Fədayədən "Laçın" adını çoxdan geri almalıydıq...

Fədayədən "Laçın" adını çoxdan geri almalıydıq...Amma şou-biznesin digər yarımçılpaq nümayəndələri də cinayətkar aləmdən, insan alverindən uzaq deyil...

Belə getsə, bir də ayılacağıq ki, bir azərbaycanlı, qarabağlı, laçınlı kişi başqa bir kişi ilə evlənir və bizlər də buna əl çalırıq...

...Hələ çox şeylər görüb-eşidəcəyik. Çox iyrəncliklərin şahidi olacağıq. Nə qədər ki, müsəlmanlığımızı, türklüyümüzü, azərbaycanlılığımızı unudub Qərbdən, Amerikadan axışan, Soros kimi dələduz milyarderlərin "Açıx(!) cəmiyyət"lərinin daşıdığı dəyərsizlikləri "müasirlik" kimi qəbul edib, el dilində desək, özümüzü açıb çöldə qoyuruq, çox peşmanlıqlar çəkəcəyik. Sosializm, kommunizm qadınlarımızın örtüklərini açdırdısa, amerikanizm abır-həyamızın, namus-qeyrətimizin tamam kökünü kəsməyə çalışır...

...Təxminən 1997-ci ilin payızı idi... Rəhmətlik gözəl müğənnimiz Məhəbbət Kazımovla "Həkəri" restoranında süfrə başında söhbətləşir, xəyalən Laçının dağlarında, yaylaqlarında gəzişirdik... Qapı açıldı və içəri iki gənc qadın daxil oldu. Onlardan biri masaya yaxınlaşanda Məhəbbət o şaqraq səsi ilə ucadan təqdim etdi: "Tanış ol, Sultan bəy, Fədayə Laçın! Gənc müğənnimiz!.." Səhv etmirəmsə, rəhmətlik dedi ki, Fədayənin təxəllüsünü özüm qoymuşam... Birinci dəfə idi ki, Fədayə adlı müğənni olduğunu eşidirdim. Və həm də ilk dəfə idi ki, özümdən savayı "Laçın" təxəllüsü daşıyan adam, laçınlı görürdüm. Düzdü, rəhmətlik əbədiyaşar, ustad şairimiz Ağa Laçınlı bu dilbər yurdumuzun adını on illərdi ki, daşıyırdı. Allah rəhmət eləsin! Amma təvazökarlıqdan uzaq olsa da, müstəqillik dönəmində, 1992-ci ildən bəri respublika mətbuatında birinci olaraq şəkilçisiz, sırf "Laçın" imzasıyla tanınan bəndəniz olmuşdu. Demirəm ki, Laçın üçün, Qarabağ üçün dağı dağ üstə qoymuşam. Hər halda qürurla daşıdığım bu ada daim ləkə gətirməməyə çalışmış və ən azı, artıq 26-cı ildir ki, işğal altında qalan bir bölgənin həm özümün, həm də digərlərinin yaddaşından silinməməsinə, az da olsa, xidmət göstərmişəm...

Fədayə də ilk vaxtlar Laçın adını nisbətən ləyaqətlə daşıyırdı. "Laçınım, laçınım" haray çəkən Məhəbbət Kazımovun yanında bizimlə bərabər çörək kəsərkən gördüyüm vaxtlar abırlı geyimli-gecimli, sadə bir dağlar qızı təsiri bağışlayırdı. Yanıqlı səsi də insanı cəlb edir, kövrək duyğulara kökləyib torpaqlarımızı, Laçınımızı andırırdı. Amma təəssüf ki, sonradan Fədayə də tədricən "açıx cəmiyyət" dalğalarının qurbanına döndü, geyimini-gecimini, davranışını itirdi. Bundan sonra onun səsi də, ifaçılığı da tamam gözümdən düşdü...

Bu idimi sənin Laçın, Məhəbbət sevgin, Fədayə?! Bu idimi Məhəbbətin dəfnində tökdüyün göz yaşları?! İndi, tələb edirik, "Laçın" adını üstündən götür. "Fədayə Qoca" ol, nə olursan ol...
Kim nə deyir-desin, bu qənaətdəyəm ki, Azərbaycanda yaşaya-yaşaya müsəlmanlığını, milliliyini itirmiş hər hansı yazıçı, şair, sənətkar, artist, aktyor, jurnalist, müəllim və s. dünya səviyyəsində məşhurlaşsa, Nobel mükafatçısı olsa, belə, onun Azərbaycan xalqına heç bir faydası olmaz. Handa ki, qala bu, qız, qadın ola... Çünki belələri dəyərlərimizi, milli namus-qeyrətimizi tapdalayır və bununla digərlərinə də, gələcək nəsillərə də nümunə olur...

Mənə çatmır ki, ölkəsinin hər bir qız-gəlinini, qadınını, anasını öz qeyrəti saymalı, yeri gələndə doğma, yad olmasına rəğmən onlara sayğı ilə yanaşmalı, təhlükələrdən qorumalı olan bir Azərbaycan kişisi bütün lüt əndamını cahana nümayiş etdirən Aygün Kazımova, Brilyant Dadaşova, Röya, Rəqsanə və s. kimilərlə necə fəxr edə bilər? Eyni ilə Türkiyə kişisi Hadisə kimi bütün var-yoxunu çöldə qoyan qadınla necə qürur duya bilər? Eyni ilə laçınlının Fədayə, ağdamlının Röya kimisi ilə qürrələnməsinə məəttəl qalıram... Bunu ancaq öz qadınını da başqalarıyla paylaşmağa hazır olan Avropa təfəkkürlü kişiciklər edə bilər...

Bu baxımdan, Fədayə kimilərin Laçın tək bir yurdun adını daşıması da və buna bizlərin susması da anormal olub. Düzü, onun bu təxəllüsü üzərindən götürməsi təşəbbüsü ilə çoxdan çıxış etmək istəyirdim. Amma bilirdim ki, əksər liberal düşüncəlilər əleyhimə çıxacaq ki, əşşi, geyimin nə dəxli var, müğənnidi də, gözəl səsi var, oxuyur- biz də feyziyab oluruq... Tacir Şahmalıoğlu ilə söz-söhbətindən sonra yenə bu haqda yazmaq istədim, nədənsə yenə dayandım...

Deyir, sən saydığını say, gör, fələk nə sayır... Artıq hər şey göz qabağındadır... Bu dəfə Fədayənin adı daha da "avtoritet" qazandı. Bəlkə hansısa dar təfəkkürlülər yenə deyəcək ki, fəxrimizdi, "vor"larla oturub-durur, "vor"ların qaçmasına yardım edib? Düzdü, son olayda xeyli "ədalətsizlik" də var. Çünki külli-məmləkətə əyandır ki, şou-biznesin digər məşhur yarımçılpaq qadın nümayəndələri heç də cinayətkar aləmdən, insan, narkotik alverindən və s. uzaq deyirlər. Dillər əzbəri "qara kəmər" əməliyyatından, sonra da "MTN" qalmaqalından üzü bəri neçə xanım manısın adı dövləti vəzifələr sahibi olmuş cinayətkarlarla hallandı. Amma görünür, onların arxasında daha böyük "vor"lar dururmuş deyə həbs olunmadılar...

Amma bu yenə də bir ibrət olmalıdır nalayiq həyat tərzləri, geyim və davranışlarıyla bölgəni, Azərbaycanı təmsil etməyə çalışan digər bu kimi "ulduz"lara...

Kimsə deyə bilər ki, yıxılana balta çalmaq da doğru deyil... Amma naqisliklərə göz yuma-yuma nalayiqləri, şərəfsizləri başımıza çıxarmaq heç doğru deyil... Və hətta son cinayət işində günahı olmadığı sübut olunsa belə, bizlər, xüsusən Laçın camaatı gərək çoxdan Fədayəyə etiraz edəydik ki, sən Laçın adını daşımağa layiq deyilsən... Nə yazıqlar ki, bütün ölkədəki kimi bölgələrdə də ağsaqqallıq, ağbirçəklik institutları dağılıb. Babalar, nənələr nəvə-nəticələrini yanlarına alıb erotik, biədəb seriallara, şoulara tamaşa edir, toylarda işıqları söndürüb rəqs edirlər. Az 60-70 yaşlı kişi görmüşəm ki, Röya, Fədayə kimisini görəndə əsəbləşə, televizoru söndürə... Artıq Qarabağın, Laçının qeyrətli ağsaqqalları da azlıqda qalıb...

25 il az vaxt deyil... Qarabağımızla, Laçınımız, Şuşamız, Kəlbəcərimizlə bərabər milli, dini dəyərlərimiz də işğal edilməkdədir. Qeyrətimizi həddindən artıq liberallaşdırmışıq, soydaşlar, dindaşlar! Üstəgəl "mənə nə, sənə nə", "nəyimə lazım" prinsipsizlikləri...

Demək olar ki, hamı çay aşağı gedir, çay yuxarı üzən çox azdı... Amma gec olsa da, ayılmaq, torpaqlarımızdan öncə dəyərlərimizə yiyələnmək, övladlarımızı, nəvələrimizi baş alıb gedən bu abırsızlıqdan, həyasızlıqdan qorumaq vaxtıdır... Çay yuxarı, Həkəri, Tərtər yuxarı, zirvələrə- Mirova, Dəlidağa, Qırxqıza, Kirsə sarı üzmək zamanıdır, kişilər!..

Belə çağırışlara da hay verməsəniz, vaxt gələcək, küçə qızlarının bölgəmizin, ölkəmizin adını daşıması da şükürlü olacaq... Vallah, belə getsə, bir də eşidəcəyik ki, filan azərbaycanlı, qarabağlı, laçınlı, şuşalı kişi başqa bir kişi ilə "ailə" qurur – biz də buna əl çalırıq... Onda artıq gec olacaq...

Allah qeyrətlidir və qeyrətliləri sevir. Qoy Yaradan özü bizi düşmənlərimizdən öncə qeyrətsizlərdən və qeyrətsizləşməkdən qorusun!..
mənbə:moderator.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 4803   Tarix: 31 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Koronavirusa yoluxan Yaqub Zurufçu süni tənəffüs aparatına qoşulub - YENİLƏNİB

Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçu süni tənəffüs aparatına qoşulub. Bu barədə -a onun həyat yoldaşı Aynur Zurufçu məlumat verib. "Həkimlər sənətçinin vəziyyətini stabil saxlamaq və ağırlaşmasının qarşısını almaq məqsədilə süni tənəffüs aparatına qoşulduğunu bildiriblər", - dey

9 sentyabr 2021
.

"Canımı yandırdın" məşhur xanəndə ölən atası haqqında - FOTO

Xəbər verdiyimiz kimi tanınmış xanəndə Tahir Nəbiyev dünyasını dəyişib. -a istinadən xəbər verir ki, xanəndənin qızı Kamilə Nəbiyeva sosial media hesabında atası haqqında paylaşım eib. O, "İnstagram" hesabında atasının fotosunu paylaşaraq: "Canımın içi, canımı yandırdın.Sənsiz mən bu dünyan

3 sentyabr 2021
.

Onlar artıq bu kanalda olacaq

"Space" telekanalı bu mövsüm bir çox yeniliklər etməyi planlaşdırır. Axşam.az-a istinadən xəbər verir ki, bir çox yeni simalarla anlaşan kanal əvvəlki əməkdaşları ilə sağollaşıb. ATV-nin simaları olan İlkin Həsəni, Nicat Rəhimov və İlkin Misgərli bundan sonra "Space"də çalışacaq

7 sentyabr 2021
.

Məşhur müğənni koronavirusdan vəfat etdi

Şri-Lankanın məşhur vokalisti və bəstəkarı, "The Gypsies" qrupunun ifaçısı Sunil Perera 68 yaşında vəfat edib. Axşam.az-a istinadən xəbər verir ki, müğənni bu gün müalicə aldığı xəstəxanada koronovirusdan dünyasını dəyişib. Ötən ay COVID-19 testi pozitiv çıxan Sunil xəstəxanaya yerləşdirilib

6 sentyabr 2021
.

Məhəbbət Kazımovun vəsiyyəti: Oğlu nə qərar verəcək?

"Məhəbbət Kazımovun qəbri Xırdalan qəbiristanlığında qalsa, daha məqsədəuyğun olar". Bunu Qaynarinfo-ya açıqamasında mərhum sənətkar, əməkdar artist Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov deyib. Rəşid Kazımov mərhum sənətkarın Laçında dəfn olunması ilə bağlı vəsiyyət etdiyini deyib:. "Atamı

3 sentyabr 2021
.

Afaq Gəncəli ATV-dən getdi

Aparıcı Afaq Gəncəli ATV telekanalından ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, bu gün ərizəsini yazaraq işdən çıxıb. Kanalla dostcasına ayrılan A.Gəncəli daha fərqli layihə ilə tamaşaçı qarşısına çıxacaq. Hazırda onun hansı kanalda çalışacağı bəlli deyil. Qeyd edək ki, sabah Afaq Gəncəlini

6 sentyabr 2021
.

Qızı Rəşad İlyasovu sevindirdi

Əməkdar artist Rəşad İlyasovun qızı universitetə daxil olub. xəbər verir ki, bu haqda müğənni özü məlumat yayıb. "Dostlar, təbrik edə bilərsiniz. İkinci dəfə tələbə atası oldum" deyə, ifaçı övladı ilə fotosuna yazıb. Qeyd edək ki, R.İlyasovun bir oğlan övladı da var

4 sentyabr 2021
.

Xalq artistinin oğlu universitetə qəbul oldu - FOTO

Xalq artisti Mənsum İbrahimovun oğlu İbrahim universitetə daxil olub. Axşam.az-a istinadən xəbər verir ki, bu haqda xanəndə özü məlumat yayıb. Sənətçi övladının ingilis dilində təhsil alacağını bildirib:. "Oğlum İbrahim Qərbi Kaspi Universitetinin tarix fakültəsinə qəbul oldu. İbrahimin timsalınd

10 sentyabr 2021
.

Səməd Səmədovun məzar daşı niyə qoyulmayıb? - VİDEO

Bu gün Xalq artisti Səməd Səmədovun dünyasını dəyişməsindən 40 gün ötür. Axşam.az xəbər verir ki, müğənni Xatun Əliyeva mərhumun məzarını ziyarət edərək, görüntü paylaşıb. Diqqət çəkən məqam isə S.Səmədovun məzar daşının hələ də düzəldilməməsi olub. X.Əliyevanın prodüseri Pənah Eldar Axşam.az-a açıqlamasınd

2 sentyabr 2021