Azərbaycanda ata qatilinə ömürlük həbs cəzası verildi - FOTO

Azərbaycanda ata qatilinə ömürlük həbs cəzası verildi - FOTONeftçalada 4 il əvvəl atasını və şahid qonşusunu qətlə yetirərək cinayəti gizlədə bilmiş oğul ömürlük, ana 14 il, digər oğul isə 16 il azadlıqdan məhrum edildi.

Dünən Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Nizami Quliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında 2014-cü ildə Neftçala rayonunun Yuxarı Qaramanlı kənd sakinləri - 1961-ci il təvəllüdlü Aydın Dəmirovu və qonşuları, 1961-ci ildə anadan olmuş Kamal Rüstəmovu qətlə yetirmiş iki oğul və analarına və Kamal Rüstəmovun qətlinin iştikaşçısı olmuş daha iki nəfərə hökm oxunub.

Sonxeber.az virtualaz.org-a istinadən xəbər verir ki, atasını güllə ilə vuraraq, cəsədini yandırıb hissəslərə bölərək, Kür çayına atmış və bunun şahidi olan qonşusunu qətlə yetirərək, cəsədini Bakı şəhərinə - Balaxanı qəsəbəsində kirayə qaldığı evə apararaq manqalda yandırmış 25 yaşlı Emin Aydın oğlu Heybətov ömürlük, anası Tükəzban Habil qızı Heybətova 14 il, Kamal Rüstəmovun qətlinin iştirkaçıları olmuş digər oğlu Amil Aydın oğlu Heybətov 16 il 8 ay, Cəlilabad rayon sakinləri Cavid Əliyev 13 il 6 ay və Ruhid Şükürov 12 il 6 ay azadlıqdan məhrul ediliblər.

Xəbər verdiyimiz kimi, ötən il hüquq-mühafizə orqanlarının yüksək peşəkarlıqla həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində Neftçala rayonu Yuxarı Qaramanlı kənd sakini, 2014-cü ilin fevralın ayında taksilik fəaliyyəti ilə məşğul olduğu avtomobillə evdən çıxaraq bir daha geri qayıtmayan 50 yaşlı Rüstəmov Kamal Ədalət oğlunun qətlə yetirildiyi məlum olmuşdu. Cinayətin açılması isə qonşuluqda yaşayan, 3 il əvvəl itkin düşmüş kənd sakini 55 yaşlı Heybətov Aydın Dəmir oğlunun qətlinin üstünün açılması nəticəsində baş vermişdi.

Belə ki, 2013-cü ilin iyun ayında qonşusu Heybətov Aydın Dəmir oğlunun həyat yoldaşı və oğlu tərəfindən evlərində ailə münaqişəsi zəminində tüfənglə qətlə yetirilərək cəsədi yandırıldıqdan sonra sümüklərinin torpağa qarışdırılıb kisələrə doldurularaq Kür çayına atılmasından təsadüfən xəbər tutan Kamal Rüstəmov polisə məlumat verməmişdi. Törətdikləri cinayətin üstünün açılacağından ehtiyatlanan, atası Aydın Heybətovu qətlə yetirməkdə şübhəli bilinən oğul 24 yaşlı Emil Heybətov qardaşı Amil Heybətovla, Amillə birlikdə cəzaçəkmə məntəqəsində cəza çəkən Cəlilabad sakini Cavid Əliyev və onun tanışı Ruhid Şükürovla danışaraq, anası ilə birgə atasını öldürməsi ilə bağlı cinayətdən məlumatlı olan şahid Kamal Rüstəmovu 8 ay sonra "aradan götürmək" qərarına gəliblər.

Bu məqsədlə Ruhid Şükürov 2014-cü ilin fevral ayının 12-də axşam saatlarında naməlum şəxs qiyafəsinə girərək guya taksi lazım olduğu bəhanəsi ilə Kamal Rüstəmovu evdən çağıraraq ona məxsus olan VAZ-21011 markalı maşını çölə sürdürüb və orada qardaşlar Emin və Amil K.Rüstəmovu qətlə yetirib avtomaşınını yandırıblar. Sonra isə meyiti Cavid Əliyevə məxsus "Mercedes" markalı avtomaşının yük yerinə qoyaraq Bakı şəhərinə gətiriblər və Sabunçu rayonu ərazisində kirayədə yaşadıqları evin həyətində manqalda yandırıb qalıqlarınınin bir hissəsini küçəyə töküb, bir hissəsini isə torpağa basdırıblar.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2071   Tarix: 21 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda marşrut avtobusunda ÖLÜM: Hərəkət dayandı

Bakıda avtobusda ölüm hadisəsi baş verib. xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Rayon ərazisində hərəkətdə olan marşrut avtobuslarından birində 57 yaşlı sərnişin Əli Abbas oğlu Quliyev qəfildən ölüb. Hadisə nəticəsində avtobusun hərəkət intervalında gecikmə yaranıb

17 sentyabr 2021
.

52 yaşlı qadın intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır

14 sentyabr 2021
.

Kürdəmirdə avtomobil aşdı: Ölən və yaralananlar var - FOTO

Kürdəmir rayonunda ağır avtomobil qəzası olub. xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir nəfər ölüb, iki nəfə

11 sentyabr 2021
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18 sentyabr 2021
.

20 yaşlı oğlanın FACİƏVİ sonu: Özünü... - FOTO

Sentyabrın 12-də Göyçayda itkin düşən gəncin meyiti tapılıb. -a istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini 20 yaşlı Mustafayev Fuad Məzahir oğlu evdən çıxaraq bir daha geri qayıtmayıb. Əldə etdiyimiz məlumata əsasən, Fuad həmin gün Şirvan kanalının Qaraman kəndindən keçən hissəsində, körpüdə

14 sentyabr 2021
.

Gəncədə üç yaşlı uşaq qaynar çaydanı üzərinə aşırıb

Gəncə şəhərində üç yaşlı qız ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb. "Report" xəbər verir ki, uşaq yaşadığı evdə oynayan zaman valideynlərinin nəzarətindən yayınaraq sobanın üzərində olan və içərisi qaynar suyla dolu çaydanı üzərinə aşırıb. Yanıq xəsarətləri alan azyaşlı yaxınları tərəfində

17 sentyabr 2021
.

Balakəndə koronavirus xəstəsi saxlanıldı

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə, rayon sakini Sevcan Məmmədovaya ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, sanitar-karanti

12 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Sürücü iki gözətçini vurdu - ANBAAN VİDEO

Gəncə şəhərində dəhşətli hadisə baş verib. -ın məlumatına görə, yüksək sürətlə hərəkət edən avtomobil idarəetməni itirərək ərazidə xidmət aparan gözətçini vurub. Qəza təhlükəsizlik kamerasında anbaan qeydə alınıb. Hadisə bir neçə gün əvvəl baş versə də, videogörüntülər bu gün yayılıb. Daxili İşlər Nazirliyini

18 sentyabr 2021
.

Vətən müharibəsi iştirakçısı qəzada öldü - FOTOLAR

Sabirabadda baş vermiş ağır yol qəzasında Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi, Vətən müharibəsi iştirakçısı Elşən Ağayev həyatını itirib. "Report"a istinadən xəbər verir ki, hadisə Yastıqoba kəndind

13 sentyabr 2021