Müharibə planı HAZIRDIR: Məhv ediləcək obyektlərin SİYAHISI

Müharibə planı HAZIRDIR: Məhv ediləcək obyektlərin SİYAHISIAmerika hərbçiləri Koreya Xalq Demokratik Respublikasının (KXDR) hərbi obyektlərinə önləyici zərbə planını hazırlayıblar.
Bu haqda NBC telekanalı bildirib.
Telekanalın məlumatına görə, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) planın həyata keçirilməsi üçün prezident Donald Trampın əmrini gözləyir.
Telekanalın ABŞ Silahlı Qüvvələrindəki mənbələri izah ediblər ki, Quam adasında yerləşən "Andersen" bazasından B-1B Lancer strateji bombardmançıların hücumu Pentaqonun planında əsas yer tutur. B-1B Lancer səsdən surətli strateji bombardmançıdır. O göyərtəsində 56 ton raket və bomba daşıya bilər. Hədəflər kimi raket sınaqları və onların işə salınması üçün istifadə olunan təxminən 20 meydança, həmçinin texniki təminat obyektləri nəzərdə tutulub.
Koreya hərbiçiləri də əmr gözləyirlər
Xatırladaq ki, dünən Koreyanın Mərkəzi Teleqraf Agentliyi (STAK) Koreya xalq ordusunun strateji güclərinin komandanı Kim Pak Qemin bəyanatını dərc edib. Bəyanatda bildirilir ki, Pxenyan Quam adasında yerləşən Amerika bazasına "Xvason-12" ballistik raketlərlə hücüm etməyə hazırdır.
"Koreya xalq ordusunun strateji gücləri Quam adasında yerləşən düşmən güclərinə "Xvason-12" orta mənzilli dörd raketlə eyni vaxtda zərbənin vurulması planına ciddi olaraq baxır", - bəyanatda deyilir.
Şimali Koreya hərbiçilərin sözlərinə görə, bu plan yaxın günlərdə Kim Çen Inın müzakirəsinə təqdim ediləcək və strateji güclər onun əmrini gözləyəcəklər.
"Atəş və qəzəb"
Pxenyanın təhdid dolu bəyanatından bir gün əvvəl isə ABŞ prezidenti KXDR-i hədələyib. Tramp jurnalistlərlə ünsiyyət saxlayaraq bildirib ki, Şimali Koreya üçün ABŞ-ı hədələməsi daha yaxşıdır.
"Əks halda onlar daha əvvəl dünyanın görmədiyi atəş və qəzəblə görüşəcəklər", - "Röyters agentliyi Trampın sözlərini sitat gətirib.
Pentaqon rəhbəri Ceyms Mettis də dünənki bəyanatında KXDR-yə xəbərdarlıq edib.
"Koreya Xalq Demokratik Respublikası nüvə proqramını dayandırmalı, rejimin sonuna və xalqının həlak olmasına gətirib çıxaracaq addımlardan imtina etməlidir. Kim Çen In (Koreya Xalq Demokratik Respublikasının lideri – red.) BMT Təhlükəsizlik Şurasının vahid mövqeyini və dünya hökumətlərinin bəyanatlarını qəbul etməlidir. Onlar razılaşıblar ki, Koreya Xalq Demokratik Respublikası qlobal təhlükəsizlik və sabitlik üçün təhlükə təşkil edir", - Pentaqon rəhbərinin bəyanatında deyilir.
Yeni sanksiyalar
Ötən həftənin şənbə günü BMT Təhlükəsizlik Şurası Koreya Xalq Demokratik Respublikası üzrə yeni qətnaməni yekdilliklə qəbul edib. Qətnamə ölkəyə qarşı sanksiyaları sərtləşdirir. ABŞ-ın hesablamalarına görə, məhdudiyyətlərin tam icrası Pxenyanın illik valyuta gəlirlərini indiki 3 milyard dollardan 1 milyard dollar qədər azaltmağa imkan verəcək.
Pxenyan isə BMT Təhlükəsizlik Şurasının sənədini "qanqster hərəkəti" adlandırıb və qarşı tərəfi "strateji addımlarla" hədələyib.

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1646   Tarix: 10 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

R.Vardanyan - "Çirkli pulları yuma" hesabatlarında, yoxsa Nobel namizədliyində?

Məlum olduğu kimi, son illər ərzində özü barədə "filantrop" təəssüratı yaratmağa çalışmış, lakin çoxlarının qısa müddətdə aşkar çirkli pullar hesabına milyarder olmuş, Ermənistanın işğalı altında olmuş Azərbaycan ərazilərində yaradılmış qondarma "Artsax Respublikası" adlı qanunsu

16 aprel
.

Prezidentin köməkçisindən sülhməramlılarla bağlı AÇIQLAMA

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə danışıb. xəbər verir ki, H. Hacıyev məlumatla əlaqədar AZƏRTAC-ın sualını cavablandırıb. - Mediad

17 aprel
.

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib - FOTO

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir: "Ramazan bayramınız mübarək

9 aprel
.

İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbayı qəbul edib. Bu barədə xəbər verir

17 aprel
.

Ermənistan Azərbaycan sərhədçilərinə atəş açıldığını etiraf etdi

Ermənistan iki ölkə arasında şərti sərhəddə Azərbaycan sərhədçilərinə atəş açılmasını rəsmi olaraq etiraf edib. "Qafqazinfo" "a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin açıqlamasında bildirilib. Məlumatda Ermənistan tərəfinin baş verən hadisədən təəssüfləndiy

12 aprel
.

Ermənistanla Azərbaycan delimitasiya və demarkasiya komissiyalarının işini bərpa etmək barədə razılığa gəliblər

Ermənistan və Azərbaycan delimitasiya və demarkasiya komissiyalarının işini bərpa etmək barədə razılığa gəliblər. "Report" "Novosti Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan jurnalistlərə açıqlamasında deyib. "Hökumətlə

11 aprel
.

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

Aprelin 9-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, Türkiyə Prezidenti dövlətimizin başçısını Ramazan bayramı münasibətilə təbrik edib, xalqımıza firavanlıq arzularını çatdırıb. Prezident İlham Əliyev göstərilə

9 aprel
.

MN: Hərbçilər Vətəni istənilən təhdid və təhlükələrdən qorumaq əzmi nümayiş etdirir

Azərbaycan Ordusunda şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının daim yüksək səviyyədə saxlanılması məqsədilə mütəmadi olaraq ictimai-siyasi hazırlıq dərsləri və məşğələlər keçirilir. Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, hərbi qulluqçularla maarifləndiric

13 aprel
.

Qırğızıstan Prezidenti Azərbaycana səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana rəsmi səfərə gələcək. Bunu Qırğızıstanın xarici işlər naziri Cinbek Kulubayev azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib. O, səfərin 2024-cü il aprelin 24-25-nə planlaşdırıldığını vurğulayıb

9 aprel