Ərəblər Azərbaycan ətinə dadanıb: ixracat da, qiymətlər də artıb

Ərəblər Azərbaycan ətinə dadanıb: ixracat da, qiymətlər də artıbAzərbaycanda daxili bazarda ətin qiymətinin gündən-günə artdığı bir vaxtda məlum olub ki, ölkəmizdən ərəb ölkələrinə ət ixrac olunur. Belə ki, 2017-ci ildə Gömrük Komitəsi ilk dəfə hesabatında Azərbaycanın ət, ət məhsulları, hətta mal-qara ixracını artırması barədə məlumat verib. 2017-ci ilin I yarısında diri çəkidə 907 min dollar məbləğində mal ixrac edilib. Bu, 2016-cı ilin eyni dövründəkindən (236,5 min dollar) 384% çoxdur. Ət və ət məhsulları ixracı 2017-ci ilin I yarısında 159,8 min dollar olub. Bu, 2016-cı ilin eyni dövründəkindən (53,4 min dollar) 299% çoxdur. Süd məhsulları, yumurta və bal ixracında (2016-cı ilin 6 ayında 788,8 min dollar, 2017-ci ilin 6 ayında 3806,5 min dollar) 489% artım olub.

Azərbaycanın ət və süd məhsullarının əsas idxalçıları Körfəzin ərəb ölkələri olub. Qətərin "Lulu Group İnternational" şirkətinin direktoru Məhəmməd Altaf bildirib ki, Qətərin iqtisadi blokadasına qədər ölkə biznesmenləri Azərbaycan və qonşu ölkələrdən məhsul idxalı ilə maraqlanmayıb. "Amma hazırda Azərbaycan və qonşu ölkələr İranın razılığı ilə Bəndər Abbas limanına çıxa bilir. Bu, limandan Qətərə malı 24 saata çatdırmağa imkan verir ", - deyə, Altaf bildirib. Kənd Təsərrüfatı Nazirliyi heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Abdullayev ərəblərin Azərbaycanın ət məhsullarına marağını təsdiq edir.

Azərbaycandan ət, ət məhsulları, diri mal-qaranın ərəb ölkələrinə ixracının kəskin artmasına bu ölkələrdən Azərbaycana turist axınının artması ilə izah etmək olar. Belə ki, ərəb ölkələrindən gələn turistlərin burada yedikləri ətin dadını daha çox bəyəndikləri və ölkələrinə xırdabuynuzlu heyvanlar idxal etdikləri barədə məlumatlar var idi. Ancaq Azərbaycan xaricə ət məhsulları ixrac etməyə başlasa da, ölkədə ət məhsulları istehsalı az artıb. Hətta daxili bazarda qıtlıq olduğundan qiymətlərdə də kəskin artım müşahidə olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ilin I yarısında ət istehsalı 2,4% artaraq, 312,6 min tona çatıb. Bu, yerli bazarın tələbinin 34%-i təmin edir.

Hazırda ölkəmizdə heyvandarlıqla məşğul olan fermerlər yem bazasının az olmasından ciddi əziyyət çəkirlər. Rayonlarda ot bağlamalarının qiyməti hədsiz bahalaşıb. Qış aylarından isə qiymətlərin daha da artması gözlənilir. Bundan başqa regionlarda istifadəsiz qalan örüş yerlərinin də strateji məhsulların əkininə yönəldilməsi ot yığımına da ciddi təsir edib. Otlaq sahələrində pambıq, tütün, şəkər çuğurduru və digər strateji məhulların əkilməsi heyvandarlığa ciddi təsir edib. Yemi pulla alaraq heyvan bəsləmək isə fermerlər üçün heç də hər zaman sərfəli olmur. Bu baxımdan ölkədə ət istehsalı azalıb. Nəticədə 2016-2017-ci illər ərzində xaricdən 28 milyon 696 min dollarlıq diri heyvan, 38 milyon 622 min dollarlıq ət və əlavə ət qida məhsulları idxal olunub.

Bunun müqabilində xarici ölkələrə ət ixrac edilməsi daxili bazarı daha da çətin vəziyyətdə qoyur. Lakin istənilən halda ixracın artması və Azərbaycan məhsullarının yeni bazarlara çıxarılması müsbət haldır.

Mövzu ilə bağlı fikirlərini "Yeni Müsavat"la bölüşən iqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, Azərbaycandan ət ixracının artması gözlənilən idi: " Çünki Azərbaycan əti keyfiyyətlidir və buna görə də, ixrac imkanları daha çoxdur. Həmçinin Yaxın Şərq və Körfəz ölkələrinə ixrac imkanları var. Bizim yerli istehsal isə tələbatı tam ödəmədiyi üçün bu qiymətlərə təsir göstərir və gələcəkdə də təsir göstərəcək. Bir tərəfdən yerli istehlakın daxili istehsal hesabına tam ödənilməsi mümkün deyil, digər tərəfdən qeyri-neft sektorunun ixracatı kimi ət məhsullarının da ixracatı prioritetdir. Təbii ki, fermerlərə və ya sahibkarlara göstəriş verilə bilməz ki, məhsulunu Azərbaycanda və ya xaricdə satsın. Praktik olaraq belə bir hal mümkün deyil. Fermerlər məhsulunu xaricə satmaq istəyirsə, ona ixrac imkanları yaradılmalıdır, qadağalar olmamalıdır. Ancaq yaxşı olar ki, daxili tələbat da yerli istehsal hesabına ödənilsin və qiymət artımları baş verməsin".

Ekspertin sözlərinə görə, son dövrlər ətin qiymətinin artmasının səbəblərinə diqqət yetirsək görərik ki, artımın əsas səbəbi yemin bahalaşmasıdır: "Yem məhsullarının qiymətinin artması xərcin artmasına gətirib çıxarır, nəticədə bu da qiymət artımları ilə müşahidə olunur. Ona görə də, daha məqsədəuyğun olar ki, yem məhsullarının qiymətlərinin tənzimlənməsi və optimallaşdırılması ilə bağlı hökumət tərəfindən addımlar atılsın. Bu ucuz yem məhsullarının ölkəyə idxalı ilə formasında da ola bilər, yem istehsal edənlərə yeni subsidiyalar verilməsi formasında da ola bilər. Yemin qiymətinin aşağı salınması nəticə etibarilə xərcin aşağı salınmasına və ət məhsullarının qiymətinin tənzimlənməsinə səbəb ola bilər. Bu həm də imkan verəcək ki, heyvandarlıq sektoruna daha böyük investisiya cəlb etmək mümkün olsun. Hətta müəyyən dövr üçün ölkəyə qiyməti nisbətən aşağı olan ət məhsullarının idxalının həyata keçirilməsi də məqsədəuyğun olar ki, ət məhsullarına olan tələb qiyməti daha optimal olan ət məhsulları hesabına ödənilə bilsin".

V.Bayramov vurğuladı ki, heç bir halda ixracın məhdudlaşdırılması arzuolunan deyil: "Sadəcə qeyd etdiyimiz tədbirləri həyata keçirməklə bu məhsulların qiymətini azaltmaq və tənzimləmək mümkün olar".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2320   Tarix: 21 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Çingiz Mehdiyevə 12 ilə kimi həbs cəzası verilə bilər

"Formula 1"ə ayrılan 400 min manatı mənimsəməkdə ittiham olunan Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin şöbə rəisi Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham aktın

15 aprel
.

39 yaşlı azərbaycanlı müğənninin toyudur: "Nişanlımla "TikTok"da oyun oynayaraq tanış oldum" - VİDEO

"7-17" mahnı müsabiqəsi ilə ölkədə məşhurlaşan müğənni Xəyalə Manaflı nişanlanıb. xəbər verir ki, bu barədə sənətçi ATV-nin efirində yayımlanan "Günaylı gün" verilişində deyib. 39 yaşlı sənətçi bildirib ki, nişanlısı Nurlan Rzayev ilə iki gündən sonra toyudur. Müğənni qeyd edib ki

15 aprel
.

Qarabağ Universitetində doktorantura təhsil pilləsi yaradılıb

Baş Nazir Əli Əsədov "Qarabağ Universitetinin yaradılması haqqında" Azərbaycan Prezidentinin 2023-cü il 28 noyabr tarixli 4182 nömrəli Sərəncamının qəbul edilməsi ilə əlaqədar Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi, Azərbaycan SSR Nazirlər Sovetinin "Stepanakert şəhərind

16 aprel
.

Xəzər Tibb Mərkəzində xəstəyə işgəncə verilib? - RƏSMİ AÇIQLAMA + FOTO

Mərdəkanda yerləşən 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının (Xəzər Tibb Mərkəzi - red.) Reanimasiya şöbəsində gecə növbəsində olan tibb bacılarının xəstənin əl-qolunu bağlayaraq, ona işgəncə verdikləri iddia olunur. Bununla bağlı məlumat sosial şəbəkələrdə paylaşılıb. Məsələ ilə əlaqədar -ın sorğusun

15 aprel
.

Dövlət tərəfindən təyin edilən pulsuz dərmanları ala bilmirik - ŞİKAYƏT + VİDEO

Vərəm xəstəliyindən əziyyət çəkən şəxs bir aydır ki, "Rifampicin" dərmanını tapa bilmir. Bu barədə kimliyinin bilinməsini istəməyən xəstənin yaxını "Xəzər Xəbər"ə şikayətində deyib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) vərəm xəstələri üçün nəzərdə tutulan "Rifampicin"

16 aprel
.

Bakıda uşaq evində DƏHŞƏT: Qız qollarını doğrayıb müəssisədən qaçdı

Bakıda uşaq evində intihara cəhd olub. -ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Xətai rayonu, Lütfi Zadə küçəsində yerləşən 3 saylı uşaq evində qeydə alınıb. Orada qalan 16 yaşlı M.A. (ad şərtidir) qollarını doğrayıb. Uşaq evinin rəhbərliyi dərhal qıza ilkin tibbi yardım göstərib, sonra həki

16 aprel
.

Gəncədə şagird bıçaqlandı

Gəncə şəhərində 16 yaşlı şagirdə kəsici alətlə xəsarət yetirilib. Report-a istinadla xəbər verir ki, 2008-ci il təvəllüdlü O.Quliyev ayağından xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, O.Quliyevə təhsil aldığı məktəbdə oxuyan digər şagird tərəfindən xəsarət yetirilib. Faktla bağl

16 aprel
.

Azərbaycanda imtahandan az bal toplayan abituriyent evdən qaçdı - FOTO

Azərbaycanda imtahandan az bal yığan abituriyent evdən qaçdı. xəbər verir ki, bunu ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan Sadiq Məmmədlinin anası bildirib. O, qeyd edib ki, oğlu imtahandan az bal yığdığı üçün onu danlayıb: . "Oğlum bu gün səhər saatlarında evdə

15 aprel
.

Bu kommunal xidmət bahalaşacaq - "Sentyabrın 1-dən..." - RƏSMİ

Son günlərdə sentyabr ayından "Azəristiliktəchizat" ASC tərəfindən qeyri-əhaliyə satılacaq istilik təchizatı xidmətlərinin qiymətlərinin artacağı barədə xəbərlər yayılıb. Qurumun mətbuat katibi Elvin Basqallı Bizim.media-ya bildirib ki, 2024-cü ilin 1 sentyabr tarixindən qeyri-əhali qrupun

16 aprel