Xalq artistimizin sənət yoldaşları onun ölümünə belə kövrəldi: "Çarəsi yox idi"

Xalq artistimizin sənət yoldaşları onun ölümünə belə kövrəldi: "Çarəsi yox idi"Azərbaycan səhəri üzüntülü bir xəbərlə açdı. Bu gün böyük əksəriyyətin simpatiya bəslədiyi Azərbaycan xalq artisti Rafiq Hüseynovun ölüm xəbəri yayıldı.

Azərbaycanın dəyərli sənətkarı Rafiq Hüseynovun sənət yoldaşları, dostları ilə əlaqə saxlayıb. Sənətkarın dostları onunla bağlı xatirələrini bölüşüb.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azər Paşa Nemətov Rafiq Hüseynovun vəfatından sarsıldığını dedi:

"Rafiq Hüseynov Azərbaycanda çox tanınmış insan idi. Xalq onu sevirdi. Universiteti bitirəndən sonra mən qiyabiçilərə dərs deyirdim, Rafiq də həmin tələbələrin içində idi. Həm də biz onunla dost olmuşuq. Tez-tez görüşürdük. Rafiq Hüseynov həm yaxşı ziyalı, həm də gözəl səsə malik bir insan idi. Onun diktor kimi səsinə hamımız alışmışdıq. Rafiq Hüseynov çox maraqlı insan idi. Danışmağa çox əhvalım yoxdu. Bu ağır xəbər hamı kimi məni də sarsıtdı".

Azərbaycanın xalq artisti Rasim Balayev isə onunla tez-tez görüşdüyünü bildirib:

"Rafiq müəllim çox istedadlı, kamil, öz işini mükəmməl bilən adam idi. Azərbaycanın üç kişi diktatorudan biri idi. Biz bir yerdə işləmişik. Münasibətimiz çox yaxşı olub. Tez-tez görüşürdük. Sonra o xəstələndi. Türkiyəyə getdi. Son vaxtlar xəstəliyi ilə bağlı görüşlərimiz az olurdu. Onu Almaniyaya aparanda eşitdim ki, artıq xəstəliyinin çarəsi yoxdu. Orada da rəhmətə getdi".

Xatırladaq ki, Rafiq Hüseynov 1946-ci ildə Şuşa şəhərində anadan olub. Ali təhsilini əsgərlikdən sonra alsa da, orduya çağırılana qədər işləmək üçün yer axtarmağa başlayıb. Televiziyada işləyən bacısı Rəfiqənın köməyi ilə kadrlar şöbəsinə gedib. Beləliklə, Rafiq Hüseynovu televiziyada boş olan işıqçı ştatına işə götürüblər.

Sonradan onu diktorlar müsabiqəsinə dəvət edirlər. Müsabiqədən keçən Rafiq Hüseynov 1966-cı ilin dekabrında ilk dəfə diktor kimi efirə çıxır. İlk efir günündə həyəcandan çaşıb mətni o dərəcədə pis oxuyur ki, o zaman televiziyaya ciddi nəzarət edən Mərkəzi Komitədən zəng edib deyirlər, "bu kimdir, işə götürmüsünüz, onu ordan rədd edin!" Mərkəzi Komitədən verilən o göstərişdən sonra 7 ay efirə buraxılmayan gənc Rafiq ümidsizliyə qapılmır, əksinə, öz üzərində işləyərək, yenidən etimad qazanır. Beləcə, AzTV-də diktor olaraq fəaliyyətini davam etdirən Rafiq Hüseynov bütün varlığını seçdiyi peşəyə həsr edir. Öz səsiylə tamaşaçıların sevimlisinə çevrilir. 1967-ci ildə Rafiq Hüseynov Moskvaya ay yarımlıq diktorluq kursuna getdir, 15 respublikadan gələn 33 diktorun arasından onu kurs nümayəndəsi seçirlər. Kursdan sonra Rafiq Hüseynovu Moskva televiziyasında saxlamaq istəyirlər, amma o, bununla razılaşmayaraq Bakıya geri dönür. 1984-cü ildə həyat ona yenidən sərt üzünü göstərir. Eyni ildə həm anası dünyadan köçür, həm də yeganə oğlu Rövşən. 1990-cı ildən öz xahişiylə televiziyadan ayrılan Rafiq müəllim bunu o vaxt ölkədə gedən siyasi proseslərə qoşulmaq istəməməsiylə, televiziyadan yalan xəbərlər oxumaqdan qaçmasıyla bağlayırdı. Beləcə 15 il sevdiyi işindən ayrı qalmalı olur. 2005-ci ildə, 15 il televiziyadan kənarda qalandan sonra AzTV rəhbərliyinin təklifiylə yenidən işə qaytarılması ona ikinci həyat bəxş etmişdi. Rafiq Hüseynov 2016-cı ildə Azərbaycan Milli Kino Günü münasibətilə Azərbaycan Kinematoqrafçılar İttifaqının təsis etdiyi illik mükafata layiq görüldü. O, həmçinin "Görüş", "Çıx qatar yoluna", "Gecikmiş görüş", "Dəniz", "Sevərəm təzədən səni", "Gecdi daha" kimi bir çox mahnıların müəllifidir.

Qeyd edək ki, 2017-ci il oktyabrın 26-da Rafiq Hüseynov müalicə aldığı Düsseldorf şəhərindəki klinikada vəfat edib.

Mənbə: teleqraf.com


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 3804   Tarix: 31 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan Müdafiə Nazirliyi Rusiya MN-ə məktub ünvanladı

Digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasıyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanmışdır

12 sentyabr 2021
.

Mingəçevirdə karantin qaydalarını pozan kafe aşkarlanıb - FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qayda və tələblərə riayət edilməsi məqsədilə keçirilən nəzarət tədbirləri zamanı gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlanıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunda

11 sentyabr 2021
.

Bakıda əfqanıstanlı kişi 14 yaşlı qıza seksual zorakılıq etdi - MƏHKƏMƏ

Bakıda Əfqanıstan İslam Respublikasının vətəndaşı Rahimi Mahdinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baxılıb. Prosesdə zərərçəkmiş ifadələri dinlənilib. Zərərçəkmişlər ifadələrində bildiriblər ki, 1989-c

17 sentyabr 2021
.

Samuxda FACİƏ - Körpə bacı-qardaş öldü

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətləri ağırlaşa

12 sentyabr 2021
.

Gəmidə qadın sərnişinə qarşı törədilən İYRƏNC ƏMƏL - FOTO

Türkiyənin şəhərlərarası sərnişindaşıma gəmisində xoşagəlməz hadisə baş verib. -ın "DHA" agentliyinə istinadən məlumatına görə, İstanbuldan Bursaya gedən sərnişinlər arasında G.Ş adlı xanım səyahət sırasında yuxulayıb. Yusuf Yıldırım adlı sərnişin isə bundan istifadə edərək qadına qarşı əxlaqsı

17 sentyabr 2021
.

Sabirabadda ağır qəza - Ölən və yaralılar var

Sabirabadda baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər yaralanıb. apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Yastıqobu kəndinin ərazisində baş verib. "Tofaş" markalı avtomobillə "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb

12 sentyabr 2021
.

Gürcüstanda azərbaycanlıların "qızqaçırma"sı faciə ilə nəticələndi

Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunda "qızqaçırma" faciə ilə nəticələnib. Hadisə Alqeti kəndində baş verib. Belə ki, qrup yoldaşı 23 yaşlı yerli sakini evlənmək məqsədi ilə qaçırmaq istəyib. Bu zaman avtomobil onun qarşısını kəsən qızın nənəsini vurub. Qadın yerindəcə keçinib

15 sentyabr 2021
.

"Azərişıq"ın anbarında yanğın - VİDEO

Gəncədə "Azərişıq" ASC-yə məxsus idarələrin birinin anbarında yanğın baş verib. xəbər verir ki, bu barədə hadisə şahidləri -in "qaynar xətti"nə məlumat verilib. Bildirilir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Məsələ ilə əlaqədar "Azərişıq"

15 sentyabr 2021
.

Azərbaycanda xəstə əməliyyatdan əvvəl öldü

Sumqayıt sakini əməliyyat masasında ölüb. -a istinadən xəbər verir ki, hadisə 2 saylı Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanada qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunacaq 52 yaşlı Heybət Salmanov anesteziya verilərkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

16 sentyabr 2021