Son dəqiqə! Qarabağda müharibə...

Son dəqiqə! Qarabağda müharibə..."Dağlıq Qarabağda münaqişə yenidən alovlana bilər, çünki bu, geosiyasi oyunların nəticəsidir".

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "RİA Novosti" agentliyinə müsahibəsində deyib.

Qarabağ münaqişəsi geosiyasi oyunların nəticəsidir

N.Məmmədov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi 25 ildən artıqdır davam edir və Azərbaycanın 20 faiz ərazisi Ermənistan işğalındadır: "Bu münaqişə nəticəsində bir milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Lakin nədənsə problemin "dondurulmuş münaqişə" kimi təqdim edilməsi cəhdləri zəifləmir. İnamla təsdiq etmək olar ki, münaqişə geosiyasi oyunların nəticəsidir".

Onun sözlərinə görə, bu oyunlar davam etdiyi müddətdə nəticə dəyişməyəcək.

"Beynəlxalq vasitəçilər Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyirlər, lakin birmənalı mövqe tutmamağa üstünlük verirlər. Biz həmsədr ölkələrdən və beynəlxalq ictimaiyyətdən münaqişənin ədalətli həlli üçün konkret addımlar gözləyirik", - deyə o bildirib.

Beynəlxalq münasibətlərdə ədalət yoxdur

N.Məmmədov beynəlxalq münasibətlərdə ədalətin olmadığına diqqət çəkib: "İndi beynəlxalq münasibətlərdə müvəffəqiyyət haqda danışmaq çox çətindir, çünki dünya Varşava müqaviləsinin ləğvindən sonra ədalət prinsiplərini saxlamağı bacarmadı. Buna görə də dünya ədalətin yoxluğu ilə üzləşdi. Əgər beynəlxalq münasibətlərdə ədalət yoxdursa, hansı universal dəyərlər haqda danışmaq olar?!".

Prezidentin köməkçisi əlavə edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli qiymətləndirilməsi maneələrlə rastlaşır.

Rusiyanın bu addımlarını təəccüblə qarşıladıq

N.Məmmədov Azərbaycanın Rusiya ilə əməkdaşlığı genişləndirmək arzusunda olduğunu bildirib.

"Azərbaycan xarici siyasətində strateji tərəfdaşlarının, o cümlədən Rusiyanın maraqlarını nəzərə alır. Bakının planlarında Rusiya ilə əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi daxildir. Rusiya ilə Azərbaycanın bağlarının yüzillik tarixi var. Biz yüksək əməkdaşlığa malikik", - deyə o qeyd edib.

Lakin N.Məmmədov onu da əlavə edib ki, Rusiya Federasiyasının Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi, həmçinin, Rusiya Xarici İşlər Nazirliyinin Bakı haqda bir sıra sərt bəyanatları Azərbaycan paytaxtında təəccüblə qarşılandı.

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2656   Tarix: 17 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub. Bununla bağlı məlumat yayıb. 16:39. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşü başlayıb. Bununl

22 aprel
.

Ərdoğandan Ermənistana xəbərdarlıq: "Fürsət qapıları həmişə açıq qalmır"

"Artıq regionda yeni bir nizam qurulur". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələr üzərində hərəkət etməkdənsə, zamanın reallıqlarına əsaslanaraq hərəkə

23 aprel
.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

24 aprel
.

Azərbaycan Prezidenti: "İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var"

"Biz məsələnin həllinə (sülh sazişinin imzalanmasına – red.) heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev apreli

23 aprel
.

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib. Report-a istinadən xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub

25 aprel
.

İlham Əliyev Çinlə əməkdaşlıqdan DANIŞDI

"Bizim "Vahid Çin" siyasətinə yanaşmamız çinli tərəfdaşlarımıza yaxşı məlumdur. Çin isə hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. Bu, hər zaman əməkdaşlığımız əsasını təşkil edib". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də AD

23 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezident

24 aprel
.

Qırğızıstan prezidenti Ağdama gedəcək

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprelin 24-25-də baş tutacaq dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş birgə bəyannamə və bir sıra sazişlərin imzalanması planlaşdırılır. Bu barədə Qırğızıstan Prezidenti Administrasiyasını

23 aprel
.

Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE

Naxçıvan Ali Məclisinin qərarı ilə muxtar respublikanın yeni Baş naziri Ceyhun Cəlilov təyin olunub. yeni baş nazirin dosyesini təqdim edir:. Ceyhun Ramiz oğlu Cəlilov 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxal

25 aprel