Bakıda məktəbdən qız qaçırmaq istədilər

Ötən tədris ilindən Bakının 30 məktəbində "Təhlükəsiz məktəb - arxayın valideyn" devizi altında "Məktəblinin dostu" layihəsi tətbiq edilir. Bu ildən isə 20 nömrəli məktəb-liseydə bu layihənin tətbiqinə başlanılıb. "Məktəblinin dostu" təhsil müəssisələrinin mühafizəsindən tutmuş, şagirdlərin zərərli vərdişlərdən uzaqlaşdırılmasınadək valideynləri narahat edən bir çox problemlərin həllində kömək göstərir. Layihə uğurlu nəticələndiyindən əhatə dairəsi genişləndiriləcək.

Bəs məktəblinin təhlükəsizliyi üçün hansı tədbirlər görülür? "Məktəblinin dostu" kimdir?

Sonxeber.az xəbər verir ki, Virtualaz.org-unəməkdaşları məktəblinin dostları ilə görüşüblər.

Məktəbdən qızı necə qaçırmaq istədilər…

"Müəllim və ya valideynlərlə dil tapmaq asandır, əsas şagirdlərin inamını qazanmaqdır ki, sənə etibar etsinlər, problemlərinin həllinə köməklik edəcəyimizi bilsinlər", - "Məktəblinin dostu" Dilarə Quluzadə ətrafına toplanan uşaqları göstərir.

Zəng vurulur, "Məktəblinin dostları" şagirdləri siniflərinə yola salır, məktəbə valideynlər də daxil olmaqla kənar şəxslər buraxılmır. Sonra 2 nəfər monitoru izləməyə başlayır, digərləri isə dəhlizə, sinif otaqlarının qarşısına nəzarət edir.

Layihənin rəhbəri Rüstəm Ağayev deyir ki, məktəbə kənar şəxslərin buraxılmaması qərarı ilk günlər narazılıqla qarşılandı. "İndi olduğumuz 20 saylı məktəbdə 4 min şagird təhsil alır. 8 min valideyni, nənə, baba və ya yaxın qohumları da nəzərə alsaq, 10 min adamı üzdən tanımaq çətindir. Buna görə də, məktəblilərin təhlükəsizliyi üçün məktəbə kənar şəxslərin buraxılmamasına qərar verdik. Sonradan bu qərarın doğru olduğunu gördük", - Ağayev söyləyir.

Layihənin tətbiq edildiyi məktəblərin birində şagirdin qaçırılmasının qarşısı alınıb. Məktəbə gələn şəxs şagirdin adını, soyadını söyləyərək qohumu olduğunu deyib, onunla görüşmək istəyib. "Məktəblinin dostu" araşdırarkən şəxsin şagirdin qohumu olmadığını, onu qaçırmaq niyyəti ilə gəldiyini öyrənib. Bundan sonra polisə məlumat verilib, bəlli olub ki, həmin şəxs qızı qaçırmaq istəyib.

"Məktəbin qarşısında uşaqlardan pul yığırdılar"

Rüstəm Ağayev onu da deyir ki, valideynlərlə, ictimaiyyət nümayəndələri ilə birgə işləyirlər.

"Yasamal rayonundakı məktəblərin birində bir hadisə ilə qarşılaşdıq. "Məktəblinin dostu" müşahidə aparıb, müəyyən edib ki, dərs çıxışında şagirdləri qorxudaraq onlardan pul istəyənlər var. Bundan sonra polisə məlumat verildi, şagirdlərdən pul tələb edənlər yaxalandı", - layihə rəhbəri söyləyir.

İndi şagird bilir ki, məktəbdə siqaret çəkmək olmaz

"Məktəblinin dostları"ndan biri deyir ki, ayrı-ayrı şagirdlərin siqarət çəkmə hallarından xəbər tutublar. Bu məsələni onların vaildeynləri, müəllimləri ilə birgə müzakirə etiblər. Şagirdlərin bu zərərli vərdişdən imtina etməsi baxımından uğur əldə edilib.

Rüstəm Ağayev isə əlavə edir ki, "Məktəblinin dostları" gündə bir neçə dəfə məktəblərin sanitar qovşaqlarını yoxlayırlar: "Etiraf edək ki, məktəblərdə siqaret çəkən şagirdlərə rast gəlinir. "Məktəblinin dostları"nın əsas məqsədlərindən biri şagirdləri bu zərərli vərdişlərdən yayındırmaqdır".

"Məktəblinin dostları" onu da deyirlər ki, məktəblilər arasında narkotikdən istifadə edilməsi faktı ilə qarşılaşmayıblar.

Şagird bıçaqla, "beşbarmaq"la məktəbə gəlirsə…

"Məktəblinin dostları" deyirlər ki, ötən il bir neçə neçə uşaqdan bıçaq, "beşbarmaq" alıblar. Şagirdlər arasında baş verən 600-ə yaxın dava-dalaş hallarının, o cümlədən 36 kütləvi davanın qarşısı alınıb.

Şagirdlər isə deyir ki, artıq dava edə bilmirlər, göz açıb yumunca "Məktəblinin dostları" yanlarında olur: "Heç dava etməyə səbəb də qalmayıb. Nə problem olursa, dostlarımız həll edir".

"Məktəblinin dostları" bir şagirdin həyatını xilas ediblər. Hadisə 117 nömrəli tam orta məktəbdə olub. Uşağın ürəyi dayanıb, süni tənəffüs verilib, ürəyi masaj edilib. Yalnız 3-cü masajdan sonra uşaq nəfəs almağa başlayıb.

"Məktəblinin dostları" bir neçə məktəbdə yanğın hadisəsinin qarşısını da alıblar.

"Məktəblinin dostları" kimlərdir? Onlar bu qədər işin öhdəsindən necə gəlirlər?

"Məktəblinin dostu" layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən tətbiq edilir. "Məktəblinin dostları" isə 810 namizəd arasından seçilib. "Bir neçə müsabiqədən sonra 200 namizəd təlimlərə cəlb edildi, onların arasından 112 nəfər seçildi. Təlimlərdə onlara uşaqlara gərgin vəziyyətlərində ilk yardım edilməsi, məktəblilər arasında münasibətlərin qurulması üçün psixoloji dəstək göstərilməsi, fövqəladə hallar zamanı peşəkarların gəlişinədək ilkin yardım göstərilməsi öyrədilib", - Rüstəm Ağayev deyir.

Onun sözlərinə görə, layihə çərçivəsində Psixoloji Mərkəz fəaliyyət göstərir. Burada peşəkar psixoloqlar çalışırlar. Mərkəzdə adaptasiya problemi olan ibtidai sinif şagirdlərinə, ünsiyyət qurmaqda çətinlik çəkənlərə, aqressivlik göstərənlərə və ya özünəqapalı olan məktəblilərə valideynlərinin icazəsi ilə psixoloji yardım edilir. Həmin şagirdləri isə "Məktəblinin dostları" müəyyən edirlər. Psixoloqlar peşəyönümü və karyeranın planlaşdırılması üzrə xüsusi seminar və təlimlər də keçirlər, uşaqların peşə seçiminə məsləhət xarakterli yardım göstərirlər.

Valideyn Ayla Quliyeva isə deyir ki, məktəblə bağlı bütün qayğılarını "Məktəblinin dostları"na söyləyir. Bilir ki, onlar ən xırda məsələlərə belə həssaslıqla yanaşırlar: "Bəzən gecikirəm, uşaq "Məktəblinin dostları"nın otağında gözləyir. Mən gələnə kimi dərslərində kömək edirlər. Uşaqlar onlara çox öyrəşib".
Bakıda məktəbdən qız qaçırmaq istədilərBakıda məktəbdən qız qaçırmaq istədilərBakıda məktəbdən qız qaçırmaq istədilərBakıda məktəbdən qız qaçırmaq istədilər


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2150   Tarix: 21 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nazir daha bir rəis təyin etdi

Daxili işlər orqanlarında yeni təyinat olub. xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin rəisi polis polkovnik- leytenantı Azər Məmmədov vəzifəsindən azad olunaraq, Nərimano

11 sentyabr 2021
.

Vətən müharibəsi iştirakçısı qəzada öldü - FOTOLAR

Sabirabadda baş vermiş ağır yol qəzasında Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi, Vətən müharibəsi iştirakçısı Elşən Ağayev həyatını itirib. "Report"a istinadən xəbər verir ki, hadisə Yastıqoba kəndind

13 sentyabr 2021
.

Bakıda "Toyota" piyadanı vuraraq ÖLDÜRDÜ

Bakıda yol-nəqliyyat hadisəsi olub. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 10-u saat 9 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini A.Kamallı idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən paytax

11 sentyabr 2021
.

Azərbaycanda QHT sədri vəfat edib

"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Mərhum sabah Lənkəranda dəfn olunacaq. Allah rəhmət eləsin!

12 sentyabr 2021
.

Kürdəmirdə avtomobil aşdı: Ölən və yaralananlar var - FOTO

Kürdəmir rayonunda ağır avtomobil qəzası olub. xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir nəfər ölüb, iki nəfə

11 sentyabr 2021
.

DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

"Azərişıq"ın anbarında yanğın - VİDEO

Gəncədə "Azərişıq" ASC-yə məxsus idarələrin birinin anbarında yanğın baş verib. xəbər verir ki, bu barədə hadisə şahidləri -in "qaynar xətti"nə məlumat verilib. Bildirilir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Məsələ ilə əlaqədar "Azərişıq"

15 sentyabr 2021
.

Pakistanda torpaq sürüşməsi: 18 nəfər öldü

Pakistanın şimalında və Xayber Paxtunxva bölgəsinin Torqar əyalətində yağan musson yağışları nəticəsində torpaq sürüşməsi baş verib. xəbər verir ki, sürüşmə zamanı 18 nəfər ölüb. Pakistan rəsmiləri ölənlərin daha çox olduğunu ehtimal edirlər. Pəncab əyalətində ölənlərdən 4-ü uşaqdır. Torqar bölgəsind

12 sentyabr 2021
.

Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı

14 sentyabr 2021