Sumqayıtda məktəb direktorundan sensasion sözlər

Sumqayıtda məktəb direktorundan sensasion sözlərMəktəb direktoru: "Yalan deyənlərin evləri yıxılsın!"

"Onu səhv deyirlər, bəlkə başqa məktəbdir, bizdə pul yığılmayıb axı?!

Yeni tədris ili başlamazdan əvvəl artıq bəzi problemlər baş qaldırmağa başlayıb. Sumqayıtda valideynlər tərəfindən xeberle.com saytının elektron ünvanına və sosial şəbəkələrdəki səhifələrinə orta məktəblərdə yığılan təmir pulu ilə bağlı şikayətlər daxil olub. Valideynlərin iddialarına cavab tapmaq üçün şikayət edilən məktəblərlə əlaqə saxlanılıb.

1 nömrəli tam orta məktəbin direktoru Ruhiyyə Tağıyeva bizə qarşı kobud rəftar nümayiş etdirdi:

"Mən heç bir pul yığmıram. Məndən başqa bütün məktəblər pul yığır bu bir, ikincisi isə sizə heç bir haqq vermirəm. Siz mənə qələt edib zəng etmisiniz. Fsyo!"

4 nömrəli tam orta məktəbin direktoru Səadət Məmmədova:

"Yayılan məlumatlar həqiqəti əks etdirmir. Rəhbərlik etdiyim məktəbdə bu kimi neqativ hallara yol verilə bilməz. Əgər həqiqətən belə hal varsa mənə müraciət edə bilərlər".

10 nömrəli tam orta məktəbin direktoru Tahir Nəsibov:

"Ay qızım bu vaxt təmir olur, yazılıdır şikayət? Anonim şikayətə baxmırıq. Yazılıdırsa, gətirin siz də oturun, valideyn də otursun, mən də oturum. Xahiş edirəm, belə yalan məlumatları yaymayın. Bir də ki, yalan deyənlərin evləri yıxılsın".

11 nömrəli tam orta məktəbin direktoru İlahə Həsənli ilə dəfələrlə əlaqə saxlasaq da, açıqlama almağımız mümkün olmadı. Deyilənə görə gah iclasda, gah da təhsil şöbəsində oldu.

19 nömrəli tam orta məktəbin direktoru Pərvanə Ramazanova ilə də dəfələrlə əlaqə saxlasaq belə, suallarımıza cavab tapa bilmədik. Gah "iclasdadır", gah "valideyn qəbulundadır", gah da ayrı bir cavabla qarşılaşdıq.

23 nömrəli tam orta məktəbin direktoru Fikrət Qasımov:

"Kim şikayət edibsə adı, ünvanı sizdə var? Qətiyyən mən elə şey eləməmişəm. Yəni, o kimdirsə, araşdıraq, siz də gəlin. Mən belə narahat qalıram, çünki elə bir şey yoxdur. Mən bilsəydim ki, kim şikayət edib araşdırıb, məsələni üzə çıxardardım".

24 nömrəli tam orta məktəbin direktor əvəzi Sara Abbasova:

"Elə bir şey yoxdur bizdə. Düzgün məlumat deyil".

26 nömrəli tam orta məktəbin direktoru Tərlanə Nağıyeva söylədi ki, deyilənlər şayiədir. Bu məktəbdə pul yığılmır. Yalnız ayrı-ayrı imkanlı şəxslər könüllü şəkildə bəzən məktəbimizə yardım edirlər.

33 nömrəli tam orta məktəbin direktoru Rübabə Əsgərovadan da suallarımıza cavab ala bilmədik. Dəfələrlə əlaqə saxlasaq da telefona cavab verən olmadı.

34 nömrəli tam orta məktəbin direktoru Nizami Məmmədov:

"Kim deyirsə, gözünün içinə qədər yalan deyir, hələ uşaqlar məktəbə gəlməyib, necə pul yığıla bilər? Bizim məktəbdə elə bir şey yoxdur. O kimdirsə, gəlsin bura desin, mən həmin dəqiqə ərizəmi yazım çıxım".

36 nömrəli tam orta məktəbin direktoru Ədalət Mahmudov:

"Onu səhv deyirlər, bəlkə başqa məktəbdir? Bizdə elə şey olmayıb axı. Hansı valideyndir, xanım? Bizdə təmir pulu söhbəti qəti yoxdur".

37 nömrəli tam orta məktəbin direktoru Elşad Eyvazov:

"Xeyr, tamamilə yalan məlumatdır. Konkret kimlərdir, adları varsa, araşdıraq, görək kimlərə təmir pulu veriblər, öyrənək. Bir ağsaqqal müəllim kimi, direktor kimi xahiş edirəm ki, gəlin bu məsələni araşdıraq. Bunu araşdırmaq sizin hüququnuzdur, biz də kömək etməliyik".

Bax belə, biz edilən şikayətlər əsasında qarşı tərəflərin – məktəb diektorlarının cavablarını verməyə çalışdıq. İddiaçılar cavablarla qane olmazlarsa, şikayətləri ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2529   Tarix: 13 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İki ölkə arasında qarşılıqlı raket hücumları: Müharibə BAŞLAYIR? - AÇIQLAMA

Bildiyimiz kimi, İran-İsrail arasında gərginlin artmaqda davam edir. İki ölkə arasında davam edən qarşılıqlı raket hücumları bir sıra suallar yaradır. Tərəflər bir-birini hücum olacağı təqdirdə cavabın ağır olacağını, nüvə obyektlərinə zərbə vurmaqla hədələyir. Bir sıra mənəbələrdə qeyd olunur ki, artı

19 aprel
.

İsrail İrana zərbə endirdi - VİDEO

İranın İsfahan şəhərindəki hava limanı ərazisində, Hərbi Hava Qüvvələrinin 8-ci bazasının ərazisində üç güclü partlayış səsi eşidilib. İran KİV-in məlumatına görə, hava hücumundan müdafiə qüvvələri İsfahan ərazisində bir neçə dron vurub. ABC telekanalı isə iki ABŞ rəsmisinə istinadən hücumun İsrail ərazisində

19 aprel
.

AAYDA-nın səhlənkarlığı qəzaya səbəb oldu - Məhkəmə qərar verdi

Xırdalan-Saray avtomobil yolunda yol nişanı qoyulmadığından avtomobili yarğana düşərək qəza keçirən sürücü "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyini məhkəmədə udub. Qaynarinfo-nun məlumatına görə, Zamin Şabanov (ad-soyad şərti) gecə saat 22:05 radələrində "Lada Vesta" markal

18 aprel
.

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Elm və Təhsil Nazirliyi "Şərq-Qərb" ASC (VÖEN - 20043631) ilə 1 milyon 996 min 500 manat dəyərində satınalma müqaviləsi imzalayıb. xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqavilənin şərtlərinə görə "Şərq-Qərb" ASC nazirliyin sifarişi əsasında yeni dərsli

19 aprel
.

Unun tərkibi dəyişdiriləcək: Çörəyin qiyməti BAHALAŞIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək. Dəmir defisitli anemiyanın qarşısının alınması məqsədilə buğda ununun zənginləşdirilməsi istiqamətində işçi qrup yaradılıb. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentd

18 aprel
.

BDU-nun tələbəsi intihar etdi - FOTO

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksindəki mənzillərdən birində kirayədə qalan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onu

19 aprel
.

Balakəndə 11 əsrə şahidlik edən, inanc yeri olan ağac - VİDEO

Balakənin Katex kəndində yol kənarında bitən, yaşı min ildən artıq olan dağdağan ağacı bu gün də diqqət mərkəzindədir. Belə ki, inanc yeri olan ağacdan müalicə üsulu kimi istifadə edirlər. Həmçinin bu ağac yerli sakinlərlə yanaşı, ərazidən keçən əcnəbi turistlərin də diqqətini çəkir. Daha ətraflı Bak

18 aprel
.

Bu məhsulları küçədə satanlar 80 manat CƏRİMƏLƏNƏCƏK - VİDEO

Yol kənarlarında və bazarlarda qida məhsullarının satışı aparılır. Bu tendensiyaya son zamanlar daha çox rast gəlinir. Kənd məhsullarının satışında sanitariya və gigiyena qaydalarına çox da diqqət yetirilmir. Bu da həmin qidaları qəbul edən vətəndaşların sağlamlığına mənfi təsir göstərir. xəbər veri

19 aprel
.

Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA

Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiyaların ödənilməsinin yubanması iddiaları ilə bağlı açıqlama yayıb. Qafqazinfo-ya istinadən xəbər verir ki, fondun mətbuat katibi Rəşad Mehdili ödənişlərin aprelin 19-da yekunlaşacağını bildirib. "Bəzi sosial şəbəkə və internet resurslarında aprel ayının pensiyalarını

18 aprel