Azərbaycanda pedofiliya dalğası: El-aləmə biabır olmamaq istəyinin fəsadları

Azərbaycanda pedofiliya dalğası: El-aləmə biabır olmamaq istəyinin fəsadlarıÖtən həftə Ucarda 58 yaşlı kişinin azyaşlı oğlan uşaqlarını zorlaması ilə bağlı xəbərlər cəmiyyətdə ajiotaj yaratdı. Üstündən 2 gün keçməmiş analoji hadisə Xırdalanda baş verdi. Bu dəfə 38 yaşlı kişi 6 yaşlı uşağa təcavüz edərkən tutulmuşdu. Manyaklığın artıq uşaqlara qarşı cəbhə alması cəmiyyətdə psixoloji durumun ürəkaçan olmadığını göstərir.
"El-aləmə biabır olmaq" düşüncəsi
Araşdırmalardan da bəlli olur ki, uşaqlara qarşı zorakılıq və ya seksual hərəkətlərin əksəriyyəti gizli qalır. Bunun da müxtəlif səbəbləri var. Bir çox ailələr seksual zorakılıqla bağlı hüquq-mühafizə orqanlarına məlumat verməkdən çəkinirlər. Azyaşlıların çoxu yaxın qohumlar və atalıqları tərəfindən zorakılığa məruz qalır. Digər səbəb məlumatların üzə çıxacağı təqdirdə ailənin "el-aləmə biabır olacağı" düşüncəsidir. Yəni cəmiyyətin qınağı da belə cinayətlərin açılmasına imkan vermir.
Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmov bu insanların ruhi xəstə olduğunu deyir:
"Belə hallar əvvəllər də var idi. Lakin ona görə çox bilinmirdi ki, bizim toplum üçün bu təsəvvürü belə mümkün olmayan bir şey idi. Cəmiyyət olaraq çox narahatıq. Bunlar bir günün içində baş vermir. Bu insanların zamanla psixoloji problemləri olur və onu həll etmirlər. Onları ruhi xəstə adlandıra bilərik. Onların psixoloji yox, artıq psixiatrik problemi var, xəstədirlər. Sadəcə, bu elə bir xəstəlikdir ki, kənardan anlamaq olmur. Bu insanların qarşısındakını çox yaxşı inandırma, yoldan çıxarma qabiliyyəti olur. Manyakların düşüncəsi həmişə dərin olur. İnsanları, xüsusən də uşaqları yoldan çıxarmağı, rola girməyi əla bacarırlar. Təbii ki, keçmişdə onların müəyyən psixoloji travması olduğu üçün belə hərəkətlər edirlər. Odur ki, həmin insanlar ilk növbədə özləri özlərinə kömək olmalıdırlar. Keçmişdə yaşadıqlarını kiməsə deməlidirlər".
Pedofiliya, yoxsa homoseksuallıq?
Manyakların azyaşlılara qarşı cinsi təcavüzü istənilən halda cinayətdir. Maraqlıdır ki, onlar bu əməlləri üstəlik qarşı cinsə yox, öz həmcinslərinə qarşı törədirlər. Bu isə vəziyyəti daha da qarışıq hala salır. Manyaklıq bir tərəfə, onlar həm də homoseksuallaşır. Məsələyə başqa bir aspektdən yanaşmaq lazımdır. Ətrafında öz həmyaşıdları ola-ola, qarşı cins ola-ola, manyaklarda balaca oğlan uşaqlarına qarşı niyə cinsi istək yaranır? İlk növbədə bu psixiatrik problemdir. Çünki "uca Avropa dəyərləri"nə söykənərək çıxış etsək, kimsə anadangəlmə homoseksualdırsa, buna qarışacağımız yoxdur. Axı Ucardakı hadisəni törədən kişinin arvadı var, böyük uşaqları var. 58 yaşlı bir ağsaqqalın 10 yaşlı oğlan uşağına meyl salması nə deməkdir?
Elnur Rüstəmovun fikrincə, bu insanlarda zamanla cinsi meyil pozuntusu yaranır:
"Onlar insanın əzabından həzz alırlar. Qarşısındakı insanın narahat olduğunu görəndə zövq alırlar. Adicə götürək, avtobusda olanda niyə manyak qadına sürtünür? Çünki digər insan çəkilir, manyak da bu narahatçılıqdan ləzzət alır. Qarşısındakı çəkindikcə bu bir az da sürtünür. Düzdür, belə manyaklar adətən qurbanlarına törətdiyi əməli kiməsə deyərsə, onu öldürməklə hədələyir. Amma bu şantaja məhəl qoymaq olmaz. Onlar barədə ilk növbədə valideynə xəbər vermək lazımdır".
Uşaqlar Birliyi: Bu təkcə fiziki xəstəlik deyil
Azərbaycan Uşaqlar Birliyinin sədr müavini, Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin koordinatoru Vasif Akifli pedofiliyanı həm fiziki, həm psixoloji xəstəlik adlandırır:
"Bir çox psixoloq qəbul etməsə də, bu təkcə fiziki pozğunluq deyil, həm də psixoloji çatımazlıqdır. Belə xəbərləri dünya mətbuatında da oxuyuruq. Bunlar vaxtında valideynlərin uşaqlara yaxşı tərbiyə verməməsi, onları məlumatlandırmamasının fəsadlarıdır. Uşaqlar cinsiyyətini dərk etmədiyi bir vaxtda bu cür ağır travma alırsa, bunun fəsadları onun gələcək həyatında da özünü büruzə verir. Burada oğlan və ya qız fərq etmir, uşağa qarşı zorakılıq varsa, pedofiliyadır. Pedofiliyanın qarşısını almaq üçün cəmiyyət, daim maarifləndirilməlidir, desəm, şablon görünəcək. Ona görə də, ilk növbədə hər şey ailədən başlayır. Valideynləri daha diqqətli olmağa çağırırıq"
Əziz valideynlər...
Sabah oxşar hadisə sizin də övladınızın başına gələ bilər. Belə halların qarşısını ancaq sizin nəzarətiniz və xəbərdarlığınız ilə almaq olar. Övladlarınızı nəzarətsiz qoymayın. Uşaqlara qarşı zorakılıq hadisələrində günahsız tərəf uşaqlardır.

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 3665   Tarix: 04 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda DƏHŞƏT: Ata 9 yaşlı oğlunun boğazını kəsdi və intihar etdi - YENİLƏNİB

Sentyabrın 3-ü saat 13:00 radələrində Lənkəran rayonu Zövlə kəndi ərazisindən keçən çayda rayon sakini 1979-cu il təvəllüdlü Şaiq Məmmədov və oğlu 2012-ci il təvəllüdlü Vahid Məmmədlinin meyitlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Lənkəran Rayon Prokurorluğunda aparıla

3 sentyabr 2021
.

İsmayıllıda ƏMƏLİYYAT - Heroin alverçisi saxlanıldı - FOTO

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbiri keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  -a verilən məlumata görə, keçirilən əməliyyat zamanı üzərində narkotik vasit

22 avqust 2021
.

İmişlidə mübahisə qanlı bitdi: 32 yaşlı kişi bıçaqlandı

İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib. -ın məlumatına görə, hadisə Şahverdili kəndində qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdlü Hüseynov Səbuhi Sabir oğlu mübahisə zəminində bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmi

5 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏT - Arvad ərini öldürüb, kolluqda gizlətdi

Neftçala rayonunda 9 il əvvəl törədilərək bağlı qalmış cinayətin açılması təmin edilmişdir. Baş Prokurorluqdan -a verilən məlumata görə, 09.02.2013-cü il tarixdə Neftçala rayon sakini Mənəfov Mayis Nazim oğlunun Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən qəbirstanlığın yanındakı kolluq ərazidə çürümü

10 sentyabr 2021
.

DİN və DSX birgə ƏMƏLİYYAT KEÇİRDİ: İki qardaş saxlanıldı

Qəbələ Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşları birgə əməliyyat keçirib. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, əməliyyat tədbirləri nəticəsində Tikanlı kənd sakinləri T.Abdullayev və qardaşı N.Abdullayevdən 2 ədəd nömrəsi silinmi

4 sentyabr 2021
.

Qubadakı dəhşətli qəzada ölənlərdən ikisinin kimliyi bilindi - YENİLƏNİB + FOTO/VİDEO

Səhər saatlarında Quba rayonunun Alekseyevka kəndində baş verən qəza nəticəsində ölənlərdən ikisinin şəxsiyyəti məlum olub. -ın əldə etdiyi məlumata görə, bunlar sürücü Nurlan Süleymanov və sərnişin Məmmədhəsən Əkbərovdur. Avtomobildə olan şəxslər N. Süleymanovun 24 avqustda təşkil etdiyi ad günü mərasimində

25 avqust 2021
.

Türkiyə ordusunun iki hərbçisi şəhid oldu - FOTO

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib bölgəsində həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı türkiyəli hərbçilərə hücuma məruz qalıb. xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb. Hadisə sentyabrın 11-də baş verib. Nəticədə 2 hərbçi şəhid olub, 3-ü yaralanıb. Yaral

11 sentyabr 2021
.

Kürdəmirdə qardaş bacısını qətlə yetirdi

Kürdəmirdə qətlə hadisəsi törədilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini, 1986-cı il təvəllüdlü Nəsirova Dilarə Təbriz qızı aralarında yaranan ailə münaqişəsi zəminində qardaşı Şıxəliyev Xəyal Təbriz oğlu tərəfindən bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilib. Faktla bağl

15 sentyabr 2021
.

Bakıda tükürpədən QƏTL: Qadının əl-qolunu bağlayıb...

Bakıda qadın əl-qolu bağlanılaraq yandırılıb. -a istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Puta qəsəbəsində qeydə alınıb. Açıq ərazidə əl-qolu bağlı şəkildə yandırılan qadının meyitini sakinlər aşkarlayıblar. Daha sonra bu barədə polisə və digər müvafiq orqanlara məlumat verilib. Hazırd

23 avqust 2021