Məhkəmə qalmaqal - "Onun qardaşı nazir, qudası isə baş prokurorun müavinidir..."

Məhkəmə qalmaqal - "Onun qardaşı nazir, qudası isə baş prokurorun müavinidir..."Müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova qarşı dələduzluq etməkdə təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. Məhkəmə Samir Nəbiyevə son sözü verib və avqustun 11-də ona hökm oxunacağı gözlənilir.

Sonxeber.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Ceyhun Yusifov çıxışı edib. Vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı irəli sürülmüş ittiham əsasızdır.

C.Yusifov müdafiə çıxışında Samir Nəbiyev barəsində bəraət hökmünün çıxarılmasını isəyib: "Çıxışımda dedim ki, hörmətli məhkəmə Əlikram Camalovdan çəkinir. Çünki onun qardaşı nazirdir, qudası isə baş prokurorun müavinidir. Biz də başa düşürük ki, bunlar çəkindirici əlamətlərdir. Biz dəfələrlə çalışdıq ki, məsələni razılıqla həll edək. Amma alınmadı, qarşı tərəf razılaşmadı.

Əlikram Camalov özü məhkəməyə gəlib dedi ki, həmin pulu Samir Nəbiyevə borc verib. Amma bu borc deyil, faizdir. İttihamda yazılır ki, guya Samir Nəbiyev Əlikram Camalovu aldadıb və ona aylıq 2 min manat gəlir verəcəyini deyib. Ancaq gəlir heç vaxt dəqiq müəyyənləşdirilə bilməz. Gəliri müəyyənləşdirən bazardır. Kimsə aylıq gəlirinin, qazancının stabil olaraq 2 min manat olacağını deyə bilməz. Bazarı, gəliri müəyyənləşdirən müştəridir, keyfiyyətdir. Ticarətdə gəlir mövsümlə də dəyişir. Belə olan halda bir adam necə müəyyən edə bilər ki, aylıq stabil gəliri olacaq və bundan 2 min manat əlavə qazancını başqasına verəcək?"

Nazir qardaşının ölkədəki ən tanınmış sahibkarlardan olduğunu deyən vəkil əlavə edib ki, müdafiə etdiyi şəxsin onunla şərik olması haqda deyilənlər yalandır: "Əlikram Camalov ölkənin ən böyük sahibkarlarından biridir. Samir Nəbiyev isə acından ölənin biridir. Bunlar necə şərik ola bilər? Sizcə, bu nə qədər inandırıcıdır? Nazir qardaşı, sahibkar gəlib belə bir adamla şərik olar? Biz deyirik ki, bu pul sələmə verilib və həqiqətən də belədir. Amma Əlikram Camalov deyir ki, pulu faizə yox, borca verib.

İndi isə sual olunur ki, borcda hansı ictimai təhlükəli əməl var? Nazir qardaşından borc almaq təqsirləndirilən şəxsin əməlini ictimai təhlükəli əməl edir? Bunun adı nədir? Belə araşdırma olmur və buna görə də adam tutulmur. Ölkə rəhbərliyinin məmurların özbaşınalığı ilə bağlı mütəmadi tədbirləri var. Bilirsiniz ki, prokuror Samirə 10 il cəza istəyib. Himayəsində iki azyaşlı uşağı olan birinin 10 il müddətinə azadlıqdan məhrum edilməsi nə deməkdir? Həyat yoldaşı xəstədir. Onun geyimi, həyat tərzi sübut edir ki, bu adam imkansızdır. Əlikram ölkənin ən tanınmış iş adamlarından biridir. Gündəlik lampa satanın nazir qardaşı ilə nə şərikliyi ola bilər?

Əlikram Camalov isə açıq şəkildə deyir ki, Samir ailəsi ilə birlikdə gəlib onun qapısında 3 il kölə kimi işləsin. Bu sözləri şəxsən mənə deyib. İyirmi birinci əsrdə köləlikmi var?".

Vəkil nazir Yavər Camalova da müraciət edib: "Biz məhkəmədən bəraət hökmü çıxarmasını istəyirik. Hakim məhkəmə istintaqının təzələnməsini təmin etmədi. Biz hakimə etiraz etdik ki, onlar Camalovu himayə edirlər. Buradan Yavər Camalova da səslənirik. Kiminsə "sağ ol"unu qazanmaq üçün bir nəfərin şərlənərək həbs edilməsinə göz yumulmasın. Əlikram Camalovun onlarla qurbanı var, biri də bu olacaq".

Vəkilin müdafiə çıxışından sonra söz Samir Nəbiyevə verilib. O, son söz üçün məhkəmədən vaxt istəyib. Məhkəmə prosesi avqustun 11-nə təyin edilib. Samir Nəbiyevə son sözdən sonra hökm oxunacaq.

Bildirək ki, prokuror Samir Nəbiyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, S.Nəbiyev Müdafiə Sənayesi Naziri Yavər Camalovun qardaşı Əlikram Camalova birgə biznes qurmaq təklifi edib.

S.Nəbiyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

İttihama görə, S.Nəbiyev Ə.Camalovdan icarəyə götürüb işlətdiyi Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən "Brend Elektrik" elektrik avadanlıqları satışı mağazasına yatırım etməyi təklif edib. Qazancı isə yarı böləcəklərmiş.

Ə.Camalov onunla razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə S.Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min manat, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat (2500 dollar) pul verib. Ancaq S.Nəbiyevin devalvasiyadan sonra biznesi iflasa uğrayıb və şərikinin pulunu qaytara bilməyib.

Bildirək ki, nazir qardaşı Əlikram Camalov "Hacı Camalxan" kəndli fermer təsərrüfatının təsisçisi və sahibidir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2224   Tarix: 10 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident siyasi partiyaların ofisləri ilə bağlı göstəriş verdi

Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160B ünvanındakı binanın həyəti Baki Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır. Bu barədə -a siyasi partiyalardan məlumat daxil olub. Məlumata görə, qeyd edilən ünvanda aparılan abadlıq işlər

4 sentyabr 2021
.

Mehriban Əliyeva Xocavənddən paylaşım edib - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocavənd rayonundan paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva özünün instaqram səhifəsində Prezident İlham Əliyevin Xocavənd rayonundakı fotosunu paylaşıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-preziden

29 avqust 2021
.

Ermənistanla sülh müqaviləsi hansı tarixdə imzalanacaq? - AÇIQLAMA

"Biz sülh müqaviləsinin hansı şərtlərlə imzalanacağına fikir verməliyik. Ermənistan tərəfi indi yalnız mümkün qədər çox güzəşt əldə etməyə çalışır. Bütün bunlara görə də təxribatların baş verir. Bu sözləri -a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlə

18 sentyabr 2021
.

Zakir Həsənov Ərdoğanla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovu və Müdafiə nazirinin müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qəbulda Türkiyənin Milli Müdafiə naziri Hulus

14 sentyabr 2021
.

Ərdoğan Azərbaycanla imzalanan vacib sənədləri təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış bəzi Sazişləri təsdiqləyib. Bunlar- 25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış "Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Saziş", 31 oktyab

4 sentyabr 2021
.

Qazaxıstanın parlament nümayəndələri Şuşa və Füzuliyə səfər edib

Sentyabrın 12-də ölkəmizdə səfərdə olan Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygül Kuspanın başçılıq etdiyi parlament nümayəndə heyəti Şuşa və Füzuli şəhərlərində olub. Bu barədə -a Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsində

12 sentyabr 2021
.

Paşinyan Ərdoğana cavab verdi: "Hazırıq"

Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətlərin normallaşdırılmasına hazırdır. Trend-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. O bildirib ki, Türkiyə Prezidenti də ölkələr arasında münasibətlərin tənzimlənməsi məsələsi ilə bağlı öz fikirlərini bildirib

8 sentyabr 2021
.

Rusiya Azərbaycanın şərtlərini qəbul edib - Eskpertən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Lavrovla Mirzoyanın görüşündə əsas diqqətçəkən məqamlardan biri də birgə mətbuat konfransında Rusiya XİN başçısının erməni diversantlarla bağlı açıqlaması və Ermənistan XİN rəhbərinin dəfələrlə Qarabağın "status"u məsələsini qaldırmasına baxmayaraq, Lavrovu

2 sentyabr 2021
.

"Ermənistan tərəfi narahat olmalıdır ki..." - Politoloqdan Zatulinə CAVAB

Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin parlamentdə çıxışı zamanı "Azərbaycanı yerinə oturtmaq lazımdır" ifadəsini işlədib. Qeyd edək ki, Zatulin hər zaman belə ifadələrlə Azərbaycan cəmiyyətində qıcığa səbəb olub. Məsələ ilə bağlı saytına açıqlam

31 avqust 2021