DİQQƏT: Dəlixanadan qaçan ruhi xəstə axtarılır – VİDEO
Sumqayıt sakini, 33 yaşlı Nicat Nəsirov müalicə aldığı Ruhi əsəb Xəstəlikləri Dispanserindən qaçıb.
Hadisə avqustun ikisində baş verib.
Doqquz gündür xəstənin axtarışları davam etdirilir.
Dispanserdən qaçan Nicat Nəsirovun anası Mehriban Ağayeva bildirib ki, xəbəri ona telefonla veriblər. Rusiyada yaşadığı üçün dərhal bilet alaraq geri qayıdıb.
Söhbət əsnasında məlum olub ki, Nicat evdə olarkən də tez-tez qaçırmış. Ananın sözlərinə görə oğlu idmançı olub və əvvəllər ailəsi ilə Rusiyada yaşayıb. Xəstəliyi də məhz həmin ölkədə yaranıb.
Məsələ ilə bağlı Sumqayıt şəhər Ruhi əsəb Xəstəlikləri Dispanserindən verilən məlumata görə Nicat avqust ayının ikisi, saat 18:30 radələrində xəstələr yeməkxanaya aparılarkən qaçıb. Sözügedən xəstə termosuna çay doldurub geri gələcəyini söyləyib, lakin imkan düşən kimi qaçaraq hasarı tullanıb. Nəzarətçi həkimlər isə ona çata bilməyiblər.
Həkimlər iddia edirlər ki, xəstənin insanlar üçün heç bir təhlükəsi yoxdur. Sadəcə yaddaş zəifliyi var və ünvanı, telefon nömrələrini xatırlamaqda çətinlik çəkir.
Nəsirov Nicat Ağahüseyn oğlunun axtarışları davam etdirilir. Onu görənlərdən polisə müraciət etməsi xahiş olunur.
(a24.az)
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə Baxılıb: 3799 Tarix: 12 avqust 2017
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşXaçmaz bazarında yanğın olub
Xaçmaz şəhərində yerləşən bazar ərazisində yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, bazarda bir dam altında tikilən ümumi sahəsi 2500 m² olan 20 ədəd müxtəlif təyinatlı obyektdən 2 ədədinin dam örtüyünün taxta atmaları 215 m² sahədə və içərisində ik
21 aprelAğcabədidə Kürdə batan ata və qızının axtarışları davam etdirilir - VİDEO
Kürdə batan ata və qızın axtarışlarına Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub. Bu barədə -a FHN-dən məlumat verilib. Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində iki nəfəri
14 aprelTaxta bazarında zərərçəkən sahibkar: 70-80 min manatlıq ziyan dəyib
Bakı şəhərinin Nərimanov rayonunda "Taxta bazarı" adlanan ərazidə baş vermiş yanğında sahibkarlara külli miqdarda ziyan dəyib. Yanğında zərər çəkən sahibkarlardan biri Mətləb Aslanov "Report"a bildirib ki, 80 m² ərazidə təxminən 70-80 min manatlıq malı yanıb. "Yanğın qonşu sexdə
20 aprelKürdə batan Səmanın meyiti tapıldı
12 aprel 2024-cü il tarixində Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batmış 2018-ci il təvəllüdlü Səma Vaqif qızı Süleymanlının meyiti tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) -a məlumat verilib. Bildirilib ki, azyaşlının meyiti çayın Zərdab rayonu
21 aprelAğdaşda 53 yaşlı kişi özünü yandırdı
Ağdaşda 53 yaşlı kişi üzərinə benzin tökərək özünü yandırıb. "Unikal"ın məlumatına görə, hadisə Heydər Əliyev prospektində, "Səma" şadlıq sarayının qarşısında baş verib. 1971-ci il təvəllüdlü rayon sakini Fərrux Məhəmməd oğlu Qurbanov üzərinə benzin tökərək özünü yandırıb. Ətrafdak
20 aprelBakıda 17 yaşlı gənc qızı avtomobil vuraraq ağır xəsarət yetirib
Bakının Xətai rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, Neapol dairəsindən avtomobil yolu keçən 2007-ci il təvəllüdlü Abbasova F.-ni vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayin
21 aprelCeyranbatan su kanalında bir nəfər batıb
Ceyranbatan su kanalının Sumqayıt şəhərinin "Stansiya Sumqayıt" adlanan ərazisindən keçən hissəsində bir nəfər batıb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Sumqayıt Regiona
20 aprelBakıda taxta bazarında baş verən yanğın məhdudlaşdırıldı - VİDEO
Bakı şəhərinin Nərimanov rayonunda "Taxta bazarı" adlanan ərazidə baş verən yanğın məhdudlaşdırılıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlə
20 aprel