Təcili! Tağı Əhmədovdan dəhşətli açıqlama - "Gərək ölkənin yarısı həbs olunsun"

Təcili! Tağı Əhmədovdan dəhşətli açıqlama - "Gərək ölkənin yarısı həbs olunsun""Akif Çovdarovun mənimlə bağlı bütün açıqlamalarını rədd edirəm"

Bunu açıqlamasında Bakı Metropoliteninin sabiq rəisi, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov deyib.

"Akif Çovdarovun məhkəmədə mənim ünvanıma dediklərinin hamısı yalandır. Bunlar sadəcə quru, sübutu olmayan, əsassız ittihamlardır. Özü həbsdə olan şəxsin başqasına qara yaxması, iftira atması gözləniləndir. Necə deyərlər, cəhənnəmə gedən özünə yoldaş axtarar" deyə T. Əhmədov bildirib.

Sabiq rəis deyib ki, Bakı Metropoliteninin rəisi vəzifəsində çalışdığı illər ərzində qanunsuz işlə məşğul olmayıb: "Vəzifəmdən heç vaxt sui-istifadə etməmişəm. Məqsədim hər zaman mənə göstərilən etimadı doğrultmaq, xalqıma xidmət etmək olub. Mənim dövlətimiz qarşısında xidmətlərim var. Hazırda da öz işimin başındayam. Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədriyəm. Bununla yanaşı, ali məktəblərdən birində pedaqoji fəaliyyətimi davam etdirirəm".

T. Əhmədov hazırda məzuniyyətindən istifadə etdiyini, buna görə də Bakıda olmadığını qeyd edib: " Ona görə də deyilənlərə geniş aydınlıq gətirə bilmirəm. İndi sadəcə bir söz deyə bilərəm, barəmdə söylənilənlər böhtandır. Bəzi adamlar xidmətlərimə kölgə salmaq, qara yaxmaq istəyirlər. Bu isə baş tutmayacaq. Əziyyətləri özlərinə qalacaq. Gəlin etiaf edək ki, Akif Çovdarovun məhkəmə proseslərində səsləndirdiyi fikirlərin hamısı həqiqət olsa, o zaman gərək ölkənin yarısı həbs olunsun. Həbsdə olan insanın başqalarına qara yaxmaq istəməsi başadüşüləndir. Əlbəttə, hazırda bu işlə bağlı istintaq davam edir. Son sözü hakim deyəcək. Mən ədalətin bərqərar olunacağına əminəm. Onun dediklərinin böhtan olduğu, heç bir həqiqəti əks etdirmədiyi gec-tez üzə çıxacaq. O, dövlətinə xəyanət etmiş, ona həvalə olunmuş vəzifədən şəxsi mənafeyi naminə sui-istifadə etmiş biri kimi öz layiqli cəzasını alacaq".

Qeyd edək ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbsdə olan idarə rəisi Akif Çovdarov məhkəmədə verdiyi ifadəsində Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovu korrupsiyada və dövlət vəsaitini mənimsəməkdə ittiham edib. O, Tağı Əhmədovun Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri və Rusiyada biznesinin və evlərinin olduğunu qeyd edib, ünvanlar açıqlayıb.
(qaynarxett.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2758   Tarix: 17 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT

Prezident İlham Əliyev iqtisadiyyat nazirinə yeni müavin təyin olunması barədə sərəncam imzalayıb. xəbər verir ki, bu vəzifə Anar Axundova həvalə edilib. O, 1975-ci ildə anadan olub, 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisası üzrə bitirib, əmək fəaliyyətinə "Bakı Banklararas

18 aprel
.

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı" seçilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlı

17 aprel
.

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində SON DURUM

Ermənistanla Azərbaycan arasındakı şərti sərhədin Qazax istiqamətindən görüntülər yayılıb. Ermənistan mediasında yayılan kadrlarda hazırda işğal altında olan Bağanis Ayrım kəndində azərbaycanlılara məxsus viran qalmış evlər əks olunub. Həmçinin Ermənistan KİV-də bölgədə delimitasiya prosesinin aparılmasın

23 aprel
.

İlham Əliyev Çinlə əməkdaşlıqdan DANIŞDI

"Bizim "Vahid Çin" siyasətinə yanaşmamız çinli tərəfdaşlarımıza yaxşı məlumdur. Çin isə hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. Bu, hər zaman əməkdaşlığımız əsasını təşkil edib". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də AD

23 aprel
.

Rusiya Prezidenti: "Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb"

"Bu günlər biz Baykal-Amur Magistralının 50 illiyini qeyd edirik. Hamı yaxşı bilir ki, Sizin atanız bu layihənin icrasında böyük rol oynayıb". AZƏRTAC xəbər verir ki, bu fikri aprelin 22-də Rusiya Prezidenti Vladimir Putin Moskvada Azərbaycan Prezidenti İlham Əliyev ilə təkbətək görüşdə deyib

22 aprel
.

Prezident: "Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir"

"Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir. Məhz bu səbəbdən Avropa Komissiyasının sədri, ABŞ-nin Dövlət katibi və Ermənistanın baş nazirinin tarixdə görünməmiş Brüssel görüşündən narahatlığımızı bildirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezident

23 aprel
.

Prezidentin köməkçisindən sülhməramlılarla bağlı AÇIQLAMA

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə danışıb. xəbər verir ki, H. Hacıyev məlumatla əlaqədar AZƏRTAC-ın sualını cavablandırıb. - Mediad

17 aprel
.

Prezident: "Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar"

"Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumd

23 aprel
.

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü olub. Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbua

22 aprel