Bakının mərkəzində uşaqların gözü qarşısında baş kəsənlər - FOTO

Bakının mərkəzində uşaqların gözü qarşısında baş kəsənlər - FOTOKəsim məqsədilə gətirilən heyvanı maşından düşürmək üçün başına ip bağlayıb, bir ucunu da ağaca bərkidirlər. Maşını sürürlər, heyvan zərbə ilə yerə dəyir. Sonra heyvanı elə yol kənarındaca hər kəsin, xüsusilə məktəb yaşlı uşaqların gözü qarşısında kəsirlər, qanı küçəyə axıdılır. Kəsilmiş heyvanın cəmdəyi saatlarla asılı vəziyyətdə qalır, kəlləsi, ayaqları ayrıca nümayiş etdirilir. Bu mənzərə hər gün təkrarlanır.

Yol kənarlarında, antisanitariya şəraitində ət kəsimi illərdir problem olaraq qalır. Amma dərd bununla bitmir, indi az qala hər məktəbin, uşaq bağçasının yaxınlığında ət kəsim məntəqəsi fəaliyyət göstərir. Azyaşlılar günün istənilən saatında heyvan kəsimini canlı izləyə bilirlər. Halbuki, diri heyvanların kəsim yeri insanların gediş-gəliş ərazilərindən kənarda olmalıdır. Çünki ət kəsiminin sanitar-gigiyenik tərəflərindən başqa, mənəvi-psixologi tərəfləri də var. Hər gün qanlı mənzərəni izləyən azyaşlı psixi sarsıntı yaşayır.

Milli.Az xəbər veirr ki, virtualaz.org-a ayrı-ayrı vaxtlarda daxil olan şikayətlərdən də görünür ki, sakinlər yol kənarlarında, göz önündə sallaqxanaların olmasından narahatdır. Bu vəziyyət uşaqlara mənfi təsir göstərir.

"Məktəb və bağçaya gedən yolun üstündə sallaqxana var, uşaqların gözü qarşında heyvan kəsirlər. Üstəlik, heyvanın başı saatlarla küçənin ortasında qalır", - Suraxanı rayonu, Zığ qəsəbəsinin sakinləri əməkdaşımıza deyiblər.

Qəsəbədəki 65 saylı orta məktəb və bağçanın yaxınlığında iki sallaqxana var. Sallaqxananın biri avtoyuma məntəqəsinin qarşısındadır, heyvanın içalatı vannaya doldurulur, avtoyuma məntəqəsində yuyulur. "Doğrudur, kəsilən heyvanın əti mağazada satılır, amma kəsim yolun kənarında aparılır, içalatı vannaya doldurulur, yaxınlıqdakı avtoyuma məntəqəsində yuyulur. Heyvanın başı isə mağazanın girəcəyində, qapının ağzında alıcılarını gözləyir", - şikayətçilər əlavə ediblər.

Küçədə heyvan kəsimi səbəbindən Zığ sahibsiz heyvanların məskəninə çevrilib. Xüsusilə, mağzanın qarşısında itlər sürü ilə gəzir.

Xətai rayonu, 194 saylı məktəbin bir addımlığında sallaqxana fəaliyyət göstərir. Məktəbin yaxınlığında yaşayan Sədaqət Səmədova deyir ki, övladı inəyin necə kəsildiyinin şahidi olub və bundan sonra ət yeməkdən imtina edib. "8 yaşlı oğlum ət yemək istəmir. Çünki inəyin necə kəsildiyini görüb, çox təsirlənib. Deyir ki, inəyi yerə yıxıb başından vurdular, sonra buçaqla başını kəsdilər. Dəfələrlə irad bildirmişik, amma qarşısını alan yoxdur", - Səmədova narazılıq edir.

Nərimanov rayonu, 177 saylı məktəbin yaxınlığında da eyni vəziyyətdir, heyvan yerə uzadılır, başını kəsirlər və səhər dərsə gedən uşaq bu mənzərəni izləməyə məcburdur.

Bəs çıxış yolu nədədir? Bəllidir ki, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" təsdiqlənərkən əhalinin keyfiyyətli ət məhsulları ilə təminatı üçün paytaxt da daxil olmaqla, bölgələrdə ət kəsim məntəqələrinin yaradılması nəzərdə tutulmuşdu. Amma ixtisaslaşdırılmış kəsim məntəqələrinin özəl əsaslarla, yəni sahibkarların istəyi ilə yaradılması nəzərdə tutulduğundan reallaşması mümkün olmadı. İş adamları bu sahəyə sərmayə yatırmaq istəmədilər. İndi yalnız paytaxtın Xəzər, Binəqədi, Xəzər, Abşeron rayonlarında bir-iki yerdə ət kəsim məntəqələri var ki, bu məntəqələr də təlabatı tam ödəyə bilmir. Ona görə də, sallaqxanaların ləğv edilməsinə ciddi yanaşılmır, beynəlxalq tədbirlər ərəfəsində küçədə ət kəsiminə qadağa qoyanlar, sonrakı günlərdə özlərini görməməzliyə vururlar.

Psixoloq Vəfa Məmmədova isə deyir ki, heyvanın kəsilərkən xırıldaması, çəkdiyi əziyyət uşaqda dərin psixoloji travmalara səbəb ola bilər. Xüsusilə, həssas uşaqlarda özünəqapanma hissi, depressiya yarana bilər. "Heyvan kəsimi, qanın küçəyə axıdılması uşaqda təcavüzə meyl yarada bilər. Və ya uşağın ətrafa, insanlara qarşı qəddar davranış göstərməsinə səbəb ola bilər. Bəzən uşaq hər gün gördüyü qanlı mənzərədən ətrafa qarşı biganələşə, zorakılığa qarşı soyuqqanlı davrana bilər", - psixoloq deyir.

Onun sözlərinə görə, bəzi insanlar, xüsusilə də azyaşlılar qandan qorxurlar. Təcrübəsində Qurban bayramından sonra sarsıntı keçirərək depressiyaya düşənlərin olduğunu deyən mütəxəssis onların uzun müddət ətdən iyrəndirklərini deyir. "Qurban bayramında ailə qoyunu böyük sevinc hissi ilə kəsib, ana qoyunun Allaha qovuşduğunu deyib. Uşaq da beşikdə olan bacısını kəsmək istəyib, bununla da valideynlərinin sevinəcəyini düşünüb. Uşaq uzun müddət mərkəzə gətirildi, biz onunla işlədik. Buna görə də, heyvanın azyaşlının gözü qarşısında kəsilməsi yolverilməzdir, bu mənzərə bəzən insanı qəddarlaşdırır", - Məmmədova əlavə edib.

Onu da qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin qərarı ilə insanların, gözü qarşısında heyvanların kəsilməsi qadağandır. Bu qadağanı Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidməti də təsdiqləyir. Amma təsdiqləmək kifayət etmir, ciddi tədbirlərə ehtiyac var.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2490   Tarix: 20 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Zaqatalaya 44 sm qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA

Martın 24-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb, dağlıq rayonlarda qar yağıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, qar örtüyünün hündürlüyü Əlibəydə (Zaqatala) 44 sm, Şahdağda 31 sm, Qrızda 3 sm olub. Düşən yağıntını

24 mart
.

Qatillər zaldakılardan nə tələb ediblər? – Hadisə şahidi danışır

"Crocus Siti Holl"da terrorçular heç nə tələb etməyiblər, onlar yaxşı hazırlaşmışdılar. -a istinadla xəbər verir ki, bunu terror aktının şahidi Andrey Lesnıx "İzvestiya" portalına açıqlamasında deyib. Zalda bacısı ilə birlikdə olan Andrey Lesnıx ilk təxliyə edilənlərdən olub. Hadis

24 mart
.

"Crocus" dəhşətinin 15 yaşlı qəhrəmanı - 100 nəfəri belə XİLAS ETDİ - VİDEO

"Crocus City Hall"ın qarderobunda yarımştat işləyən 15 yaşlı İslam terror aktı zamanı binadan 100-dən artıq insanı çıxarıb. bildirir ki, o, insanlara yol göstərib, təlxiyyəyə rəhbərlik edib. Yeiyetmə kütləni dar dəhlizdən ukeçirərək xidməti otaqlara aparıb, oradan da insanlar küçəyə çıxa biliblər

24 mart
.

Şəmkirdə avtomobillər toqquşub, ölən və xəsarət alanlar var

Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə Yeni Həyat kəndində qeydə alınıb. Avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisini

23 mart
.

Crocus hücumu: terrorçu ermənicə söyürmüş

"Dojd" Yutub kanalında canlı yayım zamanı aparıcı Anna Monqayt "Krokus" konsert zalının əməkdaşlarından biri olan Emin adlı azərbaycanlı gənclə əlaqə saxlamağa nail olub. Həmin şəxs "Krokus"a hücum edən terrorçuların ermənicə danışdıqlarını aydın eşitdiyini bildirib. -

24 mart
.

"Crocus"da atəş səsi eşidən tamaşaçının davranışı gündəm oldu - VİDEO

Rusiya mətbuatı terror aktı baş verən "Crocus City Hall" zalından daha bir video yayımlayıb. xəbər verir ki, tamaşaçılar foyedə silah səslərini eşidib, çıxışa qaçaraq növbəyə dayanıblar. Bir az sonra isə terrorçular zala daxil olaraq atəş açıb. Tamaşaçılardan biri silah səslərinə baxmayara

24 mart
.

Naxçıvan-Sədərək magistralında yol-nəqliyyat hadisəsi olub, 3 nəfər xəsarət alıb

Naxçıvan-Sədərək magistralında yol-nəqliyyat hadisəsi olub, 3 nəfər xəsarət alıb. "Report"un yerli bürosu xəbər verir ki, hadisə Şərur rayonunun Püsyan kəndi ərazisində baş verib. Yüksək sürətlə hərəkət edən "Mercedes" markalı minik avtomobili idarəetməni itirərib və yoldan çıxara

24 mart
.

Bakıda mənzildə meyit tapılıb

Bakıda mənzildə meyit tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilir ki, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Bak

23 mart
.

Dəllək necə terrorçu oldu?-SENSASİON FAKTLAR

Moskva vilayətindəki "Crocus City Hall" konsert zalında terror aktı törətməkdə şübhəli bilinən şəxslər paytaxtın şimalında yerləşən "Okruzjnoy" otelində qalıblar. Rusiya mediası həmin oteldən görüntüləri dərc edib. Otel sahibi deyib ki, onlar martın əvvəlində otaq götürüblər, özlərin

23 mart