Azərbaycanda fəaliyyət göstərmiş bu şirkət İstanbuldan İrəvana işləyəcək

Azərbaycanda fəaliyyət göstərmiş bu şirkət İstanbuldan İrəvana işləyəcəkTürkiyənin məşhur aviaşirkəti olan "Peqasus" İstanbuldan İrəvana uçuş həyata keçirəcək.

Sonxeber.az Skrom.net-ə istinadla xəbər verir ki, bu barədə erməni KİV-ləri yazıb. Məlumata görə, iyunun 1-dən etibarən "Peqasus" aviaşirkəti İstanbuldan İrəvana aviareyslər həyata keçirməyə başlayacaq. Aviaşirkət uçuşları həftədə 3 dəfə – bazar ertəsi, çərşənbə və cümə günləri həyata keçirəcək.

Xatırladaq ki, "Peqasus" şirkəti ucuz aviabiletləri ilə məşhurdur. Daha öncə Azərbaycanda da fəaliyyət göstərməyə çalışan şirkətə AZAL süni maneələr yaradaraq, ölkədən getməsinə səbəb olmuşdu.

Az büdcəli uçuşlarıyla tanınan "Peqasus" ötən ilin martından Azərbaycana ayaq açmışdı. Şirkət Qəbələ hava limanından həftədə 3 reys həyata keçirirdi. Sərnişinlərin çoxu Bakıdan olduğundan, şirkətin Azərbaycan paytaxtındakı nümayəndəliyi ayrıca Bakı-Qəbələ və Qəbələ-Bakı avtobus marşrutu açmışdı. "Peqasus"un gəlişi ölkədə yaxşı qarşılanmış, hava daşımaçılığında rəqabətə yol açacağı düşünülmüşdü. Amma…

AZAL hər yola atıb, bu şirkəti də ölkədən qaçırmağa nail olmuşdu. Çünki ucuz bilet təklif edən şirkətlər AZAL-a qəti sərf etmir. Uçuş biletlərini maksimum qiymətə satan AZAL illərdir ki, bu sistemlə işləyir. Vətəndaşların narazılığı isə heç bir fayda vermir.

Bu səbəbdən ölkə xaricinə səfər etməyi planlaşdıran Azərbaycan vətəndaşları uçuş biletlərini Gürcüstandan alırlar. Bu üsulla uçmaq qat-qat ucuz başa gəlir. İllərdir ki, başqa şirkətlər Azərbaycanın hava nəqliyyatına, hava məkanına buraxılmır. AZAL hər şeyi inhisarında saxlayır və bunun sayəsində böyük pullar qazanılır.

İndi isə ölkəmizdə işləməyə imkan verilməyən "Peqasus" şirkəti Ermənistana ayaq açıb və rahat şəkildə uçuşlarını həyata keçirəcək.
Azərbaycanda fəaliyyət göstərmiş bu şirkət İstanbuldan İrəvana işləyəcək


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 783   Tarix: 21 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Mingəçevirdə karantin qaydalarını pozan kafe aşkarlanıb - FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qayda və tələblərə riayət edilməsi məqsədilə keçirilən nəzarət tədbirləri zamanı gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlanıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunda

11 sentyabr 2021
.

Nazir daha bir rəis təyin etdi

Daxili işlər orqanlarında yeni təyinat olub. xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin rəisi polis polkovnik- leytenantı Azər Məmmədov vəzifəsindən azad olunaraq, Nərimano

11 sentyabr 2021
.

Rektorun anası koronavirusdan vəfat etdi

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!

13 sentyabr 2021
.

Antalyanın məşhur istirahət bölgəsində nəhəng burulğan - VİDEO

Bu gün səhər saatlarında Antalyanın Kəmər bölgəsində dəniz üzərində təxminən 15 dəqiqə davam edən nəhəng burulğan meydana gəlib. Ətrafda olan insanlar təbiət hadisəsini telefonları ilə qeydə alıblar. Qeyd olunur ki, nəhəng burulğan sahilə çatmayaraq tədricən zəifləyərək yox olub.\

15 sentyabr 2021
.

Ağdaşda yaşayış evi kül oldu

Ağdaş rayonunun Qulbəndə kəndində ümumi sahəsi 56 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

12 sentyabr 2021
.

"Azərişıq"ın anbarında yanğın - VİDEO

Gəncədə "Azərişıq" ASC-yə məxsus idarələrin birinin anbarında yanğın baş verib. xəbər verir ki, bu barədə hadisə şahidləri -in "qaynar xətti"nə məlumat verilib. Bildirilir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Məsələ ilə əlaqədar "Azərişıq"

15 sentyabr 2021
.

Bakıda dəhşətli qəzadan görüntülər - VİDEO

Sosial şəbəkələrdə ötən gün Bakıda baş verən ağır yol qəzasının görüntüləri yayılıb. -ə istinadən xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyası yaxınlığında qeydə alınıb. Qəza zamanı toqquşan avtomobillərdən biri aşıb. Hadisədən sonra Heydər Əliyev prospekti Hava limanı istiqamətində sıxlı

14 sentyabr 2021
.

Azərbaycan Müdafiə Nazirliyi Rusiya MN-ə məktub ünvanladı

Digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasıyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanmışdır

12 sentyabr 2021
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17 sentyabr 2021