"Dağlıq Qarabağda baş verə biləcək müharibə əvvəlki kimi olmayacaq"

"Dağlıq Qarabağda baş verə biləcək müharibə əvvəlki kimi olmayacaq""Hər kəsin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həllinə töhfə vermək öhdəliyi var".
Bu sözləri Bakıda səfərdə olan Londondakı LİNKS Araşdırmalar Mərkəzinin icraçı direktoru Denis Sammut deyib.
D. Sammut bildirib ki, münaqişə yalnız sülh yolu ilə həll olunmalıdır: "Biz 2016-cı ilin aprelində olanlardan gördük ki, münaqişələrin çox ağır nəticələri olur. İnsanlar bir şeyi anlamalıdır ki, 2017-ci ildə baş verə biləcək müharibə 1989-ci ildəki kimi olmayacaq. Hər iki tərəfdə olan silahlar böyük dağıdıcı gücə malikdir. Sülh yolu ilə həll ilk növbədə münaqişədən birbaşa əziyyət çəkmiş insanların ehtiyaclarına uyğundur. Bu baxımdan qaçqın və məcburi köçkünlər öz evlərinə qayıtmalıdır. Biz bunların baş verməsi üçün şərait yaradılmasına çalışmalıyıq. Münaqişənin necə həll oluna biləcəyi ilə bağlı bir sıra təkliflər, ideyalar var. Vətəndaş cəmiyyəti kimi bizim rolumuz bu müzakirələrin uğurlu aparılması üçün düzgün şəraitin yaradılmasına töhfə verməkdir".
D. Sammut qeyd edib ki, etimad tədbirləri Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyin tərkib hissələrindən biridir: "Etimad tədbirləri bir-biri ilə problemləri olan dövlətlər və ya dövlətlərdəki qruplar arasında görülməli olan tədbirdir. Bu, dostlar arasında olan tədbir deyil. Bu tədbirlər ABŞ və NATO-nun Sovet İttifaqı ilə münasibətlərini aydınlaşdırmaq üçün "soyuq müharibə" dövründə də olub. Bu, o demək deyil ki, biz Dağlıq Qarabağ bölgəsində müharibənin getməsindən və təmas xəttində demək olar, hər gün insanların ölməsindən xəbərdar deyilik. Biz məhz buna görə etimad tədbirləri barədə danışırıq. Prezidentlər və nazirlər səviyyəsində müzakirələr və danışıqlar üçün şərait yaratmaq məqsədilə bu məsələ müzakirə olunur. Biz hamımız öz yolumuzla bu münaqişənin həllinə töhfə verə bilərik".
Qeyd edək ki, D. Sammut "Etimad tədbirləri Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə bilərmi?" adlı tədbirdə iştirak etmək üçün Bakıda səfərdədir. Tədbir İqtisadi və Sosial İnkişaf Mərkəzi və tərəfindən təşkil olunub.

Mənbə:APA


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2750   Tarix: 06 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü olub. Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbua

22 aprel
.

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində SON DURUM

Ermənistanla Azərbaycan arasındakı şərti sərhədin Qazax istiqamətindən görüntülər yayılıb. Ermənistan mediasında yayılan kadrlarda hazırda işğal altında olan Bağanis Ayrım kəndində azərbaycanlılara məxsus viran qalmış evlər əks olunub. Həmçinin Ermənistan KİV-də bölgədə delimitasiya prosesinin aparılmasın

23 aprel
.

Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib. APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət-Prosessual Məcəlləyə dəyişiklikdə əksini tapıb. Cinayət-Prosessual Məcəlləyə yeni - 253-1-ci maddə əlavə olunub. Beləliklə, qanuna əsasən, üzərinə həbs qoyulmu

19 aprel
.

Vladimir Putin: "Heydər Əliyev Baykal-Amur magistralının tarixində müstəsna, böyük rol oynayıb"

"Heydər Əliyev Baykal-Amur Magistralının (BAM) tarixində müstəsna, böyük rol oynayıb". AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları v

22 aprel
.

Azərbaycan Prezidenti: "Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik"

"Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik. Bu yerləşmə bizi narahat etmir". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxal

23 aprel
.

""Döyüş Qardaşlığı" təşkilatı bir başa Paşinyana dəstək verir" - Ekspert

Ermənistanın "Döyüş Qardaşlığı" təşkilatının 5 üzvü saxlanılıb.Bu barədə təşkilatın Teleqram kanalı məlumat yayıb. Məlumatda bildirilib ki, təşkilatın üzvləri Masis Şiroyan, Arman Petrosyan, Qor Asatryan, Henrik Mkrtçyan, Aramais Ağabekyan Noyemberyan polis bölməsinə gətirilib. "Hökumə

22 aprel
.

Prezident: "COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür"

"Bizim sonuncu görüşümüzdən etibarən bütün hadisələr müsbət məcrada gedir, istər Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, istərsə də sərhədlərin delimitasiyası olsun". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP2

23 aprel
.

Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsi prosesi başlayıb

2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Baş nazirinin müavin

23 aprel
.

Prezident İlham Əliyev Rusiyada səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə aprelin 22-də Moskvaya işgüzar səfərə gedib. xəbər verir ki, Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında dövlətimizin başçısını Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digə

22 aprel