Tanınmış aparıcı: "Ən böyük səhvim o olub ki..." - MÜSAHİBƏ - FOTO

Sonxeber.az xəbər verir ki, tanınmış aparcı Günel Hümbətova publika.az-ın "Üç nöqtə" layihəsi çərçivəsində yarım qalmış cümlələri tamamlayıb.

- İndiki ağlım olsaydı...
- Əvvəl əsəbiləşdiyim mənasız mövzuları boş verərdim, onların üzərində çox dayanmazdım.

- Zəmanət verə bilərəm ki...
- Ağır pəhriz saxlamadan da şəkərdən və un məmulatlarından imtina etməklə tam arıqlamaq mümkündür.

- Dünyanı dəyişmək imkanım olsaydı...
- İnsani keyfiyyətləri və sevgini artırardım.

- Kişilər o qadınlara xəyanət etmir ki...
- Bunu ancaq kişilər deyə bilər. Suala düzgün cavab vermək üçün kifayət qədər həyat təcrübəm yoxdur.

- O zaman riskə gedirəm ki...
- Ürəyimin səsi bunu "Et" deyirsə, riskə gedirəm.

- Çıxılmaz vəziyyətə düşəndə...
- Məncə, hələ ki belə vəziyyətə düşməmişəm.

- Seviləsi qadın olmağın ilkin şərti...
- İlk növbədə təbii ki, baxımlı və sadəqətli olmalıdır. Lakin digər keyfiyyətlər insana görə dəyişir.

- Qadınlar yaşını ona görə gizlədir ki...
- Bütün qadınların əvəzinə cavab vermək istəmərəm. Hesab edirəm ki, əsas daxili yaşdır.

- Qadına qarşı şiddət...
- Bağışlanmazdır!

- Vicdanıma and olsun ki...
- Bu bənd üçün ağlıma heç nə gəlmir.

- Təəssüf edirəm ki...
- Dünyada təəssüf ediləsi heç nə yoxdur, ölümdən başqa hər şeyə çarə var.

- Vanqa nənə ilə görüşsəydim...
- Deyərdim ki, sənə inanmıram, ay nənə (gülür).

- Küsülü olduğum insana demək istəyirəm ki...
- Deyiləsi sözüm yoxdur.

- Ən böyük səhvim o olub ki...
- Yəqin ki, dəyərsiz insanlara dəyər verməmək lazım olduğunu vaxtından gec dərk etməyin səhvlərimdən biridir.

- Tənhalıq insan üçün lənətdir, yoxsa...
- 7 milyard əhalisi olan planetdə kimsə tənhadırsa, bu, onun öz seçimi ilə bağlıdır. Yaxud da şəxsi keyfiyyətləri səbəb ola bilər.

- Kiminsə yalan danışdığını hiss edəndə...
- Hissiyatım çox güclüdür, dərhal hiss edirəm. Bəzən də üzünə vururam.

- Bəşəriyyətin gələcəyi haqqında fikirləşəndə...
- Son vaxtlarda bu barədə çox düşünməyə başlamışam. Amma çalışıram ki, fikirlərimi mənfi istiqamətə yönəltməyim. Hər şeyin sonu olduğu kimi bəşəriyyətin də bir sonu olacaq.

- Günahlarım yadıma düşəndə...
- Bonal səslənsə də, günahsız insan yoxdur. Əsas odur ki, vicdanım təmizdir.

- Dostlarıma ən çox onu məsləhət görürəm ki...
- Məsləhət verməyi sevmirəm, səmimi olsunlar yetər!

- İlahi ədalətə inancımı o zaman itirdim ki...
- İnancımı heç vaxt itirməmişəm.

- Özümü ona görə bağışlamıram ki...
- Özümə heç vaxt küsməmişəm.

- Yaxşı gündə, pis gündə...
- Sevdiklərinizdən bərk yapışın.

- Sizə ancaq yaxşı günlər arzu edirik.
- Çox sağ olun, mən də həmçinin.
Tanınmış aparıcı: "Ən böyük səhvim o olub ki..." - MÜSAHİBƏ - FOTOTanınmış aparıcı: "Ən böyük səhvim o olub ki..." - MÜSAHİBƏ - FOTOTanınmış aparıcı: "Ən böyük səhvim o olub ki..." - MÜSAHİBƏ - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 4722   Tarix: 06 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Könül Kərimova: "Yadınızda saxlayın, bu şeylər məni incitmir, ləzzət edir"

"Oğlumu evləndirmək üçün qız axtarıram. Bu haqda nəsə deyəndə dilimin bəlasına düşürəm. Başlayırlar ağızlarına gələni yazmağa, müzakirə etməyə. Bu şeylər məni incitmir. Yadınızda saxlayın, mənə ləzzət edir. Çünki bilirəm ki, ürəyiniz partlayır. Biz bax, bu zəmanəyə gəlib çatmışıq. Orada axı nə qəbahə

17 mart
.

Aygün Bəylərin məzarından yeni görüntülər - VİDEO

Əməkdar artist Aygün Bəylərin məzarından yeni görüntülər yayılıb. xəbər verir ki, onun məzarı bir gənc tərəfindən təmizlənərək, səliqəyə salınıb. Paylaşıma "Aygün Bəylər, səni də unutmadıq" şərhi yazılıb. Muğam ifaçısı yanvarın 6-da Ankarada müalicə aldığı xəstəxanada vəfat edib. O, uzun müddə

24 mart
.

Bu dəfə onun səhifəsi oğurlandı - Fotolar

Aparıcı İlkin Həsəninin bloger həyat yoldaşı Aysel Həsəninin instaqram hesabı oğurlanıb. Axşam.az xəbər verir ki, bununla bağlı İlkin paylaşım edib. "Ayselin səhifəsindən gələn linklərə daxil olmayın" deyə, İlkin izləyicilərinə xəbərdarlıq edib. Blogerin 340 minlik hesabında isə gün ərzind

20 mart
.

Röya Ayxanın təxirə düşən konserti ilə bağlı AÇIQLAMA - FOTO

Xalq artisti Röya Ayxanın Moskvada təxirə düşən konserti ilə bağlı təşkilatçılardan açıqlama verilib. xəbər verir ki, "Caspian music"in yaydığı məlumatda qeyd edilib:. "Röya Ayxanın konserti daha uyğun bir tarixə qədər təxirə salınıb. Bütün biletlər qüvvədə qalacaq. Yeni tarix və saatl

25 mart
.

Aktrisa Xəyalə TƏCİLİ ƏMƏLİYYAT OLUNDU - FOTO

Aktrisa Xəyalə Quliyevanın başına xoşagəlməz iş gəlib. Aktrisa barmağından xəsarət aldığı və bununla əlaqədar kiçik əməliyyat keçirdiyi haqda sosial şəbəkə hesabında məlumat paylaşıb. Quliyeva əməliyyat zamanı çəkilən fotosunu izləyiciləri ilə bölüşərək "Nəzər dəydi" şərhini yazıb. (bizim media

17 mart
.

"Fəlakət" görünüşünü DƏYİŞDİ - FOTO

"Fəlakət" obrazı ilə məşhurlaşan aktyor Elşən Orucov uzun müddətdən sonra görünüşündə dəyişiklik edib. xəbər verir ki, hazırda İstanbulda olan aktyor Türkiyədə çəkiləcək "Çırak" serialına görə bığını kəsdirib. O, yeni halını "Instagram" hesabında paylaşıb. Qeyd edək ki

20 mart
.

Rəqqasə Renkanın avtomobili qəzaya uğrayıb - FOTO

Rəqqasə Rəna Ağamuradova (Renka) avtomobili ilə yol-nəqliyyat hadisəsinə uğrayıb. xəbər verir ki, bu barədə o "Instagram" hesabında məlumat yayıb. Rəna avtomobilinin fotosunu paylaşaraq bunları yazıb:. "Gecə məni bir xanım vurdu. Uşağıma sürpriz etməyə gedirdim. Saat 12-də ad gününə getmə

18 mart
.

Müğənni Sevda Yahyayevanın qızının mətbəxdə çəkilən fotoları gündəm oldu - FOTO

Müğənni Sevda Yahyayevanın qızının mətbəxdə çəkilən fotoları sosial şəbəkələrdə gündəm olub. xəbər verir ki, sənətçi "Instagram" hesabında qızı Ayla ilə bağlı paylaşım edib. Müğənni övladının bibisigildə Novruz şirniyyatı hazırlanan zamanı xəmir ilə oynadığı görüntülərini sevənləri ilə bölüşüb

18 mart
.

Aparıcı "Niva" ilə Bakıdan Çinə gedir

Aparıcı Fərid Rəsul maraqlı bir addım atıb. Axşam.az xəbər verir ki, "Yenə adi günlərdən biri" adlı layihə edən Fərid "Niva" markalı maşınla Bakıdan Çinə yola düşüb. Fərid bundan əvvəl Avropadan İran vasitəsi ilə Çinə getməyi plnlaşdırıb. Amma İran sərhəddində onu buraxmadıqları üçü

25 mart