Təranə: "O mənimlə cinsi əlaqədə olmaq istədi" - FOTO

Sonxeber.az bildirir ki, baku.ws fəaliyyətinə kloun kimi başlayan, daha sonralar prodüser, teleaparıcı və aktrisa kimi davam edən Təranə Əliyeva ilə söhbətləşib.

- Təranə Əliyeva Təranə Əliyeva haqqında nə deyə bilər?

- Hamının bildiyi kimi aktrisayam, aparıcıyam, uzun illər prodüser kimi də çalışmışam. İki təhsilim olmasına baxmayaraq, digər sahədə çalışmamışam. Birinci təhsilim filoloqdur, ikinci təhsilim aktyorluq. İki diplomum olsa da, bu dəqiqə diplomsuzlar meydan oxuyur.

- Fəaliyyətinizə aktrisa kimi başlamısınız, yoxsa prodüser kimi?

- Əslində, fəaliyyətimə aktrisa kimi başlamışam. Sonralar həm prodüser, həm aparıcı, həm də aktrisa olmuşam. İndi prodüser kimi işləmirəm.

- Bir çox verilişlərin ("Kim kimdir?", "Söz oyunu" və s.) prodüseri olmusunuz. Sözügedən verilişlərin kulisində hansı maraqlı məqamlarla rastlaşmısınız?

- Əslində, mənə prodüserdən daha çox "müğənnilərin dostu" deyirlər. Çünki bir çox sənət adamları ilə münasibətim çox yaxşıdır. Amma bəzi müğənnilər mənim bu dost münasibətimi düzgün başa düşməyiblər, mənə başqa gözlə baxıblar. Məsələn, bir xalq artisti ilə dostluğumuz çox çəkmədi, çünki həmin xalq artisti mənə intim əlaqə təklif etdi. Bu təklifləri rədd etdiyimdən dostluğumuz pozulub. Yaddaqalan məqamlardan onu deyə bilərəm ki, müğənnilər məni çox əsəbləşdiriblər. Sevdiklərimin nazı ilə oynamışam, sevmədiklərimi isə məcbur olub verilişə dəvət etmişəm.

- "Söz oyunu" verilişinin iştirakçısına çevrilmək üçün hər kəs sizin zənginizi gözləyirdi. Elə bir insan varmı ki, Təranə Əliyeva onun zəngini gözləsin?

- Verilişin bütün yükü, demək olar ki, mənim üzərimdə idi. Çalışırdım ki, müğənni ilə üz-üzə duracaq iştirakçının intellektual səviyyəsi sıfır olmasın. Amma bəzi müğənnilərin özlərinin köməyə ehtiyacı var idi. Onlara kömək etməsəydim, biabır ola bilərdilər. Zəngə gəldikdə isə, heç kimdən gözləmirəm. Qoy mənim zəngimi gözləsinlər. Lazım olan zənglər olunub, lazım olan cavablar da verilib, hər şey yerindədir.

- Sizin fikrinizcə, aktrisa üçün hər hansısa bir çərçivə olmalıdır, yoxsa aktyor sənəti çərçivə tanımır?

- Mən həmişə demişəm ki, aktyor sənəti çərçivə tanımayan bir sənətdir, amma bir çərçivə var ki, o, 90 faiz bizim ölkəyə aiddir. Bu günə kimi fərqli obrazlarım çox olub. Elələri də olub ki, qıraqdan baxanlar qınayaraq deyib ki, "utanmır e, bunu oynayır". Düşünürəm ki, çərçivə bayağı səhnələrdə qoyulmalıdır. Aktrisa dindarı da, pis yolun adamını da oynaya bilər. Müəyyən şeylərdə mən özümə çərçivə qoymuşam. Bəzi obrazlarıma görə hələ də vicdan əzabı çəkirəm.

- Qeyd etdiniz ki, iki təhsiliniz var. Demək, sizi aktrisa olmağa qoymurdular?

- Düzdür, icazə vermirdilər. Nənəm deyirdi ki, "aktrisa olub, gedib oğlanlarla öpüşəcəksən". Buna baxmayaraq, içimdə olan sənət sevgisi İncəsənət universitetinə qəbul olmağımda bir təkan oldu. Onu da deyim ki, mən BDU-da oxuyanda oranın "KVN" komandasında iştirak edirdim və bütün tədbirlərdə aparıcılıq edirdim. Amma mən təhsilli aktrisa olmaq istəyirdim. İndi bir çox təhsilsiz və bacarıqsız aktrisalar kiminsə yerini tutub adama qıcıq verirlər. Onları lap boğmaq istəyirəm.

- Bir neçə ildir ki, sizinlə Feysbuk-da dostam. Profil şəklinizdə qəmli kloun kiminsə və ya nəyinsə yolunu gözləyir...

- Bəli, mənim həyatım başdan ayağa klounadadır. Mən klounluqdan başlamışam. Müəyyən məclislərdə də kloun kimi iştirak etmişəm. Klounlar mənim həyatımdır və profildəki şəkil mənim daxili dünyamı əks etdirir. Həyatda çox şən və pozitiv insan olsam da, gözlərim qəmgindir. Çünki içəridə o qədər dərd, qəm var ki... Klounlar hamını güldürür, amma onları güldürən yoxdur.

- Sosial şəbəkədə statuslarınız birində qızınızı doğum günü münasibəti ilə təbrik edəndə belə bir cümlə yazmışdınız: "Mənim taleyimi təkrarlama, sadəcə, xoşbəxt ol". O, xoşbəxtliyi siz nədə görürüsünüz?

- İnsan hər tərəfdən yarıyanda xoşbəxt olur. Uşaqlıqda baş verən hadisələr insanın həyatında böyük bir iz qoyur. Qızım atasız böyüdüyünə görə, mən çalışıram ki, uşağımın hər şeyi olsun. Uşaqlıq illərim çox gözəl keçib, amma 16 yaşımdan sonra xoşbəxtliyimi tapa bilmədim. 16 yaşımda atamı itirdim. Onu avtomobil vurdu. O vaxt mobil telefonlar olmadığından biz bunu növbəti gün bildik. Gözlərimlə atamın ölümünü görməmişəm deyə, gözlərim 19 ildir hər yerdə onu axtarır. Atam mənim idealım idi. Ailə qurdum, həyat yoldaşımda atamın cizgilərini axtarırdım, amma çox təəssüf ki, ailə həyatım baş tutmadı və biz ayrıldıq. Yəni, həyatda bir qadın kimi xoşbəxt ola bilmədim. Ona görə də istəmirəm ki, qızım mənim həyatımı təkrarlasın.

- Son işlərinizdən nə danışa bilərsiniz?

- Yenicə çəkildiyim "Mələyin öpüşü" filmində ciddi, işini bilən Seva obrazını canlandırmışam. "Lal yuxu" serialındakı Nilufər obrazı isə mənə çox yaxındır. Serialda mənimlə bərabər rəqqasə Oksana Rəsulova da rol alıb. Həm həyatda, həm də bu filmdə biz Oksana Rəsulova ilə çox yaxın dostuq. Ona görə də serialdakı səhnələr süni alınmayıb, biz özümüzü oynayırıq. Nilufər də mənim kimi şən, pozitiv, dostuna sadiq olan bir insandır. Bu qədər...
Təranə: "O mənimlə cinsi əlaqədə olmaq istədi" - FOTOTəranə: "O mənimlə cinsi əlaqədə olmaq istədi" - FOTOTəranə: "O mənimlə cinsi əlaqədə olmaq istədi" - FOTOTəranə: "O mənimlə cinsi əlaqədə olmaq istədi" - FOTOTəranə: "O mənimlə cinsi əlaqədə olmaq istədi" - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 5097   Tarix: 18 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Türkiyəli məşhur aktrisa vəfat etdi

Türkiyəli məşhur aktrisa İncilay Şahin vəfat edib. Bu barədə "Oyunçular Birliyi"nin "Twitter" hesabında məlumat verilib. 60 yaşlı sənətçi "Çiçek taksi", "Hayat Bilgisi", "Yasak elma" kimi reytinqli seriallarda rol alıb

7 sentyabr 2021
.

Flora Kərimova: "Ona heç vaxt rəhmət oxumadım" - VİDEO

BAKU.TV-də yayımlanan "O Kimdir?" verilişinin növbəti qonağı Xalq artisti Flora Kərimovadır. Bağışlamağı bacarmadığını deyən Flora Kərimova mərhum Xalq artisti İlhamə Quliyeva ilə olan mübahisələrdən bəhs edib, ona ilk dəfə rəhmət diləyib. Xalq artisti söhbət zamanı həyatının ən ağır məqamlarından

14 sentyabr 2021
.

Məşhur müğənni xərçəngdən vəfat etdi

Tanınmış müğənni və aktrisa, "Girls Aloud" qrupunun solisti Sarah Hardinq 39 yaşında vəfat edib. xəbər verir ki, bu barədə ifaçının anası Meri Hardman sosial şəbəkədə yazıb. Sarah bir neçə ildir xərçəngdən müalicə alırdı. Qeyd edək ki, müğənniyə xərçəng diaqnozu ötən ilin yazında qoyulub

6 sentyabr 2021
.

Səməd Səmədovun məzar daşı niyə qoyulmayıb? - VİDEO

Bu gün Xalq artisti Səməd Səmədovun dünyasını dəyişməsindən 40 gün ötür. Axşam.az xəbər verir ki, müğənni Xatun Əliyeva mərhumun məzarını ziyarət edərək, görüntü paylaşıb. Diqqət çəkən məqam isə S.Səmədovun məzar daşının hələ də düzəldilməməsi olub. X.Əliyevanın prodüseri Pənah Eldar Axşam.az-a açıqlamasınd

2 sentyabr 2021
.

"Laçınım" mahnısıyla bağlı qalmaqal: Sənət çevrəsini təlatümə gətirəcək faktlar ilk dəfə

"Laçınım" mahnısı yaranan gündən onun ətrafında gəzən qalmaqal bitmək bilmir. Mərhum sənətkar Məhəbbət Kazımov dünyasını dəyişəndən sonra mahnının müəllifləri kimi bəstəkarlarının sayı çoxalmaqdadır. Uzun illər Məhəbbət Kazımovla səhnə bölüşən müğənni Könül Kərimova da "Laçınım"ı

7 sentyabr 2021
.

Xalq artistinə AĞIR İTKİ

Xalq artisti Yusif Eyvazovun ailəsinə ağır itki üz verib. xəbər verir ki, sənətçinin həyat yoldaşı Anna Netrebkonun atası dünyasını dəyişib. Bu haqda Xalq artisti sosial şəbəkədə məlumat verib. O, qayınatası ilə görüntülərini yayımlayaraq onun vəfatı üçün dərin kədər hissi keçirdiyini bildirib:. "2005-c

8 sentyabr 2021
.

Ben Afflek sevgilisi Cennifer Lopezə yaxınlaşan pərəstişkarı itələdi - VİDEO

Amerikalı aktyor Ben Afflek sevgilisi məşhur aktrisa Cennifer Lopez ilə şəkil çəkdirmək istəyən pərəstişkarını itələyib. Hadisə aktyorun sevgilisi ilə birlikdə Film Festivalına yollandığı Venesiya baş verib. Məlumata görə, tədbir bitdikdən sonra cütlük hava limanına gedərkən pərəstişkarlardan biri onlar

14 sentyabr 2021
.

​"Guya Rəmişin nəyi var idi ki..." - Xanımı sirləri açdı

Rəmişsiz mənim günüm necə keçə bilər? Rəmişsiz Gülü ola bilərmi? O mənim başımın tacı idi, nəfəsim idi. xəbər verir ki, bu sözləri -a Xalq artisti Rəmişin (Rafiq Hüseynov) həyat yoldaşı Gülü (Gülşən Hüseynova) deyib. Mərhum gitara ifaçısının vəfatından sonra onu kimsə yada salıbmı?. Xanımı Mədəniyyə

8 sentyabr 2021
.

Kənan MM-ə AĞIR İTKİ - FOTO

Rejissor və aktyor Kənan M.M (Kənan Mahmudov) ağır itki üz baş verib. xəbər verir ki, aktyorun qayınatası koronavirusdan vəfat edib. O, bu barədə məlumatı "Facebook" hesabında paylaşıb

7 sentyabr 2021