"Necə yəni mən Zümrüdü...bəsdirin də ! Ağızlarına gələni yazırlar..."

"Necə yəni mən Zümrüdü...bəsdirin də ! Ağızlarına gələni yazırlar..."Space TV-də çalışan Rövşanə Ağasəfqızının ARB TV-də həmkarı, teleaparıcı Zümrüd Qasımovanı əvəzləyəcəyi barədə yayılan xəbərlər qarşı tərəfi qəzəbləndirib.

Sonxeber.az bildirir ki, yeniçag.az-a açıqlama verən R. Ağasəfqızının yayılan xəbərlərə reaksiyası sərt olub:

"Necə yəni mən Zümrüdü əvəzləyəcəm? Niyə jurnalistlər xəbəri dəqiqləşdirmədən yalan-palan məlumatlar yazırlar? Bəsdirin! Adam haqqında xəbər yazanda bir özünə də zəng edib, məlumatı dəqiqləşdirərlər. Mən indi Qaxda dincəlirəm, heç bir saytı da izləmirəm. Telefonum da açıqdır, zəng edən də yoxdur. Ağızlarına gələni yazırlar. Tamaşaçılarıma da deyirəm ki, yayılan xəbərlərə inanmasınlar."

Əslində, aparıcı xəbəri nə təsdiq, nə də təkzib edib:

"Mən yalnız sentyabrda hansı kanalda işləyib-işləməyəcəyim barədə qərarımı verəcəm və onda bu barədə açıqlamamı oxuyacaqlar".

  Baxılıb: 2524   Tarix: 12 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR