İki gün sonra hamı XAOSA OYANACAQ - Görün nə baş verəcək
Şimali İraq kürd muxtariyyətində sentyabrın 25-də keçirəcəyi müstəqillik referendumu bölgədə qarşıdurmanı gücləndirəcək.
Bu haqda Türkiyənin "Yeni Şəfəq" nəşrinə İraqın keçmiş millət vəkili Feyha Bayatlı deyib.
Onun sözlərinə görə, ABŞ tərəfindən başladılan "36-cı paralel və çəkic güc" layihəsinin tətbiqi kürd muxtariyyətinin başçısı Məsud Bərzaninin "kürd dövləti" planının başlanğıcıdır.
1991-ci ildən Kərkük, Mosul, Duhok və hətta Ərbildə əhalinin etnik tərkibinin dəyişdirilməsi ilə bu plana hazırlıq görüldüyünü deyən millət vəkili qeyd edib ki, hazırda Suriyanın Rakka, Haseke və Hələbin şimalında oxşar oyun eyni aktyorlar tərəfindən səhnələşdirilir.
"İraqın ən zəngin neft və təbii qaz ehtiyatına malik bölgələr Bərzani tərəfindən tutuldu. Bundan başqa, neft gəlirlərindən İraqın mərkəzi hökumətinə ödəməli olan payı verməyən Bərzani Peşmərgənin (muxtariyyətin silahlı qüvvələri –red.) maaşını da İraq dövlətindən almağa davam etdi. Bərzaninin müstəqil dövlət elan etməsi arxasındakı güclərin ona verdiyi cəsarətlə bağlıdır", - o bildirib.
Feyha Bayatlı qeyd edib ki, Bərzani və tərəfdaşları neft ixracı və xarici dünyaya alternativ qapı olaraq Kərkük, Ərbil, Haseke və İdlib xəttindən Aralıq dənizinə çıxmaq istəyirlər.
Onun sözlərinə görə, kürd dövləti bölgənin ən böyük məhvi olacaq. Millət vəkili qeyd edib ki, bölgənin bütün ölkələrə hücum planları buradan idarə olunacaq.
Kərkük Vəqfinin başçısı Ərşat Hürmüzlü də referendum sonrası İraqı çətin günlər gözlədiyini söyləyib.
"Ölkə bütövlüyünə zərbə vuracaq proseslərə qapı açılır. İraq sentyabrın 26-da xaosa oyanacaq", - o deyib.
Qeyd edək ki, İraqın bölünməsi Türkiyənin bu ölkəyə müdaxiləsini gündəmə gətirə bilər. 1926-cı ilin Ankara müqaviləsi Türkiyəyə bu hüququ verir. "Misaki-Milli" sərhədləri içərisində qalan Kərkük ilə Mosul 1926-cı ildə bağlanan Ankara müqaviləsi ilə ərazi bütövlüyünün saxlanılması şərti ilə tərk edilmişdi. İraqın ərazi bütövlüyü əsas götürülərək bağlanan müqaviləyə görə, bu gün İraqın parçalanması və bölgənin qanunsuz təşkilatların nəzarətinə keçməsi Türkiyənin hüquqlarını gündəmə gətirir.
Mənbə: publika.az
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə Baxılıb: 7373 Tarix: 24 sentyabr 2017
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşVətən müharibəsi iştirakçısı qəzada öldü - FOTOLAR
Sabirabadda baş vermiş ağır yol qəzasında Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi, Vətən müharibəsi iştirakçısı Elşən Ağayev həyatını itirib. "Report"a istinadən xəbər verir ki, hadisə Yastıqoba kəndind
13 sentyabr 2021Azərbaycanda QHT sədri vəfat edib
"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Mərhum sabah Lənkəranda dəfn olunacaq. Allah rəhmət eləsin!
12 sentyabr 2021Azərbaycanda sevdiyi qızın ailəsinin "yox" dediyi gənc qollarını doğradı
Sumqayıtda 23 yaşlı oğlan özünə ülgüclə xəsarət yetirib. -ın əldə etdiyi məlumata görə, E.Aslanzadə adlı gəncin bu addımına səbəb sevdiyi qızın ailəsinin onun elçilərinə "yox" deməsi olub. Qolundan ağır xəsarət alan E.Aslanzadə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır
17 sentyabr 2021SON DƏQİQƏ: Bakıda ağaclıq ərazi yanır
Bakıda ağaclıq ərazidə yanğın başlayıb. xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələr
17 sentyabr 2021"Azərişıq"ın anbarında yanğın - VİDEO
Gəncədə "Azərişıq" ASC-yə məxsus idarələrin birinin anbarında yanğın baş verib. xəbər verir ki, bu barədə hadisə şahidləri -in "qaynar xətti"nə məlumat verilib. Bildirilir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Məsələ ilə əlaqədar "Azərişıq"
15 sentyabr 202120 yaşlı oğlan itkin düşüb
Göyçay rayon sakini itkin düşüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. F.Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngl
13 sentyabr 2021Ustanı yarımstansiyada "tok" vurub öldürdü
Sentyabrın 16-ı saat 10 radələrində Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü İlyas İsmayılovun Gəncə şəhər 35/6 kv-lıq süzgəc yarımstansiyasında elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub. Gəncə şəhər Prokurorluğundan -a verilən məlumata görə, aparılmı
17 sentyabr 2021Bakıda marşrut avtobusunda ÖLÜM: Hərəkət dayandı
Bakıda avtobusda ölüm hadisəsi baş verib. xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Rayon ərazisində hərəkətdə olan marşrut avtobuslarından birində 57 yaşlı sərnişin Əli Abbas oğlu Quliyev qəfildən ölüb. Hadisə nəticəsində avtobusun hərəkət intervalında gecikmə yaranıb
17 sentyabr 2021Azərbaycanda 4 piyadanı maşın vurub öldürdü
Sentyabrın 14 və 15-də piyada ölümü ilə nəticələnən 4 yol qəzası olub. Daxili İşlər Nazirliyindən -a verilən məlumata görə, sentyabrın 14-də saat 1 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Samux rayon sakini Tural Mustafayev vurulub. Nəticədə piyada aldığ
15 sentyabr 2021