Ölüm cəzasına məhkum edilmişlərin sifariş etdikləri SON YEMƏKLƏR

Ölüm cəzasına məhkum edilmişlərin sifariş etdikləri SON YEMƏKLƏRİnsan bir-neçə saatdan sonra öləcəyini bilərsə çox çətin ki, ürəyindən hansısa bir yemək keçsin. Keçsə belə, tikəsi boğazında qalar. Amma həmişə belə olmur. Elə insanlar var ki, hətta ölümqabağı menyularının zəngin olmasını arzulayır. Söhbət qocalıqdan, yaxud çarəsiz xəstəlikdən dünyasını dəyişən insanların ölümqabağı yemək istəyindən getmir.

Amerika qanunlarına görə, qatı cinayətlər törədib ölüm cəzasına məhkum olunanlar cəzanın icrasından bir-iki saat əvvəl istənilən yeməklərlə təmin olunurlar. Ancaq bir şərtlə ki, sifariş olunan qida məhsullarının qiyməti 40 dolları aşmasın.

Sonxeber.az modern.az saytına istinadən mövzu ilə bağlı yazını təqdim edir.

Çox maraqlıdır ki, belə insanlar sonuncu süfrələrini müxtəlif qidalarla bəzəməyə özlərində güc tapırlar.

30-dan artıq insanın həyatına son qoyan, qəsdən adam öldürmə maddəsi ilə ölüm cəzasına məhkum edilmiş Con Qeysi cəzasının icrasından əvvəl təzə çiyələk, kartof qızartması, bir necə növ fast-fud sifariş edib.

Rikki Rey sonuncu menyusunda toyuq qızartmasına və qozlu piroqa üstünlük verib. Toyuq qızartmasını yedikdən sonra nəzarətçiyə deyib ki, piroqu axşama saxlayır. Axşamın onun üçün olmamasını isə o yaxşı dərk edib.

168 nəfərin ölümü ilə nəticələnən terror aktının təşkilatçısı Timoti Makvey ömrünü şirniyyatlarla başa vurub. Son saatda o məmnunniyyətlə şokolad və dondurma yemək istəyini bildirib.

Zorlama və qəsdən adam öldürməyə görə həyatı ilə vidalaşmalı olan Lui Cons ömrünün son anlarında belə, vitaminlərlə qidalanmaq istəyib. O ananas, manqo, kokos da daxil olmaqla müxtəlif meyvələr sifariş edib.

Yaşlı qadını öldürməklə öz həyatına da son qoyan Ferli Matçet ölümqabağı 4 dənə zeytun və bir şüşə mineral su ilə kifayətlənib.

Soyğunçuluq və qəsdən adamöldürmə ilə ittiham olunaraq ölüm cəzasına məhkum olunmuş Steysi Loutonun ömrünün son dəqiqələrində iştahəndan bir banka duza qoyulmuş xiyar keçib.

Bir çox ağır cinayətlərdə əli olan Ceyms Xadsonun son yemək istəyi uyğynsuzluğu ilə fərqlənib. O iki şüşə kola və bir dənə soğan sifariş edib.

Qadın ölümündə təqsirli bilinərək ölüm cəzasına məhkum edilən Dobi Uilyams şirniyyat həvəskarı olduğunu həyatının son dəqiqələrində də biruzə verib. O nə az, nə çox 12 baton şokolad və dondurma istəyini gizlətməyib.

Xenk Skinnerin iştahası isə onu ölümdən xilas edib. Belə ki, bir qadının və onun iki oğlunun ölümündə təqsirli bilinən Xenk ölüm cəzasının icrasından bir saat qabaq öz hüquqlarından istifadə edərək əməlli-başlı əsl restoran sifarişi verib. O özünə üç tikə toyuq qızartması, soma filesi, kartof qızartması, pendir, yumurta, iki ədəd çizburqer və südlü, şokoladlı kokteyl gətizdirib. Qolunu çırmayıb yeməyə girişən Xenk Skinner ikinci çizburqeri yeməyə başlayanda nəzarətçilər onu dayanmağa məcbur ediblər. Belə ki, həmin dəqiqələrdə həbsxanaya onun ölüm hökmünün ləğv olunması ilə bağlı qərar gəlib.

Azadlıqdan 11 il müddətinə məhrum edilmiş Brayan Prays bütün məhkumluq illərində Texas türməsində aşpaz işləyib. Bu illər ərzində o ölüm cəzasına məhkum olunmuş 300 nəfərin sonuncu yeməklərini hazırlayıb. Azadlığa çıxdıqdan sonra xatirələrini yazan Brayan həmin illəri belə xatırlayıb:

"Bu olduqca ağır bir iş idi. Düşünəndə ki, hazırladığın yeməyi yeyən şəxsi bir saatdan sonra öldürəcəklər mənə olduqca pis təsir edirdi. Amma digər tərəfdən məni sakitləşdirən bir məsələ də var idi ki, onların sonuncu sifarişlərini yerinə yetirirdim. Bu illər ərzində 300 nəfər ölüm cəzasına məhkum olunmuş insanın sonuncu dəfə yeyəcəkləri yeməyi hazırlamışam. Onların arasında yeməkdən imtina etmək çox nadir hallarda olurdu. Əksər hallarda hər kəs öz ştatlarının mətbəxlərinə uyğun yeməklər sifariş verirdilər. Əsasən isə qızartmaya və şirniyyata üstünlük verilirdi. Mən çalışırdım ki, ölümlə üz-üzə dayanan bu insanları son dəqiqələrdə, son saatlarda hazırladığım yeməklərlə bir anlığa olsa da fikirlərindən yayındıra bilim".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 5724   Tarix: 14 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda QHT sədri vəfat edib

"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Mərhum sabah Lənkəranda dəfn olunacaq. Allah rəhmət eləsin!

12 sentyabr 2021
.

Pakistanda torpaq sürüşməsi: 18 nəfər öldü

Pakistanın şimalında və Xayber Paxtunxva bölgəsinin Torqar əyalətində yağan musson yağışları nəticəsində torpaq sürüşməsi baş verib. xəbər verir ki, sürüşmə zamanı 18 nəfər ölüb. Pakistan rəsmiləri ölənlərin daha çox olduğunu ehtimal edirlər. Pəncab əyalətində ölənlərdən 4-ü uşaqdır. Torqar bölgəsind

12 sentyabr 2021
.

Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı

14 sentyabr 2021
.

Samuxda azyaşlı bacı-qardaşın çöplü şirədən zəhərlənib öldüyü güman edilir

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. -a istinadən xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətlər

13 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Sürücü iki gözətçini vurdu - ANBAAN VİDEO

Gəncə şəhərində dəhşətli hadisə baş verib. -ın məlumatına görə, yüksək sürətlə hərəkət edən avtomobil idarəetməni itirərək ərazidə xidmət aparan gözətçini vurub. Qəza təhlükəsizlik kamerasında anbaan qeydə alınıb. Hadisə bir neçə gün əvvəl baş versə də, videogörüntülər bu gün yayılıb. Daxili İşlər Nazirliyini

18 sentyabr 2021
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17 sentyabr 2021
.

Bakıda marşrut avtobusunda ÖLÜM: Hərəkət dayandı

Bakıda avtobusda ölüm hadisəsi baş verib. xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Rayon ərazisində hərəkətdə olan marşrut avtobuslarından birində 57 yaşlı sərnişin Əli Abbas oğlu Quliyev qəfildən ölüb. Hadisə nəticəsində avtobusun hərəkət intervalında gecikmə yaranıb

17 sentyabr 2021
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -ın -a istinadən verdiyi məlumata görə, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlə

14 sentyabr 2021
.

Bakıda dəhşətli qəzadan görüntülər - VİDEO

Sosial şəbəkələrdə ötən gün Bakıda baş verən ağır yol qəzasının görüntüləri yayılıb. -ə istinadən xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyası yaxınlığında qeydə alınıb. Qəza zamanı toqquşan avtomobillərdən biri aşıb. Hadisədən sonra Heydər Əliyev prospekti Hava limanı istiqamətində sıxlı

14 sentyabr 2021