Bakıda məktəb direktorunun əxlaqsız təklifinə "YOX" deyən müəllimə: "Sizi diz üstə çökdürərəm"

Bakıda məktəb direktorunun əxlaqsız təklifinə "YOX" deyən müəllimə: "Sizi diz üstə çökdürərəm"G.Ələsgərova: "Əlimdə elə faktlar var ki sizi diz üstə çökdürərəm."

Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulmuş 12 nömrəli xüsusi internat məktəbinin keçmiş əməkdaşı Gülnar Ələsgərovanın şikayəti ilə bağlı adı çəkilən məktəb müraciət yayıb.

Sonxeber.az-ın məlumatına görə, sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbinin müraciət ünvanlayıb.

Müraciətə görə "Biz, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbinin pedaqoji heyəti "Bakıda məktəb direktorunun əxlaqsız təklifi müəlliməni işsiz qoydu" başlığı altında internet saytlarında qərəzli və böhtan xarakterli yazılara münasibət bildirməyi özümüzə borc bilirik. Çalışdığımız 12 nömrəli xüsusi internat məktəbi uzun illərdir ki, fəaliyyət göstərir. Gülnar Ələsgərova tərbiyəçi vəzifəsində işləyənədək müəssisədə hər hansı bir problem, narazılıq olmamış, işgüzar, sağlam mühit yaradılıb.

"Bildiririk ki, G. Ələsgrova bundan əvvəl Sağlamlıq imkanları məhdud uşaqlar üçün 4 nömrəli internat məktəbində çalışıb. Müəssisənin rəhbərliyi və iş yoldaşlarıyla qalmaqal, məhkəmə çəkişmələrinin nəticəsi olaraq həmin kollektivdə artıq işləyə bilməməsi səbəbindən, Təhsil Nazirliyi ona yeni bir şans verib, humanist addım ataraq Gülnarı bizim müəssisəyə köçürdü".

Məktəbdən verilən məlumata görə, 3 uşağını tək böyütdüyü səbəbindən ona göstərilən qayğıdan G.Ələsgərova sui-istifadə edərək, özünün əvvəlki iş yerindən yeni müəssisəyə köçürülüb, daha əlverişli şərait yaradıldığından özünü "qələbə çalmış qəhrəman" kimi aparmağa başladı. İlk öncə tərbiyə işləri üzrə direktor müavini olmaq xülyasına düşərək, məktəbdə birinci qalmaqalı bu məsələ üstündə yaratdı. Bununla yanaşı, istədiyi vaxt işə gəlmir, demək olar ki, hər gün gecikirdi, ona tapşırılan qrupun taleyi ilə maraqlanmır, məktəbdə qeyri-etik hərəkətləri və rəhbərliyə qarşı açıq hörmətsizlik nümayiş etdirən davranışı ilə işin ahəngini pozurdu.

Qeyd edilib ki, G.Ələsgərova telefon çəkilişləri ilə insanları şantaj edir, bu işlərinə görə ona irad bildirdikdə "əlimdə elə faktlar var ki sizi diz üstə çökdürərəm" deyərək hər kəsə hədə-qorxu gəlirdi. Hətta valideynlərə də hədə-qorxu gələrək "mənim əleyhimə kimsə nəsə desə məndən inciməsin" demişdi.

İnternat məktəbində işləyərək uşaqlara süpürgə verib, onların fotosunu çəkmək, öz məkrli niyyətini mediada təqdim etməklə siz nə əldə etmək istəyirsiniz? Özü 3 uşağın anası olan, ali, xeyirxah məqsədlərdən danışan şəxsə bu hərəkətlər yaraşarmı? Bu tablonu media manşetləri etməklə Gülnar hansı xislətin sahibi olduğunu bir daha nümayiş etdirmirmi?

Gülnar Ələsgərova öz hərəkətləri ilə müəssisənin nüfuzunu zərbə altında qoyur, dedi-qodu, intriqa mühitinə rəvac verirdi. Nəhayət ki, biz kollektiv üzvləri Təhsil Nazirliyinə G. Ələsgərovanın hərəkətləri barədə məktub ünvanladıq. G. Ələsgərovanın 4 nömrəli xüsusi internat məktəbində etdiyi hərəkətləri müəssisəmizdə də təkrar etməsinə yol vermədik. Onunla bağlı məsələni həmkarlar təşkilatının iclasında müzakirəyə çıxartdıq və tələbimiz haqlı olaraq öz həllini tapdı.
Bütün bu xoşagəlməz hallardan sonra biz bir daha üzümüzü Gülnar Ələsgərovaya tutaraq onun bu hərəkətlərini qınadığımızı söyləyirik".

Qeyd edək ki, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulmuş 12 nömrəli xüsusi internat məktəbinin keçmiş əməkdaşı Gülnar Ələsgərova adı çəkilən məktəbin direktoru Vəliyev Allahverdinin ona əxlaqsız təklif etdiyi barədə müraciət yayıb.

Aysel Kərimova


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 7342   Tarix: 30 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda əfqanıstanlı kişi 14 yaşlı qıza seksual zorakılıq etdi - MƏHKƏMƏ

Bakıda Əfqanıstan İslam Respublikasının vətəndaşı Rahimi Mahdinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baxılıb. Prosesdə zərərçəkmiş ifadələri dinlənilib. Zərərçəkmişlər ifadələrində bildiriblər ki, 1989-c

17 sentyabr 2021
.

Bu məşhur kafe və restoranlar cərimələndi - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədil

11 sentyabr 2021
.

Samuxda azyaşlı bacı-qardaşın çöplü şirədən zəhərlənib öldüyü güman edilir

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. -a istinadən xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətlər

13 sentyabr 2021
.

Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO

Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib

12 sentyabr 2021
.

Ustanı yarımstansiyada "tok" vurub öldürdü

Sentyabrın 16-ı saat 10 radələrində Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü İlyas İsmayılovun Gəncə şəhər 35/6 kv-lıq süzgəc yarımstansiyasında elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub. Gəncə şəhər Prokurorluğundan -a verilən məlumata görə, aparılmı

17 sentyabr 2021
.

Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı

14 sentyabr 2021
.

Samuxda FACİƏ - Körpə bacı-qardaş öldü

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətləri ağırlaşa

12 sentyabr 2021
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -ın -a istinadən verdiyi məlumata görə, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlə

14 sentyabr 2021
.

"Azərişıq"ın anbarında yanğın - VİDEO

Gəncədə "Azərişıq" ASC-yə məxsus idarələrin birinin anbarında yanğın baş verib. xəbər verir ki, bu barədə hadisə şahidləri -in "qaynar xətti"nə məlumat verilib. Bildirilir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Məsələ ilə əlaqədar "Azərişıq"

15 sentyabr 2021