadını heyvanla müqayisə edən deputata SƏRT TƏPKİ: "Bu biabırçılıqdı,üzr istəməlidir"

Qadını heyvanla müqayisə edən deputata SƏRT TƏPKİ: "Bu biabırçılıqdı,üzr istəməlidir""Deputat Tahir Rzayevin bu mesajı zorakılığa çağırışdır."

Bunu müsahibəsində qadın hüquqlarının müdafiə cəmiyyətinin sədri Mehriban Zeynalova Milli Məclisin deputatı Tahir Rzayevin "Qadın öz yerini bilməlidir. Heç vaxt yürüyən ata qamçı vurmurlar" fikirinə münasibətində deyib. Onun sözlərinə görə, belə çıxışlar bəzi deputatları tanımaq imkanı yaradır:

Bu ilk növbədə onun Milli Məclisdə təmsil olunduğuna görə daha çox diqqəti cəlb edir. O, sıradan bir şəxs deyil, millət vəkilidir. Ən azı o, 1998-ci ildə mərhum prezident Heydər Əliyev qadınların bərabərliyi, onların stimullaşdırılması, eyni zamanda qadın hüquqlarının müdafiəsi ilə bağlı çıxışlarını, 2000-ci ildə xüsusi sərəncamını, daha sonra Azərbaycanın qadınlara qarşı ayrıseçkiliyin aradan qaldırılması ilə bağlı konvensiyaya qoşulmağını, məişət zorakılığı haqqında qanunu və qadınların cəmiyyətdə daha çox rolunun artırılmasını oxuyardı. Bu sənədlər olduğu halda, millət vəkilinin belə çağırış etməsi birbaşa səlahiyyətinin zorakılığa çağırışı kimi qiymətləndirilir. Deputat araşdırsaydı, görərdi ki, qadın çəngəl-bıçağa o vaxt əl atır ki, artıq ona qarşı bu münasibət ortaya çıxıb. Əgər bunu deputat deyirsə, ondan polisdən nə gözləyək? Qadın yerində oturmalıdır, döyülməlidir, söyülməlidir və qarşı tərəfə müqavimət göstərməməlidir? Daxili İşlər Nazirliyinin statistikasında deyilir ki, Azərbaycanda filan qədər qadın zorakılığa məruz qalıb və yaxud məhkəmələrdə öldürülmə, döyülmə ilə bağlı cinayət işləri başlanılıb. Bəs bu deputat bunları oxumayıb?

Mehriban Zeynalova hesab edir ki, deputatın bu fikiri həm də qadınların cəmiyyətdə iştirakına mane olan bir çağırışdır:

Sabah bütün kişilər deyəcək ki, qadın evdə otursun, işləməsin. Çünki onların yeri mətbəxt və döyülməkdir. Halbuki cəmiyyətdə kifayət qədər qadına qarşı zorakılıq halları var və biz bunun gündəlik iş yerimizdə, nəqliyyatda, küçədə şahidi oluruq. Parlamentdə qadınlar var. Tahir Rzayev niyə parlamentdə oturan qadınlara hörmətlə yanaşır? Nədir, vəzifədədirlər? Deməli, həmin deputat qadınlar da səslərini çıxarmırlar. Bu qadın hüquqlarının məhdudlaşdırılmasına çağırışdır.

Hüquq müdafiəçisi qeyd edib ki, ölkədə qadına qarşı zorakılıq müzakirə olunduğu bir vaxtda deputatın bu fikiri qınaq atəşinə tutulmalıdır:

Mən bilmirəm, o hansı hisslərlə böyüyüb. Ola bilsin onun çevrəsində hamı qadının başından vurur, sonra da eyni hərəkəti cəmiyyətdə təbliğ edir. Biz də demirik ki, qadın hər yerdə qışqırsın. Qadın döyülürsə, söyülürsə, o, müdafiə olunmalıdır və eyni zamanda bunu edən şəxslər cəzalanmalıdır. Adam məyus olur. Hesab edirəm ki, Tahir Rzayev qadınlardan üzr istəməlidir. Biz el məsəllərinə hörmətlə yanaşırıq. Amma qadını atla müqayisə eləmək? Bu nə deməkdir? Deməli, biz irəli deyil, geri gedirik. Biri var bunu aşağı səviyyədə kimsə deyir, biri də var xalqın vəkili deyir. Onun sözündən belə çıxır ki, qadın insan deyil, atdır, döyülə, təhqir oluna, hətta öldürülə də bilər. Qadını heyvanla müqayisə eləmək biabırçılıqdır.

Milli Məclisin deputatı Tahir Rzayev "ölkə.az"-a müsahibəsində Azərbaycan qadınlarının ünvanına aşağılayıcı ifadələr işlədib. O, qadını heyvanla müqayisə edib: "Bilirsiniz, qadın öz yerini bilməlidir. Heç vaxt yürüyən ata qamçı vurmurlar. Son zamanlar nə qədər qadının kişini öldürdüyünü görmüşük. Qadının balta və bıçaqla öz yoldaşını öldürməsini, boğmasını mətbuatdan da izləyirik. İndi təbliğat gedir ki, qadın hüquqları pozulur və sairə. Necə yəni qadın hüquqları pozulur? Azərbaycanda qadın hüquqları elə də pozulmur" deyə bildirib.

Mənbə:AzNews.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1958   Tarix: 20 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır

12 sentyabr 2021
.

20 yaşlı oğlanın FACİƏVİ sonu: Özünü... - FOTO

Sentyabrın 12-də Göyçayda itkin düşən gəncin meyiti tapılıb. -a istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini 20 yaşlı Mustafayev Fuad Məzahir oğlu evdən çıxaraq bir daha geri qayıtmayıb. Əldə etdiyimiz məlumata əsasən, Fuad həmin gün Şirvan kanalının Qaraman kəndindən keçən hissəsində, körpüdə

14 sentyabr 2021
.

Azərbaycanda sevdiyi qızın ailəsinin "yox" dediyi gənc qollarını doğradı

Sumqayıtda 23 yaşlı oğlan özünə ülgüclə xəsarət yetirib. -ın əldə etdiyi məlumata görə, E.Aslanzadə adlı gəncin bu addımına səbəb sevdiyi qızın ailəsinin onun elçilərinə "yox" deməsi olub. Qolundan ağır xəsarət alan E.Aslanzadə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır

17 sentyabr 2021
.

Övladlarını çayın kənarına tərk etdilər - FOTO

ABŞ-da çayın kənarında tərk edilmiş iki azyaşlı tapılıb. unikal.org-a istinadən xəbər verir ki, Rio-Grande çayında ətrafı yoxlayan mühafizəçilər kolların arasına tərk edilmiş 3 aylıq oğlan və 2 yaşlı qız uşağını tapıblar. Onların kim və ya kimlər tərəfindən əraziyə gətirildiyi məlum deyil. Maraqlıs

16 sentyabr 2021
.

Samuxda FACİƏ - Körpə bacı-qardaş öldü

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətləri ağırlaşa

12 sentyabr 2021
.

Bakıda dəhşətli qəzadan görüntülər - VİDEO

Sosial şəbəkələrdə ötən gün Bakıda baş verən ağır yol qəzasının görüntüləri yayılıb. -ə istinadən xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyası yaxınlığında qeydə alınıb. Qəza zamanı toqquşan avtomobillərdən biri aşıb. Hadisədən sonra Heydər Əliyev prospekti Hava limanı istiqamətində sıxlı

14 sentyabr 2021
.

Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı

14 sentyabr 2021
.

Antalyanın məşhur istirahət bölgəsində nəhəng burulğan - VİDEO

Bu gün səhər saatlarında Antalyanın Kəmər bölgəsində dəniz üzərində təxminən 15 dəqiqə davam edən nəhəng burulğan meydana gəlib. Ətrafda olan insanlar təbiət hadisəsini telefonları ilə qeydə alıblar. Qeyd olunur ki, nəhəng burulğan sahilə çatmayaraq tədricən zəifləyərək yox olub.\

15 sentyabr 2021