"Oğlunun yas mərasimində bir saatdan artıq otura bilmədi…" - bu Günün qəhrəmanları...

"Oğlunun yas mərasimində bir saatdan artıq otura bilmədi…" - bu Günün qəhrəmanları...Tədqiqatçı-alim Nəsiman Yaqublu AXC-nin 99-cu il dönümündə Cümhuriyyət qurucularının şəxsi xarakterləri barədə maraqlı yazı hazırlayıb.

28 May İstiqlalından 99 il ötməsinə baxmayaraq, biz hər zaman bu istiqlalı yada salırıq və xatırlayırıq. Həqiqətən də, XX əsr tariximizin ən şərəfli mərhələsi məhz bu dövrdür.Çünki bu dövrdə xalqımız 114 min kvadrat kilometrlik bir əraziyə sahib idi və Qarabağ adlı qondarma problemi isə həll etmişdi.Təbii ki,o dövdə əldə etdiyimiz uğurların sayı daha çoxdur.Bu istiqlalın məna və əhəmiyyətindən araşdırma aparanlar isə yalnız tarixi baxımdan və arxiv sənədlərindən çıxış edib dövrü araşdırıblar.Yəni Zaqafqaziya Seymi dağıldı, hər üç respublika müstəqilliyini elan etdi və s. Lakin burada bir məqama diqqət edilməyib: bəs bu istiqlalı elan edən qurucuların xarakterləri, şəxsi keyfiyyətləri necə olub? Axı bu ciddi tarixi hadisənin baş verməsində onların davranış və xarakterlərindən,vətən istiqlalı naminə birləşə bilmək cəhdlərindən çox amillər asılı idi. Həqiqətən də, 28 May istiqlalını elan edən, reallaşdıran insanların şəxsi xarakterləri haqqında az məlumatımız var. Əslində 28 May İstiqlalı həm də bu şəxsiyyətlərin xarakterindən yaranıb və tariximizin qızılı səhifəsini təşkil etməkdədir. Hazırda yazıb yekunlaşdırmaq mərhələsində olduğum "Cümhuriyyət qurucuları" kitabım əsasında hazırladığım məqaləni oxuculara təqdim etməkdə məqsədim bu təkrarsız insanları xalqımıza bir daha tanıtmaqdır. Yəni bu insanlar ən ağır və çətin məqamlarda belə vətəni sevmək hissləri ilə yanaşı, həm də xarakterlərinin göstəricisi olaraq 28 May İstiqlalını elan etdilər:cümhuriyyət qurdular.Yəni dünyaya nümunə ola biləcək bir cümhuriyyəti ancaq belə sağlam, mətin və möhkəm xarakterli insanlar yarada bilərdi.Həmin insanlarla bir az da yaxından tanış olaq.

Məhəmməd Əmin Rəsulzadə (Azərbaycan Milli Şurasının Sədri, Azərbaycan Milli Qurtuluş hərəkatının ideoloqu).

1-ci məqam: 1918-ci ildə M.Ə.Rəsulzadənin oğlu dünyasını dəyişir."Azərbaycan" qəzetinin müvəqqəti redaktoru olmuş Xəlil İbrahim yazır ki, Rəsulzadə Azərbaycan məsələsi ilə bağlı Tiflisə getməli olduğundan oğlunun yas mərasimində bir saatdan artıq otura bilmədi.

2-ci məqam: 1920-ci ildə M.Ə.Rəsulzadə həbs edilir və bəzi bolşeviklər onun güllələnməsini tələb edirlər.Belə məqamda həbsxanaya gəlib onu xilas etmək istəyən Stalinə Rəsulzadə deyir ki, mənim neçə vaxt idi ki, gizlənməkdə məqsədim məqam gözləyib sizi devirmək idi.Çünki siz bizim məmləkəti işğal etmisiniz( diqqət edirsinizsə ölüm təhlükəsi altında olan Rəsulzadə yenə özünü yox, Azərbaycanı düşünür və Stalindən də onu xilas etməsini xahiş etmir).

3-cü məqam: Sovet dövləti Rəsulzadənin yanına bir emissar göndərərək,ondan sovet hökuməti əleyhinə mübarizəsini dayandırmağı və bunun müqabilində Azərbaycana qayıdıb sakit və rahat həyat yaşaya biləcəyinə təminat verəcəyini çatdırır.Lakin Rəsulzadə bu təkliflərlə razılaşmır və deyir:" sonuncu rus əsgəri Poylu körpüsünü keçib vətənimdən çıxmayana qədər mübarizəmi dayandırmayacağam".

Nəsib bəy Yusifbəyli (Azərbaycan Xalq Cümhuriyyəti dövründə Baş nazir).

1-ci məqam: Nəsib bəy Yusifbəylinin Baş nazir olarkən atasının ona yazdığı məktubdan: "Əziz oğlum, çox səbir etdim, amma yazacağam. Sıxıntı çəkərək, borc altına girərək səni yüksək təhsillə təmin edə bildim. Artıq təhsilini qurtarıb gəldin, şəhərin ərzaq işləri üzrə rəisi oldun. Sənə yenə mən baxdım. Məndən yalnız pul istədin. Sonra Tiflisə gedərək Seymin Maarif naziri oldun. Aldığın maaş ilə dolanmadın. Bir neçə dəfə pul istədin göndərdim, sonra Azərbaycanın istiqlalını elan etdiniz. Cümhurriyyətimizin Maarif naziri oldun. Paytaxtımız Bakıda çalışdın. Yenə də maaşın xərclərini ödəmədi. Məndən pul istədin. Həmişə göndərirdim. Mənə aid olan torpağın bir parçasını satmışdım. Həmin pullardan göndərirdim. Bu gün isə Baş nazirsən, dövlət rəisisən, yəni ölkəmizin padşahı olmusan. Yenə bağının qamışını mən alım?"

2-ci məqam: Azərbaycan işğal ediləndən sonra Nəsib bəy Yusifbəyli Yevlax-Kürdəmir arasındak; yolda bolşeviklərin əli ilə qətlə yetirilir.Onun balaca əl çamadanında çoxlu pulun və qızılın olduğunu düşünən qatillər axtarıb heç nə tapmır.Çamadanda onun dəyişək paltarının və diş fırçasının olduğunu görüb təəcüblənirlər.Yəni Baş nazir hökumət xəzinəsindən özünə yol pulu da götürməyib.

Əlimərdan bəy Topçubaşov(Azərbaycan Parlamentinin Sədri).

1-ci məqam: Ə.M.Topçubaşov mühacirətdə ağır vəziyyətdə yaşayanda Polşa hökuməti ona ayda 100 dollar həcmində yardım verəcəyini vəd edir.Bir müddət keçir.Pulu almayan və ehtiyac içində yaşayan Ə.M.Topçubaşov öz mənliyini və qürurunu qoruyan məzmunda Polşa rəsmisi Tadeuş Qolubkoya belə bir məktub yazır: "Sizə bu məktubu yazmaqda məqsədim dediyiniz pulu mənə verməyinizi xahiş etmək deyil.Məqsədim odur ki, biləsiniz ki, o pulu mən almıram".

2-ci məqam: Ən ağır vəziyyətdə olmasına baxmayaraq, Ə.M.Topçubaşov azərbaycanlı tələbələrin oxuması üçün ayrılan vəsatə toxunmur və saxlayır.

Sonda. Bu şəxsiyyətlər yüksək xarakterli və iradəli insanlar idi.Onlar həm də siyasi təfəkkür baxımından da güclü şəxsiyyətlər idi.Onlar öz xarakterlərinə zəifliyi, ağlamağı və şikayətlər etməyi yaxın qoymadılar.Yaratdıqları Cümhuriyyətin də problemlərinin həllini beynəlxalq güclərə şikayətlərdə yox, özlərinin və bütövlükdə xalqın gücündə tapdılar. Odur ki, bu yazını da M.Ə.Rəsulzadənin özlərinin xarakterlərini açan maraqlı fikirləri ilə yekunlaşdırıram: "Ağlamaq dini vaqiələrdə,ruh və imanın paklıq və istirahəti üçün lazımı bir şey isə də, dünya işlərində fayda gətirməz.Təbiət olduqca qəddar və birəhmdir(rəhmsizdir).O, göz yaşlarına zərrə qədəri əhəmiyyət verməz.O, gülməyə, ağlamağa qarşı laqeyddir.Hələ ağlamaqdan bir az da zəhləsi gedir.Çünki ağlamaq acizlik əlamətidir.Acizlərin isə təbiət ən birinci düşmənidir.Qüvvətli olanları saxlar, zəif olanları əzər – budur onun rəftarı".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 2223   Tarix: 28 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Hamıya pul verib toyuna çağırır, məndən pul istəyir" - Xalq artisti

"Bu konsertdən çıxıb toya getməliyəm. Bir nəfər toyuna çağırıb. Bütün müğənnilərə pul verib toyuna oxumağa dəvət edib. Mənə deyir, həm gəl oxu, həm də pul yazdır. Dəvətnamə göndərib". -ın xəbərinə görə, bu fikirləri Xalq artisti Gülyanaq Məmmədova Mahnı Teatrındakı konsertdə çıxışı zamanı səsləndirib

18 aprel
.

Bakı Ermənistana gedən türkün dönüşünü gözləyir – "Ordumuz tutarlı cavab verəcək…"

Ermənistanın Azərbaycanla şərti sərhəddə törətdiyi təxribatlara Azərbaycan Ordusu adekvat cavab verir. Maraqlıdır ki, Qubadlı istiqamətində baş verən təxribat nəticəsində baş leytenant Rövşən Məmmədovun yaralanmasına rəsmi Bakı təmkinli yanaşdı. Ermənistanın son sərhəd təxribatına Azərbaycan niyə kəski

17 aprel
.

Aytən Səfərova ağır qəza keçirdi: Ölənin kimliyi BİLİNDİ - YENİLƏNİB + VİDEO

"Aprelin 17-də saat 7 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai İX-35" markalı avtomobillə Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub". xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyini

17 aprel
.

Xüsusi təyinatlı arvadını öldürüb, intihara cəhd etdi - FOTO

Bütöv bir ailəni məhv edən hadisə Türkiyədə qeydə alınıb. türk mediasına istinadən xəbər verir ki, xüsusi təyinatlı polis məmuru Mehmet Kanat həyat yoldaşı ilə birlikdə bayram üçün atasının yanına gedib. İddialara görə, Mehmet Kanat əvvəllər aralarında düşmənçilik olduğu və bayram münasibətilə barışdığ

17 aprel
.

Bu ərazilərdə yerləşən sənədsiz EVLƏR SÖKÜLƏ BİLƏR - AÇIQLAMA

Bakı və ətraf ərazilərdə çoxsayda sənədsiz evlər mövcuddur. Bu sənədsiz evlər müvafiq kateqoriya üzrə qadağan olunan ərazilərdə tikildiyi üçün vətəndaşlar çıxarış ala bilmir və həmin evlər sökülür. Artıq Azərbaycanda sənədsiz evlərin sökülməsi ilə bağlı müavfiq işlər görülür və bu barədə təkliflər aktuallaşıb

17 aprel
.

Özbəklər və çeçenlər barda azərbaycanlını ölümcül döydülər - VİDEO

Rusiyanın Saratov vilayətinin Balakovo şəhərində miqrantlar azərbaycanlını döyüb. yerli KİV-ə istinadla bildirir ki, davaya səbəb azərbaycanlının Rusiya Silahlı Qüvvələrinə (SVO) dəstək verməsi olub. Bu barədə zərərçəkən Sənar Xəlilli "Balakovo Reporter" qəzetinin redaktoruna danışıb. Həmi

19 aprel
.

Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir? - VİDEO

Bəzən binadakı mənzillərin birindən digərinə su keçir. Digər tərəfdən təmir zamanı qonşuya maddi zərər vurulur. Mənzillərdə başlayan yanğın digər qonşuya keçmə halları belə baş verir. Qaydalara görə, əmlakın icbari sığortası yalnız ev sahibinin məsuliyyətini sığortalayır. Bəs hansı hallarda qonşuya dəyə

19 aprel
.

Azyaşlıların gözü qarşısında evlərinı başlarına yıxdılar- Nə baş verir? - VİDEO

Abşeron rayonu Xırdalan şəhərinə binada yaşayış ola ola söküntü işləri aparılır. İkimərtəbəli binada bütün ailələr köçürülüb. Sadəcə olaraq 1 ailə qalıb. xəbər verir ki, ailə "Atv Xəbər"ə tikinti şirkəti ilə razılığa gələ bilmədiklərini deyib. İndi isə onları mənzillərindən zorla çıxarıblar

17 aprel
.

Hitlerlə Stalinin qonşu olduqları şəhər - MARAQLI

Vyana əsrlər boyu dünyanın ən böyük şəhərləri sırasındadır. Sonsuz turist axını bu gün də zəngin mədəni irsi ilə buraya cəlb olunur. Ancaq şəhər həm də onunla məşhurdur ki, bir zamanlar orada 20-ci əsrin bütün tarixinə sonradan təsir edən və barışmaz düşmənə çevrilən insanlar yaşayırdı. Belə ki, 1913-c

18 aprel