Azərbaycanda çörəkpulu qazanmaq üçün həyatını qurban verən fəhlələrin FACİƏVİ SONU - VİDEO+FOTOLAR

Azərbaycanda çörəkpulu qazanmaq üçün həyatını qurban verən fəhlələrin FACİƏVİ SONU - VİDEO+FOTOLARÖlkə son zamanlar faciəvi şəkildə həyatını itirən fəhlə ölümləri ilə sarsılır.

Xüsusilə, çörək pulu qazanmaq üçün cavan yaşda, ömürlərinin ən gözəl çağlarında həyatla vidalaşan fəhlələrin faciəvi sonu - eşidənlərin, sözün həqiqi mənasında ürəyini titrədir.

Sonxeber.az BiG.AZ-a istinadən xəbər verir ki, bu il ərzində Azərbaycanda baş verən bədbəxt qəzaların nəticəsində faciəvi şəkildə ölən fəhlələrin siyahısını təqdim edir:

Belə faciəvi qəzalardan biri bugün, mayın 31-i Bakıda baş verib.

Hadisə paytaxtın Sabunçu rayonu, Məhəmmədi qəsəbəsində qeydə alınıb.
Həmin qəsəbədə yarımtikililərdən birində fəhlə çalışan Bakı şəhər sakini 1993-cü il təvəllüdlü Vüsal Əliyevi elektrik cərəyanı vurub. O, hadisə yerində dünyasını dəyişib.

Daha bir bədbəxt hadisə mayın 27-də olub.

Bakı şəhər sakinləri Samir Niftullayev və Nağı Nağıyev Səbail rayonu ərazisindəki otellərdən birinin şüşələrini çöldən təmizləyərkən bərkidici kəndirin qırılması nəticəsində 7-ci mərtəbədən yıxılıblar.

Xəstəxanaya yerləşdirilən S.Niftəliyev orada ölüb, digərinin vəziyyəti isə ağırdır.

Samirin fotosunu təqdim edirik:
Azərbaycanda çörəkpulu qazanmaq üçün həyatını qurban verən fəhlələrin FACİƏVİ SONU - VİDEO+FOTOLARAzərbaycanda çörəkpulu qazanmaq üçün həyatını qurban verən fəhlələrin FACİƏVİ SONU - VİDEO+FOTOLAR

Daha bir fəhlənin ölümü ilə nəticələnən faciəvi hadisələrdən biri aprelin 25-də dbaş verib.

Hadisə Bakıda Rixard Zorge küçəsində qeydə alınıb.
Hadisə şahidlərinin verdiyi məlumata görə, hava küləkli olduğu üçün fəhlə müvazinətini itirib və yuxarı mərtəbədən yıxılaraq ölüb.

Binanın fasadına quraşdırılan dəmir konstruksiyaların üzərindən yıxılan fəhlə təcili yardım gələnə kimi hadisə yerində dünyasını dəyişib.

Aprelin 1-də Yevlax rayonunun Aran qəsəbəsində fəhlənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Rayonda yol çəkilişi zamanı 59 yaşlı Zaqatala sakini ehtiyatsızlıqdan asfalt hamarlayan texnikanın altına düşüb.

Ağır xəsarət alan Elxan İmanov hadisə yerində dünyasını dəyişib.

Fəhlənin faciəvi sonu ilə nəticələnən qəzalardan biri martın 20-də baş verib.

Gecə saatlarında Qum adasında yerləşən "Bahar" Əməliyyat Şirkətində qəza baş verib. Əməliyyat Şirkətinin 409-cu özülündə işləyən fəhlələr hündürlükdən yıxılıblar.

Hadisə barədə Meydan TV-yə şirkətin əməkdaşları məlumat veriblər. Məlumata görə, qaynaqçı, Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Ayaz Məmməd oğlu Məmmədov özüldə açılmış dəlikdən dənizə yıxılıb. Bu zaman aldığı xəsarətlərdən dünyasını dəyişib. Daha bir nəfər nevroloji travma alıb (onurğa beynin sınması), iki nəfər isə müxtəlif xəsarətlərlə klinikaya yerləşdirilib. Yaralananlardan biri 1977-ci il təvəllüdlü Faiq Vəli oğlu Həsənovdur. Onun burun və qolunun qırıldığı bildirilir.

Aldığı məvaciblə dolana bilməyib həyatına son verən sakinlərdən biri də 39 yaşlı Osmanov Kərəm Oruc oğlu olub.

O, martın 27-də axşam saatlarında Bakı bulvarında özünü dənizə ataraq intihar edib. Osmanov Kərəm Oruc oğlu 4 uşaq atası olub.

İsmayıllı rayonunun Mücü kəndindən olan K.Osmanov Bakıda kirayə yaşayırmış və günəmuzd usta-fəhlə işi ilə məşğul olurmuş.

K.Osmanovu tanıyanlar onu sakit təbiətli şəxs kimi xarakterizə edib və maddi çətinliklərinin olduğunu deyiblər.

Depressiv halda bulvara gələn 39 yaşlı şəxs burada özünü dənizə ataraq həyatına son qoyub. Hadisə şahidləri dənizə xilasedici ip atsalar da o, bundan imtina edib və suyun dibinə enib. Bir qədər sonra isə K.Osmanovun meyiti sudan çıxarılıb.

Fəhlənin ölümü ilə nəticələnən faciəvi qəzalardan biri martın 8-də qeydə alınıb.

Avtomobil qəzası paytaxtın Xətai rayonu ərazisində, Nobel prospektində baş verib. Piyada keçidinin olmadığı ərazidə yolu keçən gənci "Mercedes" markalı avtomobil vurub. Zərbənin gücündən piyada yan tərəfdə hərəkət edən digər "Mercedes"in alın şüşəsinə çırpılıb və nəticədə dünyasını dəyişib.

Hadisə yerinə Xətai Rayon Polis İdarəsi və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları cəlb olunub. Məlum olub ki, dünyasını dəyişən piyada Tovuz rayon sakini, 1994-cü il təvəllüdlü Mahmudzadə Elsevər Nazim oğludur. 23 yaşlı gənc Tovuzdan Bakıya gəlib və tikintilərdən birində fəhləliklə məşğul olub. Elsevər Mahmudzadə Nobel prospektində qohumları ilə birlikdə kirayədə yaşayırmış. O, martın 8-i saat 21 radələrində işdən çıxıb evə gedərkən yol qəzası baş verib.

Azərbaycanda çörəkpulu qazanmaq üçün həyatını qurban verən fəhlələrin FACİƏVİ SONU - VİDEO+FOTOLARAzərbaycanda çörəkpulu qazanmaq üçün həyatını qurban verən fəhlələrin FACİƏVİ SONU - VİDEO+FOTOLARAzərbaycanda çörəkpulu qazanmaq üçün həyatını qurban verən fəhlələrin FACİƏVİ SONU - VİDEO+FOTOLARFevralın 13-də Biləsuvarda bədbəxt hadisə baş verib.

Hadisə günorta saatlarında şəhərdə taxta-şalban sexində qeydə alınıb.

Həmin sexdə gənc fəhlənin başına dəmir düşüb. Aldığı travmadan beyninə qan sızan yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Fəhlənin faciəvi şəkildə dünyasını dəyişməsi ilə nəticələnən bədbəxt hadisələrdən biri fevralın 16-da baş verib.

Cəlilabad sakini yüksəklikdən yıxılaraq ölüb. Qaradağ rayonunun Qızıldaş qəsəbəsindəki daş karxanalarından birində fəhlə işləyən Cəlilabad rayon sakini Naib Ağamalıyev yüksəklikdən yıxılaraq ölüb.

Aprelin 19-da da Bakıda bina tikintisi zamanı fəhlə yıxılaraq ölüb.

Hadisə paytaxtın Xətai rayonu, N.Tusi küçəsində qeydə alınıb. Orada tikilməkdə olan binada fəhlə işləyən 1984-cü il təvəllüdlü Şəhriyar Əliyev binanın beşinci mərtəbəsindəki liftin şaxtasından yıxılaraq ölüb.

Qeyd edək ki, həmin bina "Amal" MTK tərəfindən inşa olunur.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2570   Tarix: 31 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sumqayıtda tanınmış iş adamı vəfat etdi

Sumqayıt şəhərində tanınmış iş adamı Mais İsmayıl oğlu Nəcəfov 68 yaşında dünyasını dəyişib. -a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Belə ki, iş adamı insultdan vəfat edib. Qeyd edək ki, Mais İsmayıl oğlu Nəcəfov 1956-cı ildə Qərbi Azərbaycanın Qafan rayonunda anadan olub

11 aprel
.

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti dumanlı hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Bu barədə xidmətdən -a məlumat verilib. Bildirilib ki, aprelin 15-də əsasən gecə və səhər saatlarında bəzi yerlərdə yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistra

14 aprel
.

Axtarışda olan şəxslər tutuldular

Aprelin 10-da ölkə ərazisində qeydə alınan 45 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən  -a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 27, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

11 aprel
.

DİN: Lənkəranda valideynin övladının narkotik istifadəçisi olması ilə bağlı iddiaları əsassızdır

DİN: Lənkəranda valideynin övladının narkotik istifadəçisi olması ilə bağlı iddiaları əsassızdır. Sosial şəbəkələrdə Lənkəran şəhərində yetkinlik yaşına çatmayan şəxsin narkotik vasitə aludəçisi olmasını əks etdirən iddialar yayılıb. İddialara cavab olaraq DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Report"u

12 aprel
.

Əhməd azadlığa çıxır? - Hüquqşünasdan AÇIQLAMA

Ailəsinin beş üzvünü amansızca qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədov barəsində keçirilən psixoloji ekspertizanın rəyinə əsasən, onun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib. Əhməd Əhmədovun hadisəni anlaqsız vəziyyətdə törətməsi onu cinayət məsuliyyətində

13 aprel
.

Azərbaycanda FACİƏ: Ata və 6 yaşlı qızı Kür çayında batdı

Zərdab sakinləri olan ata və qızı Kür çayında batıb. -a istinadən xəbər verir ki, hadisə Kür çayının Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndindən keçən hissəsində qeydə alınıb. Zərdabın Qoruqbağı kənd sakini, 2018-ci il təvəllüdlü S.S. və atası Vaqif Süleymanlı çayın kənarında yerləşən su motorunun ərazisind

12 aprel
.

Mikroavtobus qəzasında iki uşaq öldü, səkkiz yaralı var

Dağıstanda yük maşını ilə mikroavtobus toqquşub. xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Hadisə Kasumkənd kəndində baş verib. Qəza nəticəsində iki uşaq ölüb, səkkiz nəfər yaralanıb. Xəsarət alanlardan ikisi uşaqdır

13 aprel
.

Tərtər-Bakı avtobusunda təhlükəli anlar: Anidən avtobusun sükanı əsməyə başladı - VİDEO

Azərbaycanda sərnişin avtobusunda təhlükəli anlar yaşanıb. xəbər verir ki, hadisə Tərtər-Bakı üzrə işləyən nəqliyyat vasitəsində qeydə alınıb. Belə ki, nəqliyyat vasitəsinin sükanı anidən əsməyə başlayıb. Bu, texniki problem üzündən baş verib. Sürücünün soyuqqanlı davranışı avtobusun qəzaya düşməsini

15 aprel
.

İranda futbol komandasının məğlubiyyəti azarkeşin ölümü ilə nəticələndi

İranın "Traktor" komandasının azarkeşi komandanın məğlubiyyətinə görə insult keçirib. Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb. Əhə Quli Lale adlı azarkeş aprelin 12-si keçirilən oyun zamanı üçüncü qoldan sonra stadionda insult keçirib, növbəti gün dünyasın

14 aprel