Əli Həsənovun həbsdəki nəvəsi lüks kameraya köçürülüb - ƏN SON MƏUMAT

Əli Həsənovun həbsdəki nəvəsi lüks kameraya köçürülüb - ƏN SON MƏUMATBir həftədən çoxdur ki, ölkə gündəmində əsas müzakirə mövsuzu, heç şübhəsiz ki, baş nazirin birinci müavini, Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin törətdiyi dəhşətli qəzadır.

Əli Həsənovun nəvəsi Heydər Əliyev prospektində "Mercedes Galendawagen" markalı maşını ilə törətdiyi qəza ilə iki nəfərin ölümünə, iki nəfərin isə ağır yaralanmasına səbəb olmuşdu. Hadisə avqustun 3-də baş versə də qəza zamanı xəsarət alan piyadaların (hər ikisi Türkiyə vətəndaşıdır) vəziyyəti hələ də ağır olaraq alır. Onlar müalicə üçün Türkiyəyə yola salınıb.

Qəzanın baş vermə səbəbi isə Əli Həsənovun nəvəsinin idarə etdiyi maşının başqa bir avtomobillə ötüşməsi olub.
Dəhşətli qəzadan sonra ən çox müzakirə mövzusu isə Əli Həsənovun nəvəsinin həbs edilib-edilməyəcəyi idi. Hadisədən sonra vəziyyətinin ağır olduğu deyilən N.Allahverdiyevlə bağlı gözlənilən rəsmi məlumat bir neçə gün sonra yayıldı.

Hadisədən 4 gün sonra Nail Allahverdiyevin həbs edilməsi ilə bağlı yayılan rəsmi məlumatda göstərildi ki, Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə başlanılmış cinayət işi üzrə 1994-cü il təvəllüdlü Nail Allahverdiyev barəsində məhkəmənin hökmü ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, Bakı İstintaq Təcridxanasına, Kürdəxanıya köçürülüb.

Qəza zamanı orada yüksək sürətlə avtoxuliqanlıq hərəkətləri törətməklə ictimai asayişi kobud şəkildə pozan "Mazda" markalı avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü Mirməhəmməd Əlövsət oğlu İsmayılov isə məhkəmənin qərarı ilə 1 ay müddətinə inzibati həbs cəzası alıb.

Ə.Həsənovun nəvəsinin həbsindən sonrakı müzakirə mövsuzu isə ərköyün və lüks həyata alışmış Nailə həbsxanada yaradılacaq şərait idi.
İlk olara sosial şəbəkələrdə Kürdəxanıdan yazıldığı deyilən anonim məktub yayıldı.

Məhbuslardan biri tərəfindən yazıldığı bildirilən məktubda deyilirdi:

"Təsəvvür edirsinizmi, 2 gündür ki, təcridxananın personalı səfərbər olaraq Nail Allahverdiyevə lüks şərait yaratmaqla məşğuldur. Təxminən 30-40 min manata başa gələn bu lüks şəraitə kondisionerli, televizorlu, mobil telefonlu, super şəraiti, super ərzağı olan otaq daxildir. Yoxlasınlar, Nail hər gün atası, babası, dostları ilə danışır. Ona görə ki, o, baş nazirin müavininin nəvəsidir...".

BiG.AZ Ölkə.Az-a istinadən xəbər verir ki, Əli Həsənovun nəvəsinin həbsxanadakı şəraiti haqda eksklüziv məlumat əldə edib.

Əldə etdiyimiz məlumata görə, Nail Allahverdiyev doğrudan da saxlanıldığı həbsxananın ən lüks otağına köçrülüb. Bu otaq isə bir neçə gün əvvələ qədər Vidadi Zeynalova məxsus imiş.

İki gün əvvəl xəbər vermişdik ki, keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirlyinin sabiq aparat rəhbəri olmuş Vidadi Zeynalov müalicə müəssisəsinə köçürülüb. Məhkəmənin hökmü 13 il azadlıqdan məhrum edilən məmurun səhhətində problem olduğunu vəkili də təsdiq edirdi. Amma məlum məsələdir ki, həbsxana şəraitində saxlanılan hər bir məhbusun arzusu elə müalicə müəssisəsinə köçürülməkdir. Çünki oradakı şərait həbsxanadan qat-qat yaxşıdır.

Bir məsələ də var ki, Vidadi Zeynalovun Kürdəxanıdakı vəziyyəti də pis deyildi. O, həbsxananın ən lüks, ən bahalı otağında cəza çəkirdi. Həmin kamerada kondisioner, televizor, telefon və digər xidmətlər təmin edilirdi.

Vidadi Zeynalov müalicə müəssisəsinə köçürüldükdən sonra yeri boş qalmayıb. Elə həmin gün Əli Həsənovun nəvəsini sabiq məmurun lüks kamerasına yerləşdiriblər. İndi "Qaçqınkom"un nəvəsinin həbsxana şəraiti digər məhkumlardan qat-qat yaxşıdır.
Əli Həsənovun həbsdəki nəvəsi lüks kameraya köçürülüb - ƏN SON MƏUMATƏli Həsənovun həbsdəki nəvəsi lüks kameraya köçürülüb - ƏN SON MƏUMAT


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 3941   Tarix: 13 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda xəstə əməliyyatdan əvvəl öldü

Sumqayıt sakini əməliyyat masasında ölüb. -a istinadən xəbər verir ki, hadisə 2 saylı Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanada qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunacaq 52 yaşlı Heybət Salmanov anesteziya verilərkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

16 sentyabr 2021
.

Nazir daha bir rəis təyin etdi

Daxili işlər orqanlarında yeni təyinat olub. xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin rəisi polis polkovnik- leytenantı Azər Məmmədov vəzifəsindən azad olunaraq, Nərimano

11 sentyabr 2021
.

Avtoxuliqan polisi maşınla vurub

Tovuzda polis əməkdaşını maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə avtoxuliqanlıq edi

17 sentyabr 2021
.

Bakıda əfqanıstanlı kişi 14 yaşlı qıza seksual zorakılıq etdi - MƏHKƏMƏ

Bakıda Əfqanıstan İslam Respublikasının vətəndaşı Rahimi Mahdinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baxılıb. Prosesdə zərərçəkmiş ifadələri dinlənilib. Zərərçəkmişlər ifadələrində bildiriblər ki, 1989-c

17 sentyabr 2021
.

Azərbaycanda QHT sədri vəfat edib

"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Mərhum sabah Lənkəranda dəfn olunacaq. Allah rəhmət eləsin!

12 sentyabr 2021
.

Taliblərin marşal Dustumun iqamətgahında yaşayışları - VİDEO

"New York Times" nəşri Kabulu ələ keçirdikdən sonra ölkənin keçmiş vitse-prezidenti Əbdül-Rəşid Dustumun iqamətgahını zəbt edən "Taliban" yaraqlılarının həyatından kadrlar göstərib. "Şəhərdə yaşasam da, ilk dəfədir belə bir yer görürəm", - deyən taliblərdən biri nəşrə müsahibəsind

11 sentyabr 2021
.

Ötən gün 10-dan çox koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı

Sentyabrın 10-da daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməkl

11 sentyabr 2021
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18 sentyabr 2021
.

52 yaşlı qadın intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır

14 sentyabr 2021