Övladını faciəvi şəkildə itirən, 3 dəfə ailəsi dağılan xalq artistimizin "İkinci bahar"ı - FOTO+VİDEO

Övladını faciəvi şəkildə itirən, 3 dəfə ailəsi dağılan xalq artistimizin "İkinci bahar"ı - FOTO+VİDEOBu yazı Rafiq Hüseynovun 67 yaşı ərəfəsində yazılmışdı... Məşhur diktorun vəfat etdiyini nəzərə alaraq, məqaləni yenidən oxucularımızın diqqətinə təqdim edirik...

Gərək ki, bunu Anadolu türkləri deyirlər: "Eşq və yaş bir-birlərinə təsir edən anlayışlar deyil. Bu baxımdan ikinci bahar yeni bir şansdır və o böyük bir xoşbəxtliyə çevrilə bilər".

Bəli, müşahidələr də göstərir ki, "ikinci bahar" adlandırılan ikinci evlilik bir sıra hallarda insana böyük xoşbəxtlik nəsib edir.

Bəzən birinci evlilikdə oxu daşa dəyən qadın və ya kişiyə tale irəli yaşlarda "ikinci bahar" yaşamaq nəsib edir. Və o zaman əsl ailə xoşbəxtliyinə qovuşan insan həyatın yalnız qara və ağdan ibarət olmadığını anlayır. Keçmişin mənfi düşüncələrindən azad olur, yeni gün, yeni arzu və istəklə həyata bağlanır...

Azərbaycanın xalq artisti, Azərbaycan Televiziyasının məşhur diktoru, kino redaktoru Rafiq Hüseynovdan danışacağıq. O Rafiq Hüseynov ki, təkrarolunmaz səsiylə tamaşaçıların sevimlisi, televiziya diktoru kimi çalışmaq istəyən gənclərin kumiri olub.

Rafiq Hüseynov gələn ay - 4 avqustda 67 yaşını qeyd edəcək...

Şuşada doğulan Rafiq Hüseynov Bakıda - İçərişəhərdə yaşayarkən atasını çox erkən yaşlarında itirir, anası onu və bacısını çətinliklə böyüdür. Orta məktəbi bitirdikdən sonra şərqşünas olmaq istəyirmiş, amma sənədlərini götürmürlər. Ailə vəziyyəti ağır olan 17 yaşlı Rafiq iş tapmaq məqsədilə Azərbaycan Televiziyasına gəlir. Yalandan televiziyaya vurğun olduğunu söyləyir.

"Nə iş versəniz işləyəcəm" deyir və onu işıqçı işinə götürürər. İki il AzTV-də işıqçı kimi çalışır. Və televiziyaya elə bağlanır ki, buranı tərk etməyi ağlından belə, keçirmir.

Sonradan onu diktorlar müsabiqəsinə dəvət edirlər. Müsabiqədən keçən Rafiq Hüseynov 1966-cı ilin dekabrında ilk dəfə diktor kimi efirə çıxır. İlk efir günündə həyəcandan çaşıb mətni o dərəcədə pis oxuyir ki, o zaman televiziyaya ciddi nəzarət edən Mərkəzi Komitədən zəng edib deyirlər ki, "bu kimdir işə götürmüsünüz, onu ordan rədd edin!". Rafiq Hüseynovu o zaman AzTV-nin sədr müavini işləyən mərhum şair Nəbi Xəzri xilas edir və deyir ki, "bu oğlanın gələcəyi var". Tarix Nəbi Xəzrinin yanılmadığını sübut edir...

Mərkəzi Komitədən verilən o göstərişdən sonra 7 ay efirə buraxılmayan gənc Rafiq, ümidsizliyə qapılmır, əksinə, öz üzərində işləyərək yenidən etimad qazanır.
Beləcə AzTV-də diktor olaraq qalan Rafiq Hüseynov bütün varlığını seçdiyi peşəyə həsr edir. İllərdən sonra öz səsiylə tamaşaçıların sevimlisinə çevrilir... Fəaliyyəti dövründə Moskvanın ali dərəcəli diktoru səviyyəsinə kimi yüksələn Rafiq Hüseynov bir müddət AzTV-nin sədr müavini vəzifəsində də çalışmağa nail olur...

Ömrünün çox hissəsini televiziyaya həsr edən Rafiq müəllimin həyatında ağrılı günləri çox olub. Bir övladını vaxtsız və faciəvi şəkildə itirib, ailəsi dağılıb, sonra yenidən evlənib, yenidən ayrılıb, uzun illər çalışdığı AzTV-dən uzaqlaşdırılıb və s...

İlk sevgilər, eşq macəraları və evliliklər...

Rafiq Hüsüeynov 4 dəfə ailə qurub, özünün etirafına görə, hələ neçə dəfə başqa xanımlarla da eşq macəraları yaşayıb... Haqqında səsləndirilən "arvadbaz" ifadəsinə gülümsəməklə cavab verən Rafiq Hüseynov müsahibələrinin birində "Mənim sevgililərim çox olub. Onlardan bəziləri ömürlük yadımda qalacaq. Sirr olaraq qalacaq... Sevmişəm, aşiq olmuşam burda nə var ki? Bu məhəbbətdir, hər kəsin başını gələ bilər və gəlir də..." deyib.

Evlilikləri barədə danışarkən isə "sevgi tükənəndən sonra o, münasibətləri uzatmağa dəyməz" söyləyib: "Mən heç bir qadının qəlbini qırmamışam. Xanımlara hörmətlə yanaşmışam. Anlaşıb ayrılmışıq... Mən boşanmaqla o qadınlara da şans verirdim ki, gələcəkdə öz həyatını qura bilsinlər. Hamısı ilə indi də dostam. Aramızda heç bir narazılıq da yoxdur".

Bu evliliklərdən ikisi Rafiq müəllimin həyatında silinməz izlər qoyub. Biz onun məhz həmin ailə həyatlarından söz açmağa çalışacağıq: gəncliyində öz həmkarı ilə yaşadığı evlilik və həyatının yaşlı dövrünə təsadüf edən 4-cü evliliyi...

Məhz 4-cü evlilik onun üçün "İkinci bahar" olub, xoşbəxtliyini də bu ailəsində tapıb...

Rafiq Hüseynovun gəncliyində yaşadığı evliliklərdən biri özü kimi tanınmış sima ilə – Azərbaycanın xalq artisti, AzTV-nin məşhur xanım diktoru Roza Tağıyevayla bağlıdır...
Rafiq Hüseynov və Roza Tağıyeva televiziyaya eyni vaxtda gələn diktorlar nəslindəndirlər... Hər iki istedadlı diktorun həyat hekayəsi də televiziyadan başlayıb. Bir-birlərini seviblər, ailə qurublar, övlad acısı yaşayıblar və... ayrılıblar...

Bu dəhşətli hadisə 1984-cü ildə baş verib. Roza Tağıyeva ilə Rafiq Hüseynovun başına gələn fəlakət onları tanıyanların hamısını bərk sarsıdır. Onların övladı - Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin tələbəsi Rövşəni doğrayıb, qətlə yetirmiş, meyitin qalıqlarını da çemodana yığmışdılar.

O zaman bu hadisə ilə bağlı müxtəlif şayiələr, söz-söhbətlər yayılmışdı. Kimi deyirdi hadisəni Rafiq Hüseynovun Roza Tağıyevayla evlənməzdən əvvəl oğulluğa götürdüyü şəxs törədib, kimi də bu qətlin Rafiq müəllimin birinci həyat yoldaşının qonşusu tərəfindən həyata keçirildiyini deyir, digər söhbətlərdə olayın onlara yaxın başqa biri tərəfindən gerçəkləşdirildiyi söylənilirdi. Bəzi məlumatlarda isə hadisəni Roza Tağıyevanın əvvəlki evliliyindən olan oğlunun törətdiyi bildirilirdi, yəni qətlin guya, ögey qardaş tərəfindən həyata keçirildiyi iddia olunurdu...

O zaman çətinliklə də olsa, bu cinayətin üstü açıldı, qatil yaxalandı və ona güllələnmə hökmü kəsildi. Məlumatlara görə, qatil güllələnmə hökmünün icrasınadək Bayıl həbsxanasındakı 5-ci korpusun 129-cu kamerasında saxlanılırmış. Həmin müddətdə həbsxanada vərəm xəstəliyinin ağır formasına tutulan cinayətkarın tale üzünə gülür, məhkəmə onun işinə yenidən baxıb ölüm hökmünü 20 illik cəza müddətiylə əvəz edir.

Modern.az saytının araşdırmasına görə, Rafiq Hüseynovla Roza Tağıyevanın oğlunu qətlə yetirən, həbsxanada ağır xəstəliyə tutulan o şəxs 19 il cəzaçəkmə müsəssisəsində yatandan sonra, 2003-də azadlığa çıxıb. Onun hazırda Tərtər rayonunda yaşadığı deyilir.

O hadisə Rafiq Hüseynov və Roza Tağıyevanın ailə həyatını da alt-üst etdi... Müsahibələrinin birində "mənə bu haqda danışmaq olduca ağırdır" deyən Rafiq Hüseynov indiki həyatında "oğlumun yanımda olmasını istərdim. Müqəddəs kitablarda yazılıb ki, ölüm müvəqqəti ayrılıqdır. Mən hesab edirəm ki, bu həqiqətdir və biz nə vaxtsa bir yerdə olacağıq" söyləməklə axirət dünyasının nəzərdə tutduğuna işarə edib.
Uzun illərdir hər biri öz həyatını yaşasa da, Rafiq Hüseynov və Roza Tağıyeva yenə də bir müəssisədə - Azərbaycan Televiziyasında işləyirlər. Ayrılmalarına, faciə yaşamalarına baxmayaraq aralarında dost münasibətləri qalmaqdadır.

Mətbuatla çox az təmasda olan Roza xanım müsahibə verməyə həvəsli deyil. Modern.az saytına qısaca açıqlamasında "bu gün də AzTV-yə işə gedib-gəlirəm. Televiziyanın Ədəbi-dram redaksiyasının kadrarxası mətnlərini oxuyuram. Sadəcə efirə özüm çıxmaq istəmirəm" deyən Roza xanım efirə çıxmamasının səbəblərindən danışmaq istəməyib.
Rafiq Hüseynov isə hazırda AzTV-də aparıcılar üzrə bədii rəhbər vəzifəsində çalışır...

"İkinci bahar"

"Mən o insanlara həmişə qibtəylə yanaşmışam ki, qurduğu ilk ailədə xoşbəxtliyini tapır, ömrünün sonunacan o insanla xoşbəxt olur. Amma elə insanlar da var ki, mənim kimi axtarışda olur. Sonunda öz axtardığını tapır" deyən R.Hüseynov axtardığı xoşbəxtliyi sonuncu - 4-cü evliliyində tapıb, Səbinə Hüseynli adlı xanımla ailə həyatı qurmaqla.

Bu evlilik Rafiq müəllim AzTV-dən işdən çıxandan sonra Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda dərs dediyi illərdə baş tutub.

Səbinə xanım onun tələbəsi olub. Bütün tələbələr kimi 4-cü kursda oxuyan 21 yaşlı Səbinə də Rafiq Hüseynova simpatiya bəsləyirdi... Amma hələlik yalnız müəllim kimi... Tələbəykən müstəqil telekanallardan birində keçirilən diktorluq müsabiqəsində iştirak edib, uğur qazanan Səbinə xanım diksiya dərsi almaq üçün Rafiq Hüseynova müraciət edir. Və aralarındakı müəllim-tələbə ünsiyyati bir müddət sonra sevgi münasibətləriylə əvəzlənir...
Özündən 30 yaş cavan tələbəsinə aşiq olan müəllimindən evlilik təklifi alanda Səbinə xanımın ailəsi buna qarşı çıxıb. Zarafat deyildi, 51 yaşlı kişi 21 yaşlı qızla ailə həyatı qurmaq istəyirdi.
Amma ailəsinin, qohumlarının etirazlarına baxmayan gənc xanım Rafiq Hüseynovla evliliyə razı olur.

"4-cü kursda oxuyurdum, 21 yaşım vardı. Rafiqin təcrübəsi böyükdür, qadınları cəlb etməyi yaxşı bacarır. Mən də o sarıdan sırf təcrübəsiz. Təklifini qəbul etdim, qısa bir müddətdə ailə qurduq" deyə o, həmin günlər haqda danışarkən bildirib. İllər sonra hisslərinin onu aldatmamasına sevindiyini də gizlətməyən Səbinə Hüseynli Rafiq Hüseynovla ailə həyatı qurduğuna peşiman olmadığını bildirir...
Bu, Rafiq Hüseynovun 4-cü evliliyi olsa da, onun üçün xoşbəxtliyini tapdığı "İkinci bahar" sayıla bilər. Tale 55 yaşı olanda Rafiq Hüseynova 4-cü evliliyindən bir qız övladı nəsib etdi.
Ailədə indi 12 yaşlı bir qız böyüyür – Leyli Hüseynli. Atasının dediyinə görə Leyli incəsənətə meyllidir, rəsm çəkir, musiqiylə məşğuldur, hətta dostlarının təklifiylə bir filmə də çəkilib.

Tanımayanlar, bilməyənlər onu Rafiq müəllimin yanında görəndə elə bilirlər ki, nəvəsidir. Özü də bunu dəfələrlə etiraf edib.

"Mən bundan sonrakı həyatımı qızım üçün yaşıyıram" deyən Rafiq müəllim Leyli ilə nəfəs aldığını, ona həddindən çox çox bağlı olduğunu bildirir.
Hətta bir ara xəstələnəndə, xəstəxanaya düşəndə belə, özünü deyil, qızını düşünürmüş: "Ancaq qızımı düşünürdüm. Düşünürdüm ki, mən elə bir vəziyyətə düşməyim ki, bu yaşımda qızımla gəzə bilməyim".
Yeri gəlmişkən, Leyli dünyaya gələndə Rafiq müəllimə telefon açıb ilk təbrik edən şəxs keçmiş həyat yoldaşı Roza Tağıyeva olub.
"Əsas fikrim, düşüncəm qızımla bağlıdır..." deyən Rafiq Hüseynov Leylinin gələcəyinin onu çox düşündürdüyünü söyləyir: "Allah ömür versin, onu yerbəyer edim – bilik, savad verim, ailə qursun...".

Rafiq Hüseynovun ailə həyatında yaşadığı "İkinci bahar" iş həyatında da təkrarlanıb. Bütün varlığı ilə bağlandığı televiziyadan ayrılandan 15 il sonra yenidən – ikinci dəfə ora qayıdıb...

1990-cı ildən öz xahişiylə televiziyadan ayrılan Rafiq müəllim bunu o vaxt ölkədə gedən siyasi proseslərə qoşulmaq istəməməsiylə, televiziyadan yalan xəbərlər oxumaqdan qaçmasıyla bağlayır. Beləcə 15 il sevdiyi işindən ayrı qalmalı olur.
"Müəyyən mətnləri oxutmaqla məni insanların gözündən sala bilərdilər. Hətta bəzi dostlarımın əleyhinə olan mətnləri də oxumalı idim. Buna görə də, öz ərizəmlə işdən çıxdım" - deyə o günləri belə xatırlayır.
Rafiq müəllim deyir ki, 15 il televiziyadan kənarda qalandan sonra AzTV rəhbərliyinin təklifiylə yenidən işə qaytarılması ona ikinci həyat bəxş edib. "İkinci bahar" kimi... Hazırda AzTV-də aparıcılar üzrə bədii rəhbər vəzifəsində çalışmaqdan zövq aldığını gizlətmir...

Həyatında "İkinci bahar" yaşayan Rafiq Hüseynov bir çox mahnıların da müəllifidir... Hətta mahnıları özü ifa edir...

mənbə: modern.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 17898   Tarix: 30 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Taliblərin marşal Dustumun iqamətgahında yaşayışları - VİDEO

"New York Times" nəşri Kabulu ələ keçirdikdən sonra ölkənin keçmiş vitse-prezidenti Əbdül-Rəşid Dustumun iqamətgahını zəbt edən "Taliban" yaraqlılarının həyatından kadrlar göstərib. "Şəhərdə yaşasam da, ilk dəfədir belə bir yer görürəm", - deyən taliblərdən biri nəşrə müsahibəsind

11 sentyabr 2021
.

Sabirabadda ağır qəza - Ölən və yaralılar var

Sabirabadda baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər yaralanıb. apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Yastıqobu kəndinin ərazisində baş verib. "Tofaş" markalı avtomobillə "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb

12 sentyabr 2021
.

Antalyanın məşhur istirahət bölgəsində nəhəng burulğan - VİDEO

Bu gün səhər saatlarında Antalyanın Kəmər bölgəsində dəniz üzərində təxminən 15 dəqiqə davam edən nəhəng burulğan meydana gəlib. Ətrafda olan insanlar təbiət hadisəsini telefonları ilə qeydə alıblar. Qeyd olunur ki, nəhəng burulğan sahilə çatmayaraq tədricən zəifləyərək yox olub.\

15 sentyabr 2021
.

Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO

Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib

12 sentyabr 2021
.

Rektorun anası koronavirusdan vəfat etdi

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!

13 sentyabr 2021
.

Azərbaycanda xəstə əməliyyatdan əvvəl öldü

Sumqayıt sakini əməliyyat masasında ölüb. -a istinadən xəbər verir ki, hadisə 2 saylı Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanada qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunacaq 52 yaşlı Heybət Salmanov anesteziya verilərkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

16 sentyabr 2021
.

Gəncədəki dəhşətli qəzanın görüntüləri - VİDEO

Gəncədə ağır yol qəzası baş verib. Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb. Qəza Böyük Bazarın yaxınlığında baş verib. Olayın görüntüləri sosial şəbəkələrdə yayılıb. Hadisənin təfərrüatları bəlli deyil. Olay barədə rəsmi məlumat da yoxdur. Videodan aydın görünür ki, qəzaya yüksə

17 sentyabr 2021
.

Mingəçevirdə karantin qaydalarını pozan kafe aşkarlanıb - FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qayda və tələblərə riayət edilməsi məqsədilə keçirilən nəzarət tədbirləri zamanı gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlanıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunda

11 sentyabr 2021
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18 sentyabr 2021