Manat daha dollardan qorxmur – TƏHLİL

Manat daha dollardan qorxmur – TƏHLİLBu gün ölkəmizdə manatın ABŞ dollarına nisbətdə kursuna kənar təsirlərdən əvvəlkilə müqayisədə daha az narahatıq və daha az danışırıq. Məsələn, götürək elə ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) uçot dərəcəsi ilə bağlı qərarlarını. Xatırladım ki, 2015-ci ilin dekabrından sonra FES haqda heç bir bilgisi olmayanlarımız da onu tanımağa başladılar. Niyə? Çünki FES uçot dərəcəsini qaldıran kimi Azərbaycanda manat ikinci dəfə devalvasiyaya uğradı. Hərçənd, ortada heç bir birbaşa əlaqə yox idi.

Bəlli olduğu kimi, ABŞ Federal Ehtiyatlar Sistemi (FES) növbəti yüksək səviyyəli iclasının yekununda uçot dərəcəsini dəyişməyərək, 1% həddində saxladı. Beləliklə, ötən ilin dekabrında göstərici 0,25%-dən 0,5%-ə yüksəldilərkən, qurumun rəhbərliyi tərəfdən 2017-ci il ərzində 4 dəfə də belə qərar qəbul ediləcəyi haqda söylənilən fikir özünü doğrultmadı. Çünki ilin sonunadək artıq 2 dəfə də eyni cür qərarın qəbul oluna biləcəyi mümkün deyil. Xatırladım ki, cari il ərzində 2 belə qərar qəbul olunub: birincisi, mart ayında - 0,5-dən 0,75%-ə yüksəldilməklə, ikincisi isə iyunda – 0,75%-dən 1%-ə qaldırılmaqla... Bundan əvvəl isə, 2015-ci ilin dekabrında və keçən ilin eyni ayında artırılmışdı. Hər biri 0,25% həddində olmaqla...

Məlumdur ki, xeyli müddətdir dolların məzənnəsi sabitdir. Yəni, nəinki Azərbaycanda, hətta dünya miqyasında da ABŞ-ın milli valyutası bahalaşmamaqdadır. Əksinə, dünyanın bir sıra aparıcı valyutalarına münasibətdə bir ara ucuzlaşmaqda idi. Buna səbəb isə FES-in bir-birinin ardınca faiz artımına getdikdən sonra, özünün də dolların dəyərinin möhkəmlənməsi prosesinin dayanmasında maraqlı olması idi. Çünki dolların həddindən artıq möhkəmlənməsi Amerika mallarını bahalaşdırır ki, bu da iqtisadi artıma istər-istəməz əngəl törətmək təhlükəsi yaradır. Faiz artımı isə bilavasitə iqtisadi artım, inflyasiya, işsizlik probleminin maksimum həlli kimi məsələlərə bağlıdır.

Bəs, FES növbəti faiz artımına nə vaxt gedəcək?

Qeyd etdik ki, FES bu il ərzində artıq, 2 dəfə faiz artımına getmişdir. Bu, keçən ilin dekabrdakı anoloji addımdan cəmi 3 ay sonra mart ayında və ondan cəmi, yenə 3 ay sonra iyun ayında edildi. Növbəti belə bir addımın isə cari ilin dekabrından tez atılmayacağı qabaqcadan proqnoz edilib. Çünki məşğulluq, xüsusən də inflyasiya kimi göstəricilərdə istənilən templərə nail olmaq və bunu əldə saxlamaq çətin prosesdir. Bunları daha çox ilin sonunda dəqiq müəyyən etmək mümkündür.

Diqqət yetirək: ABŞ iqtisadiyyatı resesiyadan çıxdıqdan sonra ilk dəfə uçot dərəcəsi artımı da məhz ilin axırıncı ayında – 2015-ci ilin dekabrında həyata keçirildi. Həmçinin, sonrakı artım da düz 1 ilin tamamında – 2016-cı ilin dekabrında edildi... Və hər dəfə də 0,25%. Ümumiyyətlə, hələ ilin ortasına yaxın yazmışdım ki, bu il ərzində faiz dərəcəsi ilin sonunadək 1 dəfə də olsa, artırılacaq. Çünki ABŞ iqtisadiyyatında vəziyyət yaxşıdır. Üstəlik, martdakı və iyundakı artımdan sonra dünyanın maliyyə və o cümlədən, əsas xammal bazarlarında əvvəlkitək mənfi təsirlər yaşanmadı. Xüsusən də, neftin qiyməti düşmədi. Odur ki, hesab edirəm, FES faiz dərəcəsini 1-1,25 %-dək qaldıracaq. Ancaq bunun cari ilin II yarısından tez edələcəyini demək çətindir...

Yəqin ki, qarşıdakı ayda, yəni dekabrda da artım haqda qərar qəbul edilərsə, 0,25% səviyyəsində olacaq. Belə ki, ABŞ iqtisadiyyatında vəziyyət qənaətbəxş olaraq qalır. İşsizlik maksimum aşağı səviyyədədir. ÜDM istehsalı səviyyəsi normaldır. İnflyasiyanın isə bütün bunlara uyğun olaraq, istənilən tempdə olacağı istisna edilmir. Odur ki, faiz dərəcəsi dekabrda böyük ehtimalla qaldırılacaq. O ki qaldı, bunun dünya və Azərbaycan iqtisadiyyatına, yəni manata təsirinə, keçən ilin dekabrında və bu ilin martında, iyununda anoloji qərarlar əvvəlkilərindən fərqli olaraq dünya valyuta birjalarını çox da silkələmədiyi kimi, bu dəfəki artım qərarı da ciddi rezonans yaratmayacaq...

FES-in sonuncu, ümumiyyətlə gələcək qərarlarının manatın vəziyyətinə təsirinə gəldikdə isə, birdəfəlik yadda saxlamaq lazımdır ki, FES-in qərarların birbaşa olaraq manatın dəyərinə heç bir təsiri yoxdur və ola da bilməz. Çünki manat yena, yuan, avro və sair kimi sərbəst dönərli valyuta deyil. Manatın arxasında neftdən başqa hələki ciddi şəkildə heç bir növ məhsul dayanmır. Dollar dünyada möhkəmlənərkən manat ona nəzərən ona görə dəyər itirir ki, neft ucuzlaşır. Odur ki, hər şey neftin qiymətindən asılıdır.

Bayaq qeyd etdim ki, FES-in sonuncu dəfə faiz dərəcəsini artırmaq haqda qərarları neftin qiymətinə təsir göstərmədi. Neftin qiymətini başqa səbəblər ucuzlaşdıra bilər ki, ona görə də bilavasitə manatla əlaqədar bizi, FES-in faiz dərəcəsinə dair nə kimi qərar qəbul edəcəyi deyil, başqa proseslər maraqlandırmalı və digər tendensiyaları nəzərdə saxlamalıyıq.

Yeri gəlmişkən, Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov son zamanlar manatın məzənnəsinin möhkəmlənməsinə toxunaraq qeyd edib ki, buna tədiyyə balansının vəziyyətinin yaxşılaşması, neftin bahalaşması kimi faktorlar təsir edib. Rüstəmov əlavə edib ki, ilin sonuna kimi manatın bahalaşması istisna deyil: "Müsbət tendensiyalar göstərir ki, manatın bahalaşması potensialı daha çoxdur". Neftin qiyməti isə hazırda 60 dollar civarındadır.

Pərviz Heydərov


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1941   Tarix: 05 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda problemli kreditlər artıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il avqustun 1-nə 937,5 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ayla müqayisədə 2,5 % çox, ilin əvvəlinə nisbətən 5 % çoxdur. Problemli kreditlər son 1 ildə isə 11,8 % azalıb

25 avqust 2021
.

İyulun 22-nə USD/AZN rəsmi məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 22-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən -a bildirilib ki, bankın iyulun 22-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,700 manat səviyyəsində müəyyən olunub

17 iyul 2021
.

Musiqi təhsilinin inkişafında xidmətlərə görə orden və medallar verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə Azərbaycanda musiqi təhsilinin inkişafında xidmətlərin

17 sentyabr 2021
.

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb. AMB-ə istinadən xəbər verir ki, ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyərək 1.700 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 2.0681, 1 türk lirəsi 0.2042 manat, 1 rus rublu 0.0231 manatdır

18 may 2021
.

Azərbaycanda sosial ödənişlər nə qədər artıb?

Azərbaycanda son üç ildə sosial ödənişlər 2 400 00 00 manat və ya 60 faiz artaraq 6 400 00 00 manata çatıb, Dövlət Sosial Müdafiə Fonduna büdcədən transfert 40 faizdən 25 faizə enib. -ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilin ilk yarısının yekununa dair keçirilə

31 iyul 2021
.

Toylar necə keçiriləcək? - AÇIQLAMA

Artıq bir ilə yaxındır ki, koronavirus infeksiyası səbəbindən ölkədə toyların keçirilməsinə qadağa qoyulub. Karantin qaydalarının növbəti yumşaldılmasından sonra toyların da keçirilməsinə icazə ilə bağlı sual hər kəsi düşündürür. Bəs toylar hansı qaydalar əsasında təşkil oluna bilər?. Mövzu ilə bağl

26 may 2021
.

Maliyyə Nazirliyi 60 milyon manat da BORC ALDI

18 may 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105016882 ISIN-li, 40 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərrac zamanı 18 investor tərəfindən qiymət interval

18 may 2021
.

İdxal və ixrac olunan məhsullar AÇIQLANDI

Bu ilin yanvar-may aylarında idxal və ixrac olunan məhsullar açıqlanıb. Dövlət Statistika Komitəsindən -a verilən məlumata görə, yanvar-may ayları ilə müqayisədə bu ilin beş ayında mühüm məhsul növlərindən buğda idxalı 14,7 faiz, xam şəkər və şəkər 0,8 faiz, kartof 14,7 faiz, çay 6,7 faiz, təzə tərəvə

24 iyul 2021
.

Azərbaycan apreldə "OPEC plus" üzrə öhdəliyini yerinə yetirib

2021-ci ilin aprel ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 698 min barrel olub. Energetika Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, bunun 594 min barrelini xam neft, 104 min barrelini isə kondensat təşkil edib. Xatırladaq ki, "OPEC plus" ölkələr

9 may 2021