Azərbaycanda bu şəxslərin maaşı artdı: görün nə qədər

Azərbaycanda bu şəxslərin maaşı artdı: görün nə qədərNazirlər Kabineti elmi və elmi-pedaqoji fəaliyyət sahəsində çalışan elmi dərəcəsi və elmi adı olan şəxslərin vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə ödənilən əlavələrin məbləğinin müəyyən edilməsi haqqında qərar qəbul edib.

Bununla bağlı baş nazir Artur Rasizadə qərar imzalayıb. Qərara görə, elmi və elmi-pedaqoji fəaliyyət sahəsində çalışan elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına elmi dərəcələrə görə ödənilən əlavələrin məbləği dəyişib:

Azərbaycan Milli Elmlər Akademiyasında, habelə digər dövlət orqanlarının elmi, elmi-tədqiqat müəssisə və təşkilatlarında çalışan elmlər doktoru elmi dərəcəsi olan şəxslərə 50 manat (bilavasitə ixtisası üzrə çalışanlara 100 manat), fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi olan şəxslərə 30 manat (bilavasitə ixtisası üzrə çalışanlara 60 manat); dövlət büdcəsindən maliyyələşdirilən digər müəssisə və təşkilatlarda (icra hakimiyyəti orqanlarından başqa) bilavasitə ixtisası üzrə çalışan şəxslərə: - elmlər doktoru elmi dərəcəsinə görə - 80 manat; fəlsəfə doktoru elmi dərəcəsinə görə - 40 manat.

Elm və elmi-pedaqoji fəaliyyət sahəsində çalışan elmi adı (dosent və professor) olan şəxslərin vəzifə maaşlarına elmi adlara görə ödənilən əlavələrin məbləği "Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcminin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli qərarında nəzərdə tutulmuş həcmdə müəyyənləşdirilib. Dövlət büdcəsindən maliyyələşən müəssisə və təşkilatlarda çalışan işçilərə elmi dərəcəyə və elmi ada görə aylıq vəzifə maaşlarına müəyyən edilən əlavələr dövlət büdcəsinin xərclərində həmin müəssisə və təşkilatlar üçün nəzərdə tutulan müvafiq vəsaitlər hesabına ödənilir. Elmi dərəcəyə və elmi adlara görə müəyyən edilən əlavələr işçi tam ştat üzrə işlədikdə 100 faiz, yarımştat üzrə işlədikdə isə nəzərdə tutulan məbləğin 50 faizi həcmində ödənilir. Özünümaliyyələşdirmə formasında fəaliyyət göstərən müəssisə və təşkilatlarda bu əlavələrin həcmi və ödənilmə qaydası kollektiv müqavilələrin şərtləri ilə müəyyən olunur. Bununla da Nazirlər Kabinetinin "Büdcədən maliyyələşdirilən bir sıra idarə və təşkilatlarda çalışan işçilərin vəzifə maaşları və tarif dərəcələri haqqında" 1992-ci il 31 dekabr tarixli qərarının 9-cu hissəsi və "Vəzifə maaşlarına elmi dərəcələrinə görə əlavələrin təyin edilməsi haqqında" 1994-cü il 19 aprel tarixli qərarı (3-cü hissə istisna olmaqla) ləğv edilib.

Qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minəcək.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 4658   Tarix: 17 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bayden: "Əmimi adamyeyənlər yedi" - FOTO+VİDEO

ABŞ prezidenti Co Bayden Pensilvaniya ştatına səfəri zamanı İkinci Dünya Müharibəsi zamanı Sakit okean əməliyyatında iştirak etmiş əmisinin döyüş abidəsini ziyarət edib. xarici mənbəyə istinadən xəbər verir ki, Bayden əmisinin İkinci Dünya Müharibəsi zamanı təyyarəsi qəzaya uğradıqdan sonra Yeni Qvineyad

18 aprel
.

"Titanik"lə bağlı SİRR AÇILIR: 80 nəfəri belə zəhərləyiblər

"Titanik" filminin çəkiliş qrupunun halüsinogen dərmanlarla kütləvi zəhərlənməsi ilə bağlı yeni məlumatlar mayın ortalarında məxfilikdən çıxarılacaq. xəbər verir ki, bu barədə " National Post" məlumat yayıb . 9 avqust 1996-cı ildə Kanadada Ceyms Kemeronun "Titanik" filmini

19 aprel
.

"Azərişıq" ASC-in 1,7 milyon pulunu mənimsəyən şirkət rəhbəri ilə bağlı qərar çıxarıldı

Ali Məhkəmədə Bakıda xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilən Pərviz Əliyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. -ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, kassasiy

19 aprel
.

Lənkəranda məktəbli qıza atasının dostu təcavüz etdi: "Anana oxşayırsan..."

Lənkəranda 1965-ci il təvəllüdlü Kərəm yetkinlik yaşına çatmayan Elnarəyə (adlar şərti verilib - red.) təcavüz edib. -un məlumatına görə, Kərəm 2022-ci il avqustun əvvəllərində günorta saatlarında qonşuluqda yaşayan Elnarəni idarə etdiyi "Hyundai" markalı avtomobilə əyləşdirib. O, dəniz kənarın

18 aprel
.

Xüsusi təyinatlı arvadını öldürüb, intihara cəhd etdi - FOTO

Bütöv bir ailəni məhv edən hadisə Türkiyədə qeydə alınıb. türk mediasına istinadən xəbər verir ki, xüsusi təyinatlı polis məmuru Mehmet Kanat həyat yoldaşı ilə birlikdə bayram üçün atasının yanına gedib. İddialara görə, Mehmet Kanat əvvəllər aralarında düşmənçilik olduğu və bayram münasibətilə barışdığ

17 aprel
.

Qazaxıstanda nazir əri tərəfindən döyülərək öldürülən qadının qardaşı danışdı - VİDEO

Qazaxıstanda keçmiş iqtisadiyyat naziri Kuandıq Bişimbayevin həyat yoldaşı Saltanat Nukenovanı xüsusi amansızlıqla qətlə yetirməsi böyük səs-küy yaradıb. Hazırda iş üzrə məhkəmə prosesi davam edir. Keçmiş nazirin 20 ilədək və ya ömürlük həbs ediləcəyi gözlənilir. Dəhşətli və sarsıdıcı hekayə qadını

19 aprel
.

Putinin hazırladığı dəhşətli "Stalin zərbəsi" planı - Bu ölkələri fəlakət gözləyir

Vladimir Putin Avropa ölkələrinin Rusiyaya təzyiqlərini artırmaq imkanlarını kökündən azaltmaq üçün onlara qarşı qəti tədbirlər görməyə hazırlaşır. xəbər verir ki, bu fikri məşhur rusiyalı iqtisadçı Mixail Xazin deyib. Ekspert izaha edib ki, Rusiya lideri Stalinin 20-ci əsrin ortalarında SSRİ-nin geosiyas

17 aprel
.

Elektromobillərlə bağlı YENİ QƏRAR: Azərbaycan gələcəyə "stavka" edir

Azərbaycanın Baş naziri Əli Əsədov ölkədə elektromobillərdən istifadənin təşviqi ilə bağlı qərar imzalayıb. Qərar Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişiklikləri özündə ehtiva edir

19 aprel
.

Bakıda yaşlı kişi oğlu tərəfindən vəhşicəsinə döyüldü

Bakının Suraxanı rayonunda ailə-məişət zəminində baş verən mübahisə zamanı yaşlı kişi başından ağır xəsarət alıb. APA xəbər verir ki, hadisə Əmircan qəsəbəsində qeydə alınıb. 1969-cu il təvəllüdlü Süleyman Sərxan oğlu Təhməzov yaşadığı evdə oğlunun hücumuna məruz qalıb. Oğlu atasının başına küt alətl

19 aprel