5 nəfəri öldürən milyonçu qızı, prokuror bacısı: "Ata, qorxuram... Həbsxanaya düşmək istəmirəm"

5 nəfəri öldürən milyonçu qızı, prokuror bacısı: "Ata, qorxuram... Həbsxanaya düşmək istəmirəm""Ata, qorxuram... Həbsxanaya düşmək istəmirəm!"

Ukraynalı Yelena Zaytseva məhkəmə zalında ağlayırdı.

Y.Zayseva Xarkov şəhərində avtomobili ilə 5 nəfəri vuraraq qətlə yetirməkdə suçlanır.

Məhkəmədə o, əməlinə peşman olduğunu deyib.

"Belə qəzanın baş verdiyinə, insanların vurulduğuna heyfislənirəm. Məni indi narahat edən yeganə məsələdir. Ümid edirəm ki, zərərçəkənlərin ailələri valideynlərimin yardımlarını qəbul edəcəklər", - Y.Zaytseva söyləyib.

Daha sonra o, şikayətlənib: "Qəzadan sonra özümü pis hiss edirdim. Tibbi yardım istədim. Tam müayinə tələb etdim. Kimsə qulaq asmadı".

Oktyabrın 18-də gecə saatlarında Ukraynanın Xarkov şəhərində Sumskaya və Meçnikov küçələrinin kəsişməsində Lexus RX 350 ilə Volkswagen Touareg toqquşublar. Aldığı zərbədən Lexus səkiyə çıxıb və 11 nəfəri əzib. Həmin an səkidə olan insanlardan 5 nəfər həlak olub, 6 nəfər yaralanıb.

Lexus RX 350-in sükanı arxasında N.Karazin adına Xarkov Milli Universitetinin sosiologiya fakultəsinin tələbəsi, 20 yaşlı Yelena Zaytseva vardı.

Y.Zaytseva xarkovlu milyonçu iş adamı, "Qruppa-Tayfun" şirkətlər qrupunun prezidenti Vasili Zaytsevin ögey qızıdır. V.Zaytsev habelə "Ukrenerqoçermet" şirkətinin sahibidir.

Qəzanın törədildiyi Lexus RX 350 də V.Zaytsevə məxsusdur.

Yelena Zaytsevanın qardaşı Dmitri Zaytsev Çerkassk vilayətinin baş prokurorunun müavinidir və hazırda haqqında cinayət işi açılıb, axtarışdadır.

Atasının puluna və qardaşının "nüfuz"una güvənən A.Zaytseva indiyədək dəfələrlə yol-hərəkəti qaydalarını pozub.

Y.Zaytsevanın vəkili, məşhur hüquqşünas Yuliya Kozır müvəkkili üçün ev dustaqlığı istəsə də, hakim bu vəsatəti rədd edib. Səbəb kimi Zaytsevanın növbəti məhkəmə prosesinədək zaminə buraxılacağı təqdirdə onun ailəsinin pullarından istifadə edərək Y.Zaytsevanın Ukraynadan qaçışına şərait yaradacağı ilə bağlı ehtimallardır.

Milyonçunun qızı müvəqqəti istintaq təcridxanasına göndərilib.

Məhkəmədə o da bildirilib ki, Y.Zaytsevanın sidiyinin analizi onun qəza zamanı narkotik maddələr qəbul etmiş vəziyyətdə olduğunu göstərib.

Qan analizi isə orqanizmdə narkotik maddə qalıqlarını aşkarlamayıb.

Bundan başqa, Y.Zaytsevanın atasının qəzada həlak olmuş şəxslərin ailə üzvlərini pulla ələ almağa, susdurmağa çalışdığı da bəlli olub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 5809   Tarix: 21 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -ın -a istinadən verdiyi məlumata görə, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlə

14 sentyabr 2021
.

20 yaşlı oğlanın FACİƏVİ sonu: Özünü... - FOTO

Sentyabrın 12-də Göyçayda itkin düşən gəncin meyiti tapılıb. -a istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini 20 yaşlı Mustafayev Fuad Məzahir oğlu evdən çıxaraq bir daha geri qayıtmayıb. Əldə etdiyimiz məlumata əsasən, Fuad həmin gün Şirvan kanalının Qaraman kəndindən keçən hissəsində, körpüdə

14 sentyabr 2021
.

Azərbaycan Müdafiə Nazirliyi Rusiya MN-ə məktub ünvanladı

Digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasıyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanmışdır

12 sentyabr 2021
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18 sentyabr 2021
.

Övladlarını çayın kənarına tərk etdilər - FOTO

ABŞ-da çayın kənarında tərk edilmiş iki azyaşlı tapılıb. unikal.org-a istinadən xəbər verir ki, Rio-Grande çayında ətrafı yoxlayan mühafizəçilər kolların arasına tərk edilmiş 3 aylıq oğlan və 2 yaşlı qız uşağını tapıblar. Onların kim və ya kimlər tərəfindən əraziyə gətirildiyi məlum deyil. Maraqlıs

16 sentyabr 2021
.

Avtoxuliqan polisi maşınla vurub

Tovuzda polis əməkdaşını maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə avtoxuliqanlıq edi

17 sentyabr 2021
.

52 yaşlı qadın intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır

14 sentyabr 2021
.

Rektorun anası koronavirusdan vəfat etdi

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!

13 sentyabr 2021
.

SON DƏQİQƏ: Bakıda ağaclıq ərazi yanır

Bakıda ağaclıq ərazidə yanğın başlayıb. xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələr

17 sentyabr 2021