"Azərişıq" ASC jurnalistlər üçün Şimal-Qərb regionuna infotur təşkil edib

"Azərişıq" ASC jurnalistlər üçün Şimal-Qərb regionuna infotur təşkil edib20 oktyabr - Energetika günü münasibətilə "Azərişıq" ASC-nin "Şimal-Qərb" Regional Enerji Təchizatı və Satışı İdarəsində (RETSİ) qışa hazırlıq və cəmiyyət tərəfindən görülən işlərlə tanışlıq məqsədilə jurnalistlər üçün infotur təşkil edilib.

İki gün davam edən infoturda 30 jurnalist iştirak edib.

"Azərişıq" ASC jurnalistlər üçün Şimal-Qərb regionuna infotur təşkil edibSonxeber.az xəbər verir ki, infoturun ikinci günündə jurnalistlər Qəbələ, Oğuz, Şəki və Qax rayonlarında "Azərişıq" ASC-nin gördüyü işlərlə tanış olublar.

"Azərişıq" ASC jurnalistlər üçün Şimal-Qərb regionuna infotur təşkil edib"Azərişıq" ASC jurnalistlər üçün Şimal-Qərb regionuna infotur təşkil edib"Şimal-Qərb" RETSi-nin Qəbələ paylayıcı şəbəkəsinin baş mühəndisi Nurməmməd Naibov bildirib ki, 35/10 kilovotluq Qəbələ yarımstansiyasiyası yenidən qurulub.

"Əvvəl burada iki ədəd 0,4 kilovoltluq transformator qidalanırdı. Hazırda 2 ədəd 10 kilovoltluq transformator quraşdırılıb, yeni müasir tipli açarlar qoyulub. Bu yarımstansiyadan 6579 əhali, 287-də qeyri-əhali abonenti yararlanır. Yarımstansiya əsasən, Bum qəsəbəsi və ətraf 4 kəndə xidmət edir. Köhnə yarımstansiyadan isə əsər-əlamət qalmayıb.

"Azərişıq" ASC jurnalistlər üçün Şimal-Qərb regionuna infotur təşkil edib"Azərişıq" ASC jurnalistlər üçün Şimal-Qərb regionuna infotur təşkil edib2017-ci ilin 9 ayı ərzində rayonda elektrik enerjisinin verilişi sahəsində keyfiyyətin artırılması üçün şəbəkənin balansında olan 10/0,4 kilovoltluq 18 transformator əsaslı, 34 transformator isə cari təmir edilib. 110/35/10 kilovoltluq "Qəbələ" yarımstansiyasındakı bir ədəd 16 və bir ədəd 25 meqavat gücündə transformatorların əvəzinə 40 meqavat gücündə 2 transformator quraşdırılıb".

"Azərişıq" ASC jurnalistlər üçün Şimal-Qərb regionuna infotur təşkil edib"Azərişıq" ASC jurnalistlər üçün Şimal-Qərb regionuna infotur təşkil edibMedia təmsilçiləri sonra Şəki Elektrik Şəbəkəsinin yeni inzibati binasında yaradılan şəraitlə tanış olublar. Burada məlumat verilib ki, elektrik enerjisinin verilişi sahəsində keyfiyyətin artırılması üçün 2017-ci ilin ötən dövründə Şəki Elektrik Şəbəkəsinin balansında olan 6/10/0,4 kilovoltluq 26 transformator əsaslı, 97 transformator isə cari təmir edilib.

"Azərişıq" ASC jurnalistlər üçün Şimal-Qərb regionuna infotur təşkil edib"Azərişıq" ASC jurnalistlər üçün Şimal-Qərb regionuna infotur təşkil edibRayonun Baş Göynük, Kiçik Dəhnə, Köndələn, Bolludərə, Sarıca, Qayabaşı və Qaratorpaq kəndlərində 0,4 kilovoltluq elektrik veriliş xətlərində 605 ədəd yeni metal və dəmir-beton dayaq basdırılıb.

"Azərişıq" ASC jurnalistlər üçün Şimal-Qərb regionuna infotur təşkil edibİnfotur iştirakçıları daha sonra rayonun Cəfərabad kəndinə gediblər. 2016-cı ilin oktyabrında istismara verilən 110/35/10 kilovoltluq "Cəfərabad" yarımstansiyası ilə tanışlıq zamanı məlumat verilib ki, burada hər birinin gücü 10 meqavat olan 2 transformator quraşdırılıb. Yarımstansiya ətrafdakı 23 kəndin əhalisinə xidmət göstərir.

"Azərişıq" ASC jurnalistlər üçün Şimal-Qərb regionuna infotur təşkil edibİstehlakçıların elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq üçün Qax Elektrik Şəbəkəsinin xidməti ərazisindəki yarımstansiyalarda da genişmiqyaslı tədbirlər həyata keçirilib. 1958-ci ildə inşa edilən 35/10 kilovoltluq "Qax" yarımstansiyası tamamilə ləğv edilərək, yerində müasir standartlara uyğun 110/35/10 kilovoltluq yeni yarımstansiya quraşdırılıb.

"Azərişıq" ASC jurnalistlər üçün Şimal-Qərb regionuna infotur təşkil edib"Azərişıq" ASC jurnalistlər üçün Şimal-Qərb regionuna infotur təşkil edib"Azərişıq" ASC jurnalistlər üçün Şimal-Qərb regionuna infotur təşkil edibYarımstansiyanın qidalanması üçün 78 yeni dayaq basdırılıb, 12 kilometr uzunluğunda 110 kilovoltluq elektrik verilişi xətti çəkilib. Yeni yarımstansiyanın istifadəyə verilməsi nəticəsində şəhər əhalisi ilə yanaşı, iqtisadi və sosial təyinatlı obyektlərin, həmçinin turizm sektorunun da fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi təmin olunub.

"Azərişıq" ASC jurnalistlər üçün Şimal-Qərb regionuna infotur təşkil edib"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev həyata keçirilən işlərin əyani şəkildə görülməsinin əhəmiyyətli olduğunu deyib.

"Azərişıq" ASC 20 oktyabr Energetiklər günü ərəfəsində Şimal-Qərb bölgəsinə infotur təşkil edib. Bu gün biz bu turu yekunlaşdırırıq. Regionlarda böyük miqyaslı işlər görülüb. Şimal-Qərb bölgəsi turizm və kənd təsərrüfatı baxımından önəmli olduğu üçün ilk infotur bu regiona təşkil olundu.

Şimal-Qərb bölgəsi 8 rayondan ibarətdir. Bölgə əhalisi 24 saat fasiləsiz elektrik enerjisi ilə təmin olunduğu üçün çox məmnundur.

Şimal-Qərb regionundan 6 ədəd 110 kilovoltluq yeni yarımstansiya inşa olunub, 10 ədəd 35 kilovoltluq yarımstansiya qurulub, 100 min-ə yaxın ağac dayaq dəmir və beton dayaqlarla əvəz olunub. "Azərişıq" ASC 2017-ci ilin əvvəlində 0,4 kilovoltluq şəbəkələrdə yenidənqurma ili elan edib. Bu o deməkdir ki, bir başa hər bir abonentin mənzilinə qədər olan dirəklərin dəyişdirilməsi, yeni kabel xətləri, xüsusilə şimal bölgəsi soyuq, qarlı olduğu üçün köhbə kabellər özünü daşıyan, izolyasiyalı kabel xətləri ilə əvəz olunub 210 mindən artıq istehlakçısı olan regionda 200 minə yaxın əhali fasiləsiz olaraq elektrik enerjisi ilə təchiz olunub. Regionda yenidənqurma işləri davam etdirilir".

T.Mustafayev deyib ki, hava şəraitindən asılı olmayaraq "Azərişıq" ASC əhaliyə fasiləsiz xidmət göstərir.

"Görülən işlər 100 faiz əminlik verir ki, hər bir abonent keyfiyyətli elektrik enerjisi ilə təmin olunsun. İş olan yerdə problemlərin olması təbiidir. Ancaq fərdi qaydada belə hansısa problem varsa, abonenlər 199 nömrəli çağrı mərkəzimiz var. Artıq çağrı mərkəzinə yalnız Bakı şəhərində deyil, ölkənin bütün regionlarında olan abonentlər zəng edə bilər. Bölgələrdə hansısa problem varsa "Azərişıq" tərəfindən layihəşdirilir, problem həll edilir".

"Azərişıq" ASC-nin jurnalistlər üçün təşkil etdiyi infotur iştirakçılarda zəngin təəssürat doğurub.

Bildirilib ki, belə infoturlar hər ay davam ediləcək.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 1550   Tarix: 18 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Fəryad 2" filmi çəkilir

Vətən müharibəsinə həsr olunmuş, kinorejissor Vaqif Mustafayevin şərti adlandırılan "Fəryad 2" filminin çəkilişlərinə hazırlıq prosesi gedir. -a istinadən xəbər verir ki, bu barədə "Azərbaycanfilm" kinostudiyasının direktoru Fariz Əhmədov məlumat verib. O bildirib ki, Hadrut və Bakıd

8 iyul 2021
.

Flora Kərimova təltif edilməsindən danışdı: "Ali Baş Komandan mənə əsgər kimi baxdı..." - VİDEO

"Qəflətən oldu. Mənə zəng etdilər, təbrik etdilər, and içdim ki, xəbərim yoxdur". -ın məlumatına görə, bu sözləri APA TV-yə açıqlamasında Xalq artisti Flora Kərimova Prezident İlham Əliyev tərəfindən "Şərəf" ordeni ilə təltif edilməsi ilə bağlı deyib. "Nə etmişəmsə millətim üçü

31 iyul 2021
.

"Hansı ədəb-ərkandır ki, BNA Fazil Mustafa ilə bu formada danışır?!" - AÇIQLAMA

BNA ilə bağlı son zamanlar şikayətlər artır. Bəs bu şikayətlər niyə var və öz həllini niyə tapmır?. Məsələ ilə bağlı -a açıqlama verən deputat Rüfət Quliyev bildirib ki, təxminən 1 ildir ki, onun BNA ilə əlaqələri var. "Bəlkə də, təqaüdə çıxanda bunun haqqında bir poema yazdım. BNA dövlət qrumudu

11 avqust 2021
.

Arif Babayev müalicə üçün Türkiyəyə aparılıb

Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayev müalicə üçün Türkiyəyə aparılıb. APA-ya istinadən xəbər verir ki, bu haqda xanəndənin oğlu Yaşar Babayev məlumat verib. O, A.Babayevin iki gün öncə Türkiyəyə yollandığını deyib:. "Bilirsiniz ki, atam ötən i

30 iyun 2021
.

XII Qəbələ Musiqi Festivalının rəsmi açılış mərasimində Mehriban Əliyevanın təbrik məktubu oxunub - FOTO

İyulun 31-də Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı, təhsil və mədəniyyət nazirliklərinin, Bakı Musiqi Akademiyasının və "Gilan Holdinq"in dəstəyi ilə keçirilən XII Qəbələ Musiqi Festivalının rəsmi açılış mərasimi olub. APA-ya istinadən xəbər verir ki, tədbirdə əvvəlcə Azərbayca

31 iyul 2021
.

Hər reklamdan 50 min qazanacaq

Sonuncu dəfə "Muhteşem yüz yıl" serialında rol alan Merve Boluğur İnstaqram hesabında izlənmə sayı artdığı üçün reklam qiymətini qaldırıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3 milyon 600 min izləyicisi olan aktrisa etdiyi hər reklamdan 50 min TL qazanacaq. Qeyd edək ki, M.Boluğu

22 avqust 2021
.

"Beyinləriniz cırtdan, ürəyiniz şikəst qalıb" - Yazıcıdan sərt CAVAB

Aktyor Hamza Yazıcı sevgilisi Şenay Forbes ilə istirahətdə olarkən görüntülənib. türk mediasına istinadən xəbər verir ki, aktyor onun və sevgilisi ilə bağlı sosial şəbəkələrdə fotolara yazılan təhqirlərə səssiz qalmayıb. Yazıcı "Ümid edirəm sizin də ailələrinizə bu cür şərhlər yazılar. Bizim canımız

11 iyul 2021
.

"Bir qızım məmur, o biri diplomatdır" - Ailəsindən danışdı

"Heç kimin həyatına qarışmıram. Hər kəsin hüququdur həyatını istədiyi kimi yaşasın. Rahat insanam: gözüm toxdur, paxıl deyiləm, borcum yoxdur. Ömrümboyu kredit götürməmişəm. Ayağımı yorğanıma görə uzadıram. Səbrli adam olmuşam. 80 rubl maaşla iki uşaq dolandırdığım vaxt olub". xəbər verir ki

27 iyul 2021
.

COVID-19 pasportu olmadan muzey və qalereyalara giriş məhdudlaşdırılır - QƏRAR

Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə sentyabrın 1-dən etibarən iaşə obyektlərinin, otellərin və böyük ticarət mərkəzlərinin xidmətlərindən "COVID" pasportu olan şəxslər istifadə edə bilərlər. Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, qurum rəhbəri Anar Kərimovu

4 sentyabr 2021