Kamilə Babayeva: "Mən kiməm ki..."

Kamilə Babayeva: "Mən kiməm ki..."İki ildir ekranda fərqli formatı və qonaqları ilə yaddaqalan "5-ci element" proqramı üçüncü mövsümünə hazırlaşır. Tədbirlərin birində verilişin aparıcısı Kamilə Babayevanı söhbətə tutub, komandaya yeni daxil olacaq dördüncü aparıcının adını öyrənmək istəyirik. Bu məqsədlə yanaşdığımız Kamilə Babayevanının suallarımıza necə cavab verib və necə ustalıqla söhbətdən yayındığına özünüz şahidlik edin.
Beləliklə, Kamilə Babayevanın Publika.az-a müsahibəsi:
- Bu mövsüm sizi "5-ci element"lə bərabər serial və ya filmlərdə görə biləcəyik?
- Heç nə etmək istəmirəm. Ancaq "5-ci element" proqramındayam. Üçüncü mövsüm zarafat deyil. İkinci mövsüm elə idi ki, bitirsək də, özümüzü pis hiss etməyəcəkdik. Fikirləşəcəkdik ki, "Əşşi, bir mövsüm idi bitdi, vəssalam". Əgər sən üç il arxa-arxaya eyni proyekti dörd aparıcı ilə bir araya gətirirsənsə və bunun keyfiyyətini də qoruyub, saxlamağa bacarırsansa, deməli ortada bir uğur var. Mənə elə gəlir ki, bu mövsüm daha fərqli olacaq.
- Bizdə olan məlumata görə, Fariz İlyasovu dəyişiblər və yerinə yeni aparıcı gəlib. Onu kim əvəz edəcək?
- Farizi dəyişiblər deyəndə ki, onu biz dəyişmədik. O, ifaçılıq kariyerasına başlamaq istəyirdi. Bunu həmişə özündə görürdü. Bir il ərzində oxuyurdu, rəqs edirdi. Onun ifaçılığa meyli daha çox idi. Yüz faiz aparıcılığa da davam edəcək. Biz də torpaq ünsürsüz, verilişsiz qalmayacaqdıq ki? Özümüzə yeni torpaq tapdıq.
- Yeni torpaq ünsürünüz kimdir?
- İndi mən onun sirrini açsam, bir növ torpaq ünsürünə qarşı, bir də ki, bizim su ünsürü – Ranara qarşı yaxşı hərəkət olmaz. Onsuzda ona bütün günü düşünçək üçün bir şey lazımdır. İnan ki, tək mənim gizlədiyim bir şey olsa, onu sizə deyərdim. Tək mənim deyil deyə, açıqlaya bilmirəm. Amma elə istəyirəm deyim (gülür).
- Tanıdığımız aparıcıdır, yoxsa yeni biridir?
- Tanıdığımız biridir…
- Yeni mövsümə nə vaxt start verirsiniz?
- Gözləyirik ki, "Maşın" şou bitsin. Çünki, bütün insanların fikri, zikri, marağı "Maşın"ın üzərindədir.
- Yeni mövsümdə format və ya studiya dəyişikliyi var?
- Komandamız genişlənib. Yeni art rejissorumuz gəlib. Kiçik dəyişikliklər olacaq. Fikirləşirəm ki, bu dəyişikliklər proqramımıza rəng, dad qatacaq. Dekorlar isə yerində qalır. Çünki formatımız elədir ki, biz sağdan sola, soldan sağa otursaq da eyni şeydir. Studiya böyük olsa, oraya tamaşaçı auditoriyası lazımdır. O da bizim formata uyğun deyil. Oraya elə qonaq gəlir ki, tamaşaçı ilə vəhdət yaratmaq mümkün olmur. Bir az səhnələrimiz daha rəngli, daha musiqili olacaq.
- Tikanlı sözləriniz kiçik dəyişikliklərinizin arasında deyil ki?
- Yox, o heç yerə gedən deyil. Orada ən tikansız və gur özüm danışıram. Ən tikanlı Ranardır, onun da nə tikanı varsa, üstündədir (gülür).
- İndiyədək olan qonaqlardan ən xoş təsir bağışlayanı kimdir?
- Bu beş barmaq və beş övlad məsələsinə bənzəyir. Başa düşürəm bir az primitivdir. Amma onlar bizim övladımızdır. Elə qonaqlar var ki, xoşuma gəlməyib. Ancaq onu açıqlamaq etik olmaz. Yadımda daha çox xoşa gəlməyənlər qalıb.
- Övlad demişkən niyə Natellanın üzünü mediadan gizlədirsiniz?
- Bilirsiniz elə bir məxfi sirrim də yoxdur ki, deyəm bu səbəbə görə övladımı üzünü gizlədirəm. Mənə elə gəlir ki, onun həmin fotolarını paylaşmaqla doğru etmərəm. Özü böyüsün, ağlı başına gəlsin, istəyəndə paylaşar. Müəyyən mənada hesab edirəm ki, onun şəxsi məsələsinə müdaxilə etmiş oluram. Bir də gördünüz iki-üç il sonra elə fotoları olacaq xoşuma gələcək və bu gün danışdığım fikirlərə zidd olaraq həmin şəkilləri paylaşacam.
- Mənfi rəylərin gəlməsindən qorxursunuz?
- Onu heç düşünmürəm. Əslində uzun illər bundan əvvəl saytların birində rəyləri oxuyurdum. Yanımda çox sevdiyim bir dostum var idi. O, rəy oxumağımı görəndə mənə dedi ki, "Ayıb deyil? Heç səndən gözləməzdim. Sən rəy oxuyursan?". Mən utandım, özümü birtəhər hiss etdim. "Yox, maraqlı gəldi" deyib, söhbəti yayındırmağa çalışdım. O vaxtdan bəri rəy oxumuram.
- Öz səhifənizdə cavab yazırsınız axı…
- Öz səhifəmdə yazılanları oxuyuram. Neqativ rəy görən kimi onu silirəm. Düzdür, o rəylər çox az olur. Ancaq yenə də xoşum gəlmir ki, səhifəmdə elə rəylər olsun. Qara siyahıya isə atmıram, çünki, ona layiq adamlar olmur. Dediyim kimi, qızımın fotosunu paylaşmamağımın səbəbi rəylər deyil.
- Bəlkə fikirləşirsiniz uşağa nəzər dəyər?
- Yox, qətiyyən. Ətrafa baxırsan ki, şəhərdə sarışın, alagöz elə gözəl uşaqlar var. Bizimki nədir ki, adi qaraşın qızdır. Bir dəfə çəkdim, ikinci fotonu da elə qoydum. Sonra bu adət halını aldı, vərdişə çevrildi. Artıq o, özü də mənə maraqsız gəlir. Kiminsə səhifəsində elə foto görəndə əsəb keçirirəm. Onu da etməyəcəm. Bəlkə elə sabah yaxşı bir fotosu oldu və səhifəmdə yerləşdirdim. Mən kiməm ki, kiminsə uşağıma gözü dəysin? O boyda millətin uşaqları var, bizimki övladdır, onlarınkı deyil? Yox, ayıb olar…
- Xaricdə məşhurların övladlarının fotosunu eksklüziv yayımlamaq üçün bəzi media orqanları onlara pul təklif edirlər. Bizdə belə bir şey olsa, təklifə "hə" deyərsiniz?
- Bilirsiniz, məbləğ elə bir qiymət olacaq ki, ana deyəcək "Gəlin elə havayı çəkin. O pula dəyməz" (gülür)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 4147   Tarix: 24 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

COVID-19 pasportu olmadan muzey və qalereyalara giriş məhdudlaşdırılır - QƏRAR

Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə sentyabrın 1-dən etibarən iaşə obyektlərinin, otellərin və böyük ticarət mərkəzlərinin xidmətlərindən "COVID" pasportu olan şəxslər istifadə edə bilərlər. Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, qurum rəhbəri Anar Kərimovu

4 sentyabr 2021
.

Alim Qasımov nəvəsi üçün qonaqlıq verdi - VİDEO

Xalq artisti Alim Qasımovun ailəsi ilə birlikdə yollandığı şam yeməyindən görüntülər yayılıb. xəbər verir ki, xanəndə nəvəsinin ad günü və universitetə daxil olmasını qeyd edib. Gecədə mahnılar səsləndirən ifaçıya qızı, Əməkdar artist Fərqanə Qasımova, nəvələri də qoşulublar

19 iyun 2021
.

69 yaşlı Əməkdar artist plastik əməliyyatdan sonra - FOTOLAR

Xəbər verdiyimiz kimi, 69 yaşlı Əməkdar artist Vahid Əliyev plastik əməliyyat etdirib. xəbər verir ki, aktyor üzünə kök hüceyrə etdirərək qırışlardan xilas olub. V.Əliyev əməliyyatdan 3 gün sonrakı görüntülərini yayımlayıb. Aktyorun üzündəki qırışların açıldığı diqqət çəkib

28 iyun 2021
.

Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama: "Dərmanlar qəbul edir"

Türkiyədə bir aylıq müalicə kursu keçən Xalq artisti Arif Babayev Azərbaycana qayıdıb. xəbər verir ki, bu barədə "Report"a Xalq artistinin oğlu Yaşar Babayev məlumat verib. Onun sözlərinə görə, A.Babayev hazırda Qax rayonunda istirahətdədir: "Həkimlər deyir ki, atamın vəziyyəti əvvəlkin

13 avqust 2021
.

100 şəkli Bakıda sərgilənən Reza Deqati: "30 ildir ki, dünyaya bu mesajı çatdırıram" - FOTOLAR

Bakıda Heydər Əliyev Mərkəzində dünya şöhrətli fotoqraf Rza Deqatinin "Fotoların tarixi" adlı sərgisi baş tutub. xəbər verir ki, tədbirdə dünyaca məşhur fotoqraf Reza Deqatinin 100 fotosu sərgilənib. Açıq havada keçirilən tədbirdə Reza Deqati çəkdiyi fotoların tarixindən danışıb, ictimaiyyə

31 iyul 2021
.

Yaqub Zurufçunun dəfn olunacağı yer AÇIQLANDI

Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçunun dəfn olunacağı yer müəyyənləşib. xəbər verir ki, Yaqub Zurufçu bu gün "Qurd qapısı" qəbristanlığında Xalq artistləri Arif Quliyev və Rəmişin məzarları yanında torpağa tapşırılacaq. *. Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufç

15 sentyabr 2021
.

Azərbaycan xalçalarının daha geniş tanınması üçün QR kod sistemi tətbiq edilir - FOTO

"Azərxalça" ASC Azərbaycan xalçalarının daha geniş miqyasda tanınması üçün QR kod sistemi tətbiq edir. Toxunan xalçaların hər birinin arxasında xüsusi QR kodlar yerləşdiriləcək. Bu barədə -a "Azərxalça" ASC-nin mətbuat katibi Xatuna Abdullayeva məlumat verib. O bildirib ki, buna qədə

10 sentyabr 2021
.

Yeni mövsümdə tamaşaçılar Azərbaycan teleməkanında hansı serialları izləyə biləcəklər? - FOTO

Telekanallar yeni mövsümün həndəvərindədirlər. Və bu o deməkdir ki, kanallarda həm də yeni serial mövsümünün başlamasına çox az qalıb. Əvvəla onu deyək ki, serial süjet xətti bir-biri ilə bağlı olan və ya olmayan telefilm silsiləsidir. İlk serial – "Farevey Hill" 1946-cı ilin oktyabrından dekabrın

5 sentyabr 2021
.

Rusiya və Türkiyə nümayəndələri Şahbulaq qalasında

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə işğaldan azad edilmiş Ağdam rayonuna səfər edən Türkiyə və Rusiya nümayəndə heyətləri Şahbulaq qalasında olublar.  xəbər verir ki, qonaqlara Şahbulaq qalası haqqında məlumat verilib. Bildirilib ki, XVII əsrə aid bu qala Qarabağ ərazisindək

27 iyun 2021