Lənkəranskinin milyonluq otelləri üzə çıxdı

Lənkəranskinin milyonluq otelləri üzə çıxdıBu il avqustun 18-də İstanbulda güllələnən məşhur azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin İtaliya polisi tərəfindən axtarışa verildiyi məlum idi. İtaliya polisinin bildirdiyinə görə o, çirkli pulların yuyulmasında və digər cinayətlərdə şübhəli hesab olunurdu. Lakin kriminal avtoritetə qarşı irəli sürülən ittihamların detalları haqda məlumat yox idi. İndi isə belə məlum olur ki, İtaliyanın maliyyə polisi Rövşən Lənkəranskinin bu ölkə ərazisində 100 milyon avroya yaxın nəğd pulla iki oteli satın aldığını müəyyən edib və onun izinə düşüb.

İtaliyanın maliyyə polisi müəyyən edib ki, bir ay ərzində ölkədə nəğd pula iki lüks-otel satılıb. İtaliyanın Pozitano şəhərində yerləşən "Le Sirenuse" və "Hotel Covo dei Saraceni" otellərindən birincisini naməlum müştəri 52 milyon avroya, ikincisini 49 milyon avroya alıb.

İstənilən Avropa ölkəsi üçün bu cür iri məbləğdə nəğd pulla alqı-satqı dərhal çirkli pulların yuyulması şübhəsini yaradır və bu səbəbdən İtaliyanın maliyyə polisi otelləri kimin aldığını araşdırmağa başlayıb. Bu zaman izlər Rövşən Canıyevə gedib çıxıb. Hərçənd ki, Canıyev otelləri öz adına rəsmiləşdirməmişdi. Məlum olub ki, "Hotel Covo dei Saraceni" çeçen "vor zakon" Hamzat Qastemirovun ("Şeyx Hamzat") arvadının adına sənədləşdirilib. Həmin Qastemirovun ki, o, iki türk və bir çeçen mafioz klanının Canıyevin düşmənlərinə qarşı birləşməsinin təşəbbüskarı idi.

"Le Sirenuse" oteli isə Lənkəranskinin qohumlarından birinin adına rəsmiləşdirilib. Lakin hazırda hər iki otel "Şeyx Həmzət"in mafioz klanının nəzarətindədir. Bildirilir ki, bu yaxınlarda çeçen avtoritetin vəkilləri "Le Sirenuse" otelini Lənkəranskinin qohumlarından məhkəmə yolu ilə alıblar.

Məlumata görə İtaliya polisi Canıyevin izini tapanda o, bütün iri yatırımlarını Qastemirovun nəzarətinə verib. Hazırda İtaliyada Qastemirovun üç oteli, bir restoranı və səkkiz kotteji var. Habelə Lənkəranskinin klanı Hamburq, Mühnen və Berlinə də iri yatırımlar qoyub. Habelə Qastemirovun klanı Avropada Rusiyaya mal göndərən topdansatış bazalarına nəzarət edir. Bildirilir ki, kriminal aləm tezliklə Lənkəranskinin Avropaya iri yatırımları barədə məlumatları eşidib heyrətə düşəcək.

Qastemirov türkiyəli "kabadayılar" Bülent Bafral və Sedat Şahinlə yanaşı italyan mafioz klanı Matteo Messina Denaro ilə də birləşib. Onun ləqəbi "şeytan" mənasını verən "Dyabolik"dir. Denaro Koza Nostra-nın aparıcı liderlərindən biridir, dünyanın ən təhlükəli cinayətkarları sırasında 6-cıdır. Habelə italyan mafiozlardan Bernardo Provensiano da Qastemirovla ortaqdır.

Mənbə: Sputnik


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 2533   Tarix: 19 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İsmayıllıda ƏMƏLİYYAT - Heroin alverçisi saxlanıldı - FOTO

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbiri keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  -a verilən məlumata görə, keçirilən əməliyyat zamanı üzərində narkotik vasit

22 avqust 2021
.

Azərbaycanda yeniyetmə 53 yaşlı kişini öldürdü - YENİLƏNİB

Sentyabrın 10-u saat 06:00 radələrində 1968-ci il təvəllüdlü Əli Əliyevin bıçaqlanaraq xəsarət alması nəticəsində ağır vəziyyətdə Göyçay Rayon Mərkəzi Xəstəxanasına daxil olması və orada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Göyçay Rayon Prokurorluğunda aparılan araşdırmalarla zərərçəkmişi

10 sentyabr 2021
.

Meşəlik ərazidə narkotik plantasiyası aşkar edildi - Sahibi saxlanıldı

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə

28 avqust 2021
.

Qaxda meşəlik ərazidə yanğın BAŞLADI

Bu gün səhər saat 07 radələrində Qax rayonu Güllük kənd inzibati ərazisində, yüksək dağlıq-meşəlik ərazidə yanğın qeydə alınıb. xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax və Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin texnikaları və şəxsi heyətləri

25 avqust 2021
.

Sevdiyi qızın xalası oğlunu öldürdü - Qətlin təfərrüatı

Bakıda sevdiyi qızın qohumunu qətlə yetirməkdə təqsirli bilinən İbrahim Sadıqovun cinayət işi üzrə istintaq başa çatıb. "ölkə.az"a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib. İbrahim Sadıqov sevdiyi qızın xalası oğlu İslam Hüseynovu qətlə yetirib. Hadisəyə səbəb isə İ.Sadıqovu

23 avqust 2021
.

Bakı sakini döyülərək öldürüldü

Avqustun 31-i saat 07 radələrində paytaxtın Səbail rayonunda 1972-ci il təvəllüdlü Eldar Qurbanovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Səbail rayon prokurorluğunda

1 sentyabr 2021
.

Azərbaycanda qadın qonşusunu bıçaqla öldürdü

Prokurorluq Gəncə şəhərində qadının qətli ilə bağlı məlumat yayıb. Şəhər Prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 31-i saat 17 radələrində Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur. Aparılmı

1 sentyabr 2021
.

Azərbaycanda iki qardaş bıçaqlandı: Biri öldü - YENİLƏNİB

Sentyabrın 12-i saat 23:00 radələrində Ağstafa rayonu, Köçəskər kəndi ərazisində kənd sakinləri – Yaşar Yusifovun öldürülməsi, qardaşı Müşvik Zeynalova isə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Ağstafa Rayon Prokurorluğunda aparılan araşdırmalarla 1986-cı il təvəllüdl

13 sentyabr 2021
.

Pirallahı sakinlərindən narkotik maddə aşkarlandı

Polis əməkdaşları tərəfindən narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən -a verilən məlumata görə, Pirallahı Rayo

21 avqust 2021