Güləşçilərimizdən Dünya çempionatının ilk günündə 5 medal

Güləşçilərimizdən Dünya çempionatının ilk günündə 5 medalÖtən gün Litvanın Klaypeda şəhərində hərbçilər arasında güləş üzrə 32-ci Dünya çempionatına start verilib.

Müdafiə Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, yarışın birinci günündə Azərbaycanın altı idmançısı mübarizəyə qoşulub.

Sərbəst güləşçilərimiz Əfqan Xaşalov (57 kq), Qalib Əliyev (61 kq), Ağahüseyn Mustafayev (65 kq), Coşqun Əzimov (70 kq) və qadın güləşçilərimizdən Türkan Nəsirova (48 kq) Tatyana Varantsova (53 kq) xalça üzərinə çıxıblar.

Yarışın ilk günü Azərbaycan idmançıları üçün uğurlu olub. Yığmamızın üzvləri bir qızıl, bir gümüş, üç bürünc medal qazanıblar. Qızıl medalı millimizin aktivinə Qalib Əliyev yazdırıb. Sərbəst güləşçimiz 61 kiloqram çəki dərəcəsində yarışın finalında amerikalı Rayn Menqlanı 8:4 hesabı ilə məğlub edərək dünya çempionu olub.

Yığmamızın üzvü Əfqan Xaşalov (57 kq) Rumıniya güləşçisi Dukuk Andreyi 8:1 hesabı ilə məğlub edərək bürünc medala layiq görülüb.

Ağahüseyn Mustafayev (65 kq) iranlı Mehran Nasirini 4:3 hesabı ilə məğlubiyyətə uğradaraq üçüncü pillədə qərarlaşıb. Coşqun Əzimov (70 kq) isə polşalı Mateus Pisariskini 11:5 hesabı ilə məğlub edərək bürünc medala layiq görülüb.

Güləşçimiz Türkan Nəsirova (48 kq) Çin idmançısı Jou Çengçengi 8:5 hesabı ilə məğlub edərək gümüş medala sahib olub.

İlk görüşdə məğlub olan Tatyana Varantsova isə mübarizəni dayandırıb.

Azərbaycan Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) komandasının qatıldığı hərbçilərin güləş üzrə 32-ci dünya çempionatında 22 ölkədən 320-yə yaxın idmançı iştirak edir. Yarış iştirakçılarının yarıdan çoxu Olimpiya, dünya və Avropa çempionatlarının mükafatçılarıdır.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, MOİK-in rəisi polkovnik-leytenant Rəşad Quliyev, sərbəst güləş üzrə komandamızın rəhbəri Nazim Əlicanov, yunan–Roma güləşi üzrə komandamızın rəhbəri isə Taleh İsrafilovdur. Azərbaycan nümayəndə heyətinin tərkibinə beynəlxalq dərəcəli hakimlər Elman İsmayılov və Tural Əliyev də daxildir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 607   Tarix: 21 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Aytən Səfərovanı bu jurnalist əvəz etdi - FOTO

Tanınmış aparıcı Aytən Səfərovanı (Piriyeva) Xəzər TV-nin "Xəbər ertəsi" verilişində jurnalist Ruzanna Kərimli əvəz edib. -ın xəbərinə görə, R.Kərimli artıq bu gündən işinin icrasına başlayıb. Xatırlatma: Aprelin 17-də Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayı

22 aprel
.

Baydenin "adamyeyən" iddiasına CAVAB: "Biz göydən düşən adamları yemirik" - FOTO+VİDEO

Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Co Bayden Pensilvaniya ştatına səfəri zamanı əmisini adamyeyənlərin yediyini deyib. xarici mənbəyə istinadən xəbər verir ki, sözügedən iddia Papua Yeni Qvineyada təəccüb və narazılıqla qarşılanıb. Papua Yeni Qvineya Universitetinin siyasi elmlər üzrə müəllimi Mayk

20 aprel
.

Rayonlarda torpaq almaq neçəyə başa gəlir? - ARAŞDIRMA + VİDEO

Son vaxtlar bölgələrdə torpaq alıb, bağ evi tikənlərin sayı artıb. Buna səbəb isə paytaxtda bağ evlərinin çox baha olması, dənizə yaxın ərazilərdə boş torpaqların qalmamasıdır. Bəs bölgələrdə torpağın qiymətində bahalaşma olubmu?. Məsələ ilə bağlı ATV süjet hazırlayıb:

22 aprel
.

Ögey anadan ŞOK ƏMƏL: Yeddi yaşlı oğluna işgəncələr verib, iztirablarını videoya çəkib

ABŞ-nin Texas ştatında qadın yeddi yaşlı ögey oğluna işgəncə verdiyinə görə 25 il həbs cəzası alıb. 25 yaşlı Miranda Kasares sevgilisinin oğluna qarşı zorakılıq etməkdə təqsirli bilinib. Müstəntiqlər müəyyən ediblər ki, 2021-ci ildən gənc qadın mütəmadi olaraq yeddi yaşlı ögey oğlunu döyüb. O, uşağ

22 aprel
.

Bakıda azyaşlıya qarşı əxlaqsızlıq edən şəxs kameralara düşdü - VİDEO

Bakının Nərimanov rayonunda azyaşlıya qarşı əxlaqsızlıq edən şəxs kameralara düşüb. xəbər verir ki, bu barədə görüntülər İTV-də yayımlanıb. Əməliyyatı Nərimanov polisi həyata keçirib. Həmin görüntüləri təqdim edirik:

22 aprel
.

'Bu bazarda baş kəsirlər" - SAHİBKARLAR - VİDEO

Bu gün Naxçıvanın ən böyük bazarı - 57 bazar kimi tanınan "Bazar" MMC-də sahibkarlar etiraz aksiyası keçirib. Onlar mağazalara gəlsələrdə qapılarını açmayıblar. xəbər verir ki, Buna səbəb kimi isə sahibkarlar "Apa TV"yə bazar rəhbərliyi tərəfindən yer pullarının birdən-birə qaldırmasın

23 aprel
.

Azərbaycanda bu şəxslərə EV VERİLƏCƏK - VİDEO

Həssas əhali qrupundan olan şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi üçün işlər aparılır. Təkcə son 3 ildə 500-dən artıq görmə məhdudiyyətli şəxslər dövlət tərəfindən evlə təmin edilib. xəbər verir ki, Sosial Xidmətlər Agentliyinin sosial əmlak departamentini

23 aprel
.

Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat yayıb. Bildirilib ki, aprelin 22-si saat 08:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində arabir güclənən şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşero

22 aprel
.

"Wolt"un xanım sürücüsü qəzada xəsarət aldı - FOTO

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Qəza Koroğlu Rəhimov küçəsində qeydə alınıb. Belə ki, qəzada "Wolt" şirkətinin xanım kuryerinin idarə etdiyi motosikletlə, "Mercedes Vito" markalı mikroavtobus və "Nissan" toqquşub. Hadisədə xəsarət alan motosikleti

23 aprel