Təcili! Qarabağda...

Təcili! Qarabağda...Ermənistan artıq çox güman dünyada olan yeganə dövlətdir ki, öz hərbçilərini öndə olan postlara zəncirlərlə bağlayır.

Bu sözləri Axar.az-a Ermənistan Müdafiə naziri Vigen Sərkisyanın Azərbaycanın işğal altında olan ərazilərinə səfərinə münasibət bildirən politoloq Tofiq Abbasov deyib. Politoloq bildirib ki, Ermənistan artıq öz qorxusunu, təşvişini gizlədə bilmir:

"Ermənistan Prezidenti Serj Sərkisyanın son açıqlamaları, onun Azərbaycanın Müdafiə naziri Zakir Həsənovun müsahibəsinə cavab verməsi göstərir ki, bu ölkə artıq təşviş içindədir. Onlar anlayır ki, Azərbaycan hərbi cəhətdən, texniki baxımdan, ümumiyyətlə, strateji resurslar nöqteyi-nəzərindən Ermənistandan qat-qat üstündür. Son günlər Ermənistanın təmas xəttində vəziyyəti bilərəkdən pozması, dünyaya lazımsız, faktsız informasiyalar göndərməsi onu göstərir ki, Ermənistan öz yaratdığı gərginliyi artıq cilovlaya bilmir. Ona görə də Ermənistan rəhbərliyinin nümayəndələri, o cümlədən Müdafiə naziri Vigen Sərkisyanın Dağlıq Qarabağ bölgəsinə getməsi orada qalan yerli əhalinin sakitləşdirmək, onlara yalançı impulslar vermək məqsədi güdür. Artıq Qarabağda 30 mindən artıq adam yaşamır. Halbuki vaxtı ilə həmin ərazilərdə azərbaycanlılarla birlikdə 150 mindən çox əhali yaşayırdı".

T.Abbasovun sözlərinə görə, yalandan şişirdilmiş müdafiə xəttinin qurucuları həmin ərazidə təbliğat xarakterli, orduda qalmış az sayda hərbçiləri bir növ ruhlandırmağa çalışırlar:

"İrəvan artıq özünün yaratdığı problemin öhdəsindən gələ bilmir. Formalaşan vəziyyətin artıq girovuna çevrilib. Əgər Azərbaycan anti-terror əməliyyatlarına başlayarsa, onlar guya tab gətirə biləcəklərini xalqa inandırmağa çalışırlar. Əslində Azərbaycan üçün bu səfərlərin heç bir siyasi-strateji, hərbi-texniki əhəmiyyəti yoxdur. Çünki biz qarşımızdakı düşməni tanıyırıq. Onların imkanlarına bələdik. Hesab edirəm ki, Prezident İlham Əliyev də Nazirlər Kabinetinin qarşısında çıxışı zamanı bütün lazımi məqamları diqqətə çatdırdı. Daha sonra Müdafiə nazirimiz Zakir Həsənovun çıxışlarında bu məsələ haqqında mənzərəni lazımınca qiymətləndiriblər. Azərbaycan indiki reallıqda heç kimlə məsləhətləşmədən bu problemin həlli ilə bağlı qərar verə bilər".

Qeyd edək ki, Ermənistan Müdafiə naziri Vigen Sərkisyan bu gün Azərbaycanın işğal altında olan ərazilərinə səfər edib


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 4323   Tarix: 17 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib - FOTO

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir: "Ramazan bayramınız mübarək

9 aprel
.

Prezident Bum qəsəbəsində tam orta məktəbin yeni binasının açılışında iştirak edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Qəbələ rayonunda 624 şagird yerlik Təbriz Yaqubov adına Bum qəsəbə tam orta məktəbinin yeni binasının açılışında iştirak edib. Bu barədə xəbər yayıb

9 aprel
.

İrəvan Bakı ilə sülh imzalamağa hazır olduğunu bəyan edib

Ermənistan Azərbaycanla iki ölkə arasında artıq razılaşdırılmış üç prinsip əsasında sülh sazişi imzalamağa hazırdır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə danışıqların yekunu üzrə deyib. Siyasətçi aydınlaşdırıb ki, söhbət 1991-ci il Almatı Bəyannaməsini

15 aprel
.

Ceyhun Bayramov Belarusa səfər edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfərə yola düşüb. Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 12 aprel tarixində Minsk şəhərində baş tutacaq MDB Xarici İşlər Nazirlər

11 aprel
.

Ermənistanın təxribatı özünə baha başa gələ bilər - VİDEO

Ötən cümə günü Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və bu "şirin" trioya qoşulan Avropa diplomatiyasının rəhbəri Jozep Borrel ilə görüş həm hadisə ərəfəsində, həm də ondan dərhal sonra bir sır

9 aprel
.

Yaşar Gülər: Cənubi Qafqazda sabitliyin qorunması üçün Azərbaycanın yanındayıq

Türkiyə Cənubi Qafqazda sabitliyin qorunması üçün Azərbaycanın yanında olacaq. "Report" xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər nazirliyin yüksək rütbəli rəsmiləri ilə birlikdə Şanlıurfaya sərəfində deyib. O bildirib ki, Türkiyə digər dost və qardaş ölkələr kimi

11 aprel
.

Daha bir ölkə ilə Azərbaycan arasında VİZA rejimi ləğv edilir

Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir. APA-nın xəbərinə görə, bu barədə qanun layihəsi bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin onlayn iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra "Azərbaycan Respublikası Hökuməti ilə Albaniy

17 aprel
.

Prezidentin sədr təyin etdiyi Fərhad Adıgözəlov kimdir? - DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilib. yeni sədrin dosyesini təqdim edir:. Fərhad Adıgözəlov 1977-ci ildə Bakı şəhərində anadan olub. 199-cu ildə Azərbaycan Beynəlxalq Universitetində maliyy

16 aprel
.

" III Dünya savaşı baş versə, Cənubi Qafqaz müharibə ocaqlarından biri olacaq" - Ekspert

Hərbi toqquşmaların yaratdığı təhlükənin miqyası gündən-günə artmaqdadır. 1914, 1939-cu illərdəki siyasi-hərbi durum hazırkı hadislər ilə oxşardır. II dünya müharibəsi başlaya bilərmi?. Məsələ ilə bağlı hərbi ekspert Səxavət Məmmədli -a açıqlama veribş. O bildirib ki, II dünya savaşı baş versə, Cənub

15 aprel