Xəbərdarlıq - Sabahdan hava kəskin dəyişəcək
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Sonxeber.az-a verilən məlumata görə, sentyabrın 14-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeronda gecə 19-22° isti, gündüz 28-33° isti, Bakıda gecə 20-22°, gündüz 29-31° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 50-60 % olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman olacaq. Lakin günün birinci yarısında bəzi şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Şərq küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 17-22°, gündüz 30-35° isti, dağlarda gecə 9-14°, gündüz 19-24° isti olacağı gözlənilir.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 2987 Tarix: 13 sentyabr 2017
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşErmənilər Nizaminin büstünü bu hala salıb - VİDEO
Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı
17 sentyabr 2021Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO
Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb
17 sentyabr 2021Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18 sentyabr 2021FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18 sentyabr 2021Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB
"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın
17 sentyabr 2021Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO
Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca
18 sentyabr 2021