Polşalı baykerlər Azərbaycanda qəzaya düşdü, yaralılar var

Polşalı baykerlər Azərbaycanda qəzaya düşdü, yaralılar varPolşalı baykerlər qəzaya düşüb.

Sonxeber.az apa-ya istinadla bildirir ki, hadisə bu gün 11:30 radələrində Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Şəki rayon Qırxbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1957-ci il təvəllüdlü Hicran Ələkbər qızı Qarabəyli idarə etdiyi "Prado" markalı 90-UF-696 dövlət nömrəli nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək həmin yolla hərəkət edən baykerləri vurub.

Qəza nəticəsində H. Qarabəyli, baykerlər - Polşa Respublikasının vətəndaşları 1976-cı il təvəllüdlü Eyva Petrovski və 1964-cü il təvəllüdlü Pyotr Muravski müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar Şəki rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Şəki rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, H. Qarabəylinin vəziyyəti yüngül olduğundan ambulator müalicəyə buraxılıb. Polşa Respublikası vətəndaşları E. Petrovski döş fəqərəsinin sınığı diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə, P. Muravski isə sağ biləyinin sınığı ilə cərrahiyyə şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı DİN-in Baş Dövlət Yol İdarəsinin İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 646   Tarix: 29 iyul 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kürdə batan ata və qızın yaxınları danışdılar: "Uşaq əlindən çıxıb düşüb suya..." - VİDEO

Kürdə batan ata və qızı ilə bağlı bəzi detallar məlum olub. Baku TV-yə danışan ata və qızın yaxınları hadisənin necə baş verdiyi ilə bağlı fikirlərini bölüşüblər. İtkin düşmüş kişinin atası Tahir Süleymanov bildirib ki, oğlunun su xoşuna gəlib, evə gələrək deyib ki, gedək orada çay qaynadaraq içək:

13 aprel
.

DİN: Lənkəranda valideynin övladının narkotik istifadəçisi olması ilə bağlı iddiaları əsassızdır

DİN: Lənkəranda valideynin övladının narkotik istifadəçisi olması ilə bağlı iddiaları əsassızdır. Sosial şəbəkələrdə Lənkəran şəhərində yetkinlik yaşına çatmayan şəxsin narkotik vasitə aludəçisi olmasını əks etdirən iddialar yayılıb. İddialara cavab olaraq DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Report"u

12 aprel
.

Axtarışda olan şəxslər tutuldular

Aprelin 10-da ölkə ərazisində qeydə alınan 45 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən  -a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 27, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

11 aprel
.

Dərnəgüldə YANĞIN - VİDEO

Bu gün günorta saatlarında Dərnəgüldə yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) -a verilən məlumata görə, yanğın 44 kvadratmetrlik taxta konstruksiyalı, birmərtəbəli tikilidə baş verib. FHN-in Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının həyata keçirdikləri operativ tədbirlə

17 aprel
.

Gürcüstanda yol qəzalarının sayı rekord həddə çatıb

2023-cü ildə Gürcüstanda qeydə alınan yol qəzalarının sayı 14% artaraq rekord həddə - 55,6 minə çatıb. "Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Statistika Komitəsi məlumat dərc edib. Buna baxmayaraq, qəzalarda həlak olanların sayı 7 310 nəfərə düşüb ki, bu da əvvəlki ill

14 aprel
.

Pakistanda silahlıların hücumu nəticəsində 11 nəfər ölüb

Pakistanın cənub-qərbindəki Bəlucistanda silahlıların hücumu nəticəsində 11 nəfər həlak olub. Hüquq-mühafizə orqanlarının məlumatına görə, ondan çox yaraqlı cümə günü axşam saatlarında Nuşka şəhərindən bir km aralıda milli avtomobil yolunu bağlayıb. Nuşka komissarının müavini Həbibullah Musahel bildiri

13 aprel
.

Kürdəmirdə zəncirvari qəza: Ölən və yaralananlar var - FOTO

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Sor-Sor kəndində "Mercedes" markalı iki avtomobillə "Ford" markalı yük maşını toqquşub. Nəticədə, "Mersedes"lərdən birinin sürücüsü, İmişl

13 aprel
.

Oğuzda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən -a məlumat verilib. Bildirilib ki, əvvəllər məhkum olunmuş Qardaş Abdullayev və Teymur Sadıqov saxlanılıblar. Onlardan narkoti

14 aprel
.

Naxçıvanda qaya uçqunu baş verib

Naxçıvan Muxtar Respublikası (MR) ərazisində yağan güclü yağışlar nəticəsində Batabat avtomobil yolunun 17-ci kilometrində qaya uçqunu baş verib. Bu barədə "Report"un yerli bürosuna Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hadisə nəticəsind

11 aprel