Azərbaycanlı jurnalistlər Təbrizdə mühüm şəxslərlə görüşlər keçirib - FOTOLAR

Azərbaycanlı jurnalistlər Təbrizdə mühüm şəxslərlə görüşlər keçirib - FOTOLARTəbriz bələdiyyəsinin təşkilatçılığı ilə Azərbaycan jurnalistləri Təbrizdə 4 günlük səfərdə olub.

Sonxeber.az bildirir ki, jurnalistlər səfərin birinci günü Təbrizin müvəqqəti bələdiyyə sədri Məhəmmədhüseyn İshaqi ilə görüşüblər. Bələdiyyə sədri iki ölkə arasındakı münasibətlərdən də danışıb: "Biz Azərbaycanla əməkdaşlığa mühüm yer veririk. Bakı çox müasir, inkişaf edən şəhərdir. Arzumuz budur ki, ikitərəfli əlaqələrimiz daha da inkişaf etsin".

O qeyd edib ki, səfərdə məqsəd gələn il Təbrizin "İslam turizm paytaxtı" seçilməsi ilə əlaqədar iki ölkə arasında turizm sahəsində əlaqələri daha da genişləndirməkdir.

M. İshaqi azərbaycanlı jurnalistlərin səfərindən məmnun olduğunu deyib. O, Təbrizin tarixi, görməli yerləri barədə görüş iştirakçılarına məlumat verib. M. İshaqi deyib ki, 2018-ci ildə Təbrizin islam ölkələrinin paytaxtı seçilməsi şəhərin əhəmiyyətini göstərir.

Azərbaycanlı jurnalistlər Təbrizdə mühüm şəxslərlə görüşlər keçirib - FOTOLARNövbəti gün İranda səfərdə olan azərbaycanlı jurnalistlər Təbrizin icra başçısı Rəhim Şöhrətifər görüşüblər.

R. Şöhrətifər qeyd edib ki, hər iki dövlətin tarixi bağlılığı var. O, Təbrizin 2018-ci ildə "İslam ölkələrinin turizm paytaxtı" elan olunduğunu xatırladaraq 2019-cu ildə bu adın Bakıya veriləcəyini söyləyib: "Bu, təsadüfi deyil. Çünki bizim tariximizin, mədəniyyətimizin və əhalimizin qonaqpərvərliyi hər iki şəhərə bu adın verilməsinə imkan verib".

R. Şöhrətifər deyib ki, İrandan Azərbaycana çoxlu sayda turist səfər edir: "Biz çalışmalıyıq ki, bu ittifaqı genişləndirək və Azərbaycandan da İrana gələn çox olsun. Biz istəyirik ki, Azərbaycan hökuməti İrandan gələnlərdən viza almasın, bununla da Təbrizdən Azərbaycana çoxlu sayda turist getsin. Təbriz tarixi cəhətdən İranın ən böyük şəhəridir. Təbrizin tarixi və görməli yerləri çoxdur. Jurnalistlər də çalışmalıdır ki, bu yerlərlə tanış olub, bunları Azərbaycan ictimaiyyətinə, azərbaycanlı turistlərə çatdırsınlar".
Təbriz şəhər parlamentinin sədri Şakur Əkbər Nicat çıxış edib. O, iki ölkə vətəndaşlarının eyni tarixi kökə malik olduğunu söyləyib.

Növbəti gün İranda səfərdə olan azərbaycanlı jurnalistlər İran İslam Respublikasının Təbriz şəhərindəki Baş konsulluğunda olublar.

"İran vətəndaşları Azərbaycana getmək üçün vizanı artıq 3 saata əldə edə bilirlər" - Azərbaycanın İran İslam Respublikasının Təbriz şəhərindəki Baş konsulluğundan məlumat verilib.

Bildirilib ki, əcnəbilər üçün "ASAN Viza" sisteminin tətbiqi dünyanın müxtəlif ölkələrindən Azərbaycana gəlmək istəyən turistlər üçün əlverişli şərait yaradıb: "Bu, həmçinin İrandan Azərbaycana gələn turistlərin sayına da müsbət təsir edib. Təsadüfi deyil ki, avqust ayında Azərbaycana gəlmək üçün təxminən 6000 İran vətəndaşı müraciət edib. Bu o deməkdir ki, son aylarda İran İslam Respublikasından Azərbaycana gələn turistlərin sayı 87% artıb".

Səfərdə olan azərbaycanlı jurnalistlər Təbrizin İmam cüməsi Seyid Məhəmməd Əli Haşimi ilə görüşüblər.

Azərbaycanlı jurnalistlər Təbrizdə mühüm şəxslərlə görüşlər keçirib - FOTOLARTəbrizin İmam cüməsi Azərbaycanla İranın heç bir zaman bir-birlərindən ayrılmayacağını bildirib: "Bu iki dövlət hər zaman bir-birləri ilə yaxşı münasibətdə olub, inşallah bundan sonra da olarlar. Azərbaycanın mərhum prezidenti Heydәr Əliyev bu evdә Ayәtullah Mәlakuti ilә görüşüb. Azәrbaycanın bizim qәlbimizdә yeri hәr zaman yüksәkdir. Düşmənlər çox çalışırlar ki, sizi bizdən ayırsınlar. Gərək çox diqqətli, iradəli olaq ki, düşmənlərin cəhdləri baş tutmasın".

Növbəti gün jurnalistlər "Mədəni irs, Turizm və Əl İşləri Sənayesi üzrə Mərkəz"də olublar. Azərbaycandan gələn qonaqları qurumun rəhbəri Mürtəza Abdar və əməkdaşları qarşılayıb. Azərbaycanlı jurnalistlərə mərkəz barədə məlumat verən qurumun rəhbəri Təbrizin 2018-ci il üçün İslam paytaxtı seçildiyini xatırladıb və bununla əlaqədar şəhərdə bir neçə beyin mərkəzinin yaradıldığını bildirib. Onun sözlərinə görə, ideyası olan hər kəs Mərkəzə gələrək öz fikirlərini bəyan edir: "Bunu kimliyindən, vəzifəsindən asılı olmayaraq hər kəs edə bilər. Bundan sonra toplantı keçirilir və təkliflər müzakirəyə çıxarılır".

Bir daha xatırladaq ki, jurnalistlərin Təbriz səfəri səfər avqustun 30-dan sentyabrın 2-dək davam edib.

Mirvari Nəcəf
Azərbaycanlı jurnalistlər Təbrizdə mühüm şəxslərlə görüşlər keçirib - FOTOLARAzərbaycanlı jurnalistlər Təbrizdə mühüm şəxslərlə görüşlər keçirib - FOTOLARAzərbaycanlı jurnalistlər Təbrizdə mühüm şəxslərlə görüşlər keçirib - FOTOLARAzərbaycanlı jurnalistlər Təbrizdə mühüm şəxslərlə görüşlər keçirib - FOTOLARAzərbaycanlı jurnalistlər Təbrizdə mühüm şəxslərlə görüşlər keçirib - FOTOLARAzərbaycanlı jurnalistlər Təbrizdə mühüm şəxslərlə görüşlər keçirib - FOTOLARAzərbaycanlı jurnalistlər Təbrizdə mühüm şəxslərlə görüşlər keçirib - FOTOLARAzərbaycanlı jurnalistlər Təbrizdə mühüm şəxslərlə görüşlər keçirib - FOTOLARAzərbaycanlı jurnalistlər Təbrizdə mühüm şəxslərlə görüşlər keçirib - FOTOLARAzərbaycanlı jurnalistlər Təbrizdə mühüm şəxslərlə görüşlər keçirib - FOTOLARAzərbaycanlı jurnalistlər Təbrizdə mühüm şəxslərlə görüşlər keçirib - FOTOLARAzərbaycanlı jurnalistlər Təbrizdə mühüm şəxslərlə görüşlər keçirib - FOTOLARAzərbaycanlı jurnalistlər Təbrizdə mühüm şəxslərlə görüşlər keçirib - FOTOLARAzərbaycanlı jurnalistlər Təbrizdə mühüm şəxslərlə görüşlər keçirib - FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1025   Tarix: 04 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Gəncədəki dəhşətli qəzanın görüntüləri - VİDEO

Gəncədə ağır yol qəzası baş verib. Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb. Qəza Böyük Bazarın yaxınlığında baş verib. Olayın görüntüləri sosial şəbəkələrdə yayılıb. Hadisənin təfərrüatları bəlli deyil. Olay barədə rəsmi məlumat da yoxdur. Videodan aydın görünür ki, qəzaya yüksə

17 sentyabr 2021
.

Mingəçevirdə karantin qaydalarını pozan kafe aşkarlanıb - FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qayda və tələblərə riayət edilməsi məqsədilə keçirilən nəzarət tədbirləri zamanı gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlanıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunda

11 sentyabr 2021
.

Azərbaycanda 4 piyadanı maşın vurub öldürdü

Sentyabrın 14 və 15-də piyada ölümü ilə nəticələnən 4 yol qəzası olub. Daxili İşlər Nazirliyindən -a verilən məlumata görə, sentyabrın 14-də saat 1 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Samux rayon sakini Tural Mustafayev vurulub. Nəticədə piyada aldığ

15 sentyabr 2021
.

Balakəndə koronavirus xəstəsi saxlanıldı

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə, rayon sakini Sevcan Məmmədovaya ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, sanitar-karanti

12 sentyabr 2021
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17 sentyabr 2021
.

Antalyanın məşhur istirahət bölgəsində nəhəng burulğan - VİDEO

Bu gün səhər saatlarında Antalyanın Kəmər bölgəsində dəniz üzərində təxminən 15 dəqiqə davam edən nəhəng burulğan meydana gəlib. Ətrafda olan insanlar təbiət hadisəsini telefonları ilə qeydə alıblar. Qeyd olunur ki, nəhəng burulğan sahilə çatmayaraq tədricən zəifləyərək yox olub.\

15 sentyabr 2021
.

19 yaşlı ana doğuş zamanı öldü

Cəlilabadda qadın doğuş zamanı ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb. İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Övladı sağdır

13 sentyabr 2021
.

Ötən gün 10-dan çox koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı

Sentyabrın 10-da daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməkl

11 sentyabr 2021
.

Bakıda marşrut avtobusunda ÖLÜM: Hərəkət dayandı

Bakıda avtobusda ölüm hadisəsi baş verib. xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Rayon ərazisində hərəkətdə olan marşrut avtobuslarından birində 57 yaşlı sərnişin Əli Abbas oğlu Quliyev qəfildən ölüb. Hadisə nəticəsində avtobusun hərəkət intervalında gecikmə yaranıb

17 sentyabr 2021